adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÖLƏN DÜNYA

FAİQ QİSMƏTOĞLU
45941 | 2020-06-08 14:10

... Eyvanımdan şəhərəbaxıram. Bütün küçələr bomboşdu. Və bomboş olan küçələrdə tək-tük maşınlar gözədəyir. Bu maşınlar da ya yol polisinə məxsusdu, ya Çevik Polis Alayına, ya daDaxili İşlər Nazirliyinin digər strukturlarına. Və küçədə gözə dəyən bir də oyan-bu yana gedən və bəzən də adam görəndə qaçan itlər və quşlardı. Sanki şəhərdonub və hər şey hərəkətsiz qalıb. Daha doğrusu, Bakının belə gününü heç vaxtgörməmişdim. Və eyvandan baxanda günəşin şəfəqləri məni bir qədər isidir. İçimdəkiətaləti, soyuqluğu və sükutu bir göz qırpımında əridir, ölən dünyamızın ümidişığı boylanır...

... Həftənin şənbə-bazargünləri karantin rejiminin sərtləşdirilməsi çoxlarının ovqatını qaraldır. Heç mənimovqatım da bir o qədər yaxşı deyil. Elə eyvandan boylana-boylana qalmışam. Təbiiki, bu cür ciddi addımların atılması zərurətdən doğub. Gəlin açıq etiraf edəkki, biz insanların əksəriyyəti nə qədər maarifləndirmə və izahat işlərininaparılmasıma baxmayaraq, koronavirusun böyük bəla törətdiyini hələ də qəbul eləməkistəmirik. Və hələ də düşünürük ki, bunlar boş şeydi. Ancaq boş şey saydığımızvə əhəmiyyət vermədiyimiz bu bəla artıq bizim qapımızı döyür. Ancaq istəsəydikvə birlikdə olsaydıq, bu təhlükəli virusun yayılmasının qarşısını ala bilərdik.Təəssüf ki, biz həmişə olduğu kimi indi də bir yerdə ola bilmirik.

Karantin rejimiilə bağlı qoyulan qadağalara tək insanlar deyil, eləcə də üzərinə mühüm vəzifədüşən bəzi qurumlar da səhlankarlıq edirlər. Bu necə karantin rejimidir ki,Bakı şəhərində əksər avtobus marşrutlarında bu rejimə əməl olunmur. Hamsımarşruta minirsən ayaq üstə duran adamların əlindən tərpənmək mümkün deyil.Hansı ki, karantin rejiminin qaydalarına görə, ara məsafəsi saxlanılmalıdır.Ayaq qoymağa yer tapmadığın bir avtobusda hansı məsafə saxlanılmasından söhbətgedə bilər?! Hər gün 50 nömrəli marşrutdan isifadə eləyirəm. Və eyni zamanda buyaxınlarda 206 nömrəli avtobusa minibdostumgilə gedirdim. Hər iki marşrutda karantin rejiminin qaydaları kobud surətdəpozulur.

Hətta sürücülərinözləri maskadan istifadə etmir və sürücülər üçün sellofdan kabinə düzəlməyib. Bəzilərindəbu sellofanlar cırılıb və sıradan çıxıb. 50 nömrəli marşrutda dezinfeksiya üçünspirt olsa da, 206 nömrəli avtobusda bu spirt doldurulmuş qutular gözə dəymirdi.Birində qutu vardı, onun da içərisində spirt yox idi. Belə olan halda hansıkarantin qaydalarından danışmaq olar? Bakı Nəqliyyat Agentliyi zəhmət çəkibdaşıyıcı şirkətlər qarşısında ciddi məsələlər qoymalıdır ki, həmin avtobuslarınsahibləri karantin rejiminə əməl eləsinlər. Çox təəssüf ki, bu məsələni nə BakıNəqliyyat Agentliyi həll edir, nə də daşıyıcı şirkətlər. Heç düşünən yoxdur ki,koronavirus elə ən çox ictimai nəqliyyatda yayılır. Çünki çox adam maskadanistifadə etmir, gigiyenik və sanitar qaydalara əməl eləmir. Yeganə, metroda sərnişinlərəmaska taxmaq tələb olunur.

Məsələn, iyunun8-də saat 10:00 radələrində metronun "28 may” stansiyasında Dərnəgülə gedənqatarı gözləyən bir qız maska taxmamışdı. Polis əməkdaşı ona mədəni və sivilqaydada maska taxmağı xahiş etdi. Qız isə iki ayağını bir başmağa dirəyib dediki, mən maskanı taxmaram ki, taxmaram. Polis nə qədər mədəni davranırdısa, qızbir o qədər kobud rəftar edirdi. Hətta çantasıyla polisə bir neçə zərbə dəvurdu. Təbii ki, karantin qaydasını pozmuş bu qız qanunauyğun şəkildə məsuliyyətəcəlb ediləcək. Amma hər kəs bilməlidir ki, avtobus və metroda maska taxmaq məcburidir.Əgər 50 manat cərimə edilmək istəmirsənsə və virusa yoluxmaqdan canınıqurtarmaq istəyirsənsə, maska taxmalısan və sakitcə hara istəyirsən gedə bilərsən.



Başqa bir məsələisə maskalarla bağlıdır. Virus ölkəmizə gəlməmişdən öncə xaricdən gətirilənmaskanın qiyməti 10 qəpik idi. İndi öz ölkəmizdə maska istehsal olunur, o da 30qəpiyə. Axı hər adamın gücü çatmır ki, 30 qəpik verib maska alsın. Və 30 qəpiyəalınan maska isə deyilənlərə görə, iki saatdan bir dəyişilməlidir. Belə çıxırki, biz özümüzü qorumaq istəyiriksə, gün ərzində ən azı 4-5 maskadan istifadəetməliyik. Bu da 2 manata yaxın pul eləyir. İndi bu iki manatı hər adam tapıbmaska ala bilmir axı. Ya keyfiyyətli maska istehsal olunmalıdır, ya da bir çoxhalda iş yerlərində maskalar insanlara pulsuz verilməlidir. Necə ki, bir çoxqurumlara maskalar pulsuz verilir.

Başa düşməkolmur, Operativ Qərargah virusa yoluxanlar 70-80 nəfər olanda daha sərt rejim tətbiqeləmişdi. İndi bir həftədən çoxdur ki, virusa yoluxanların sayı 300-dən 350-yəqədər hər gün artır, yumuşalmalar isə davam eləyir. Heç bu virusun artdığıvaxtda ticarət mərkəzlərinin, molların açılmasına ehtiyac vardı? Bəs ondaOperativ Qərargahın atdığı addımlar niyəmüsbət nəticə vermədi? İndi də məcbur olub şənbə-bazar günləri Bakı,Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda 2 günlük sərtkarantin rejimi tətbiq etdilər. Bu iki günlə məsələ həll edildimi? Bax, bunubiz deyə bilmərik. Əgər bazar ertəsindən cümə gününə qədər iş varsa, deməli, buvirus yenə sürətlə yayılacaq.

Sadəcə olaraq, məhdudiyyətlərinvə yumuşalmaların vaxtından tez həyata keçirilməsi bu fəsadların yaranmasına şəraityaratdı. Hansı ki, bəzi mütəxəssislər və ekspertlər deyirdilər ki, buyumuşaltmaya getmək hələ tezdir. Faktlar isə vəziyyətin get-gedə ağırlaşdığınıtəsdiq edir. Artıq 3000-dən çox koronavirusa yoluxmuş xəstələr xəstəxanaya yerləşdirilib.Hansı ki, yumuşaltmadan əvvəl həmin xəstələrin sayı 500-600, sağalanlar isədaha çox idi. İndi həmin mənzərəni gözümüz önünə gətirsək, əsl vəziyyətin necəolduğunu təsəvvür etmək çətin deyil.

Deyilənlərə görə,sərt karantin rejimi bu həftənin şənbə-bazar və bayram günündə də tətbiqolunacaq. Qoy olsun! Amma əsas məsələ odur ki, ötən həftə tətbiq edilənkarantin rejimi zamanı baş verən neqativ hallar təkrarlanmasın. Yəni həyat üçünzəruri olan məqamlar var ki, onların işləməsi mütləq vacibdir. Bu, çörək vəapteklərdi. Çünki istehsalçılar öncədən 2 gün ərzində Bakıda əhalinin çörəyəolan ehtiyacını nəzərə almamışdılar. Bütün bunlar Opreativ Qərargah tərəfindəndiqqətdə saxlanılmalı idi. Təəssüf ki, bu məsələlər bir qədər unudulmuşdur. Ötən cümə axşamısaat 16:00-17:00 radələrində əksər çörəkmağazalarında və marketlərdə çörək yox idi. İnsanlar növbəyə duraraq çörəyin gəlməsinigözləyirdilər. Onları qınamalı deyil. Elə ailə var 8-9 üzvü var. İki gün bu ailəyənə az, nə çox 15-16 çörək lazımdır. Aydındır ki, növbəyə durub çörək ala bilməyənadam daha da aqreesiv və gərgin olur.

Xətai rayonundaevində çörəyi qutaran bir sakin kömək üçün "102” xidmətinə zəng edib. Polislərhəmin adama çörək alıb gətirib. O sakin də bu qayğı və diqqətə görə, ÇevikPolis Alayının əməkdaşlarına təşəkkürünü bildirib. Sözümüzün canı odur ki, indinövbəti karantin rejiminin sərtləşdiyi dövrlərdə əhali belə çörək çətinliyi iləüzləşməsin. Ümidvarıq ki, Operativ Qərargah bir çox məsələləri nəzərə alasaq,karantin rejiminin qaydalarına uyğunolaraq müəyyən problemləri öz yoluna qoyacaqdır.

Ölən dünyamızıayağa qaldırmağa hamı çalışmalıdır. Çünki bu dünya da, bu şəhər də, bu qəsəbə də,bu küçələr də, bu prospektlər də insansız yetim bir uşağa bənzəyir. İnsanyoxsa, nə bu dünyanın gözəlliklərinin, nə də əsrarəngsizliyinin heç bir mənası yoxdur.


TƏQVİM / ARXİV