adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: QORXURAM ERMƏNİLƏR DEYƏ Kİ, ŞUŞANI DA BİZ TİKMİŞİK

AQİL ABBAS
107251 | 2020-06-10 17:41

Bu il Pənahəli xan Cavanşirin(Çingiz xanın nəvəsi Hülakü xanın nəslindəndir) Şuşa şəhərinin özülünü qoymasından 270 il keçir. Yəni kəsəsi,Şuşa şəhərinin 270 illiyidi. Artıq ilinaltı ayı keçir, amma hələ ki bu şəhərin270 illiyinin tamam olması ilə bağlı nə hökumətdən, nə Tarixİnstitutundan , nə də Mədəniyyət Nazirliyindən bir səs yoxdu.

İki il bundan əvvəl 2018-ci ildə Qarabağ xanlığının yaranmasının 270 illiyiidi. Onda da özümüzü elə apardıq ki, eləbil heç Qarabağ adında bir xanlıq olmayıb. Tarix İnstitutu Allahın bir konfransını da keçirmədi. Amma həminil ermənilər Xankəndi şəhərininadının dəyişdirilib Stepanakert qoyulmasının 95 illiyini böyükbir təntənə ilə qeyd elədilər, dünyanın hər yerindən də nümayəndələriştirak elədi. Biz isə Qarabağ xanlığının 270 illiyi ilə bağlı susduq.

Həmin vaxt bununla bağlı həm mətbuatdaçıxış elədim, həm də Parlamentdə. Amma kimə deyirsən, nəyi deyirsən və niyədeyirsən?.. Quyuya atılan daş…

Niyəsiniha axtarıram, tapa bilmirəm.

Pənahxan Cavanşir indiki Ağcabədi rayonunun Bayat kəndindəndir. Vaxtilə mərkəzi Gəncədəyerləşən Qarabağ bəylər bəyi İbrahimxəlil Ağanın nəticəsidi. Və1848-ci ildə də Bayatda Qarabağ xanlığınınəsasını qoyub. Və tarixdə ilk dəfəanaloqu olmayan Bayat qalasını tikib.Analoqu da ona görə yox idi ki, bütün qala bir kərpicdən ibarət idi,indiki dillə desək, monolit. Ona görə də bu qalanı heç cürə tutmaq mümkün deyildi. Qarabağ xanlığı yaranandaAzərbaycanın digər xanları Şəkixanı Hacı Çələbinin rəhbərliyi ilə Bayatahücum eləmişdilər ki, Pənah xanınxanlığını əlindən alsınlar. Pənah xan da onların qoşununudarmadağın eləmişdi, başlarınıgötürüb qaçmışdılar. Hacı Çələbi də o vaxt məşhur bir kəlamişlətmişdi: «Getmişdik Pənahın xanlıq tacını başındanalaq, başına şahlıqtacı qoyub qayıtdıq». Elə ondansonra da Qarabağ xanlığı Azərbaycanın şimalındakı bütün xanlıqların şahlığına çevrilmişdi.



Ən dəhşətlisi odur ki,o qalanı Pənah xanın yadıcalarıdağıtdılar və ən nəhayət, sonundada o qalanın yerində pambıq əkdilər.

Bayatda hələ də o qalanınolduğu əraziyə Qalaça deyirlər. Mən bubarədə «Batmanqılınc» romanımda ətraflı yazmışam. Və romanıniyə yazdığımı da girişdə qeyd eləmişəm.Romanın giriş hissəsini 4-cü günün qəzetindəoxuya bilərsiniz.

Nə isə. İki il bundanəvvəl Qarabağ xanlığının 270illiyi ilə əlaqədar «Gəl, ay Pənah xan,gorun çatlasın…» yazdığım harayı dabugünkü saytımızda və 4-cü günkü qəzetimizdə oxuya bilərsiniz.

Canım, ay Hökumət! Canım, ayTarix İnstitutu! Canım, ay Mədəniyyət Nazirliyi! ŞUŞANIN 270İLLİYİDİ!


TƏQVİM / ARXİV