adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ƏR VƏ ARVAD

FAİQ QİSMƏTOĞLU
56840 | 2020-06-10 12:34

... Adındangöründüyü kimi bu məsələ çox zərif və incə bir yerdi. Ən azından ona görə ki, hərhansı bir insan ailə quranda, izdivaca girəndə bunu yüz dəfə, bəlkə daha çoxölçüb-biçməli, götür-qoy etməli, düzgün nəticə çıxarmalıdır. Və düzgün nəticəçıxarmaqsa indiki dövrdə bir o qədər də asan deyil. Sovet dönəmi ilə müqayisədəbu gün ailə institutu bir o qədər də inkişaf etməyib, başqa sözlə demiş olsaq,hələ də axsamaqdadı. Və qəribəsi odur ki, bir çox gənclər və elə yaşlı insanlarda ailə qurmağa barmaqarası baxırlar.

... Bir neçə ilbundan əvvəl sevdiyi oğlandan ayrılan qız ona acıq vermək üçün düşünüb fikirləşmədənbir ayın içində başqa bir gənclə ailə qurdu. Heç 6 ay keçmədi ki, onlarbir-birini anlamadılar, başa düşmədilərvə bu izdivac dağıldı. Və sonradan həmin qız yenə ailə qurmaq istədi və dahadoğrusu, qurdu, o da alınmadı. Sözümün canı odur ki, kiminsə acığına, kiməsəyandıq vermək üçün ailə qurmaq heç də davamlı olmur. Sadəcə olaraq, indiki gənclərbir çox halda uğursuz sevgi macərasından sonra belə bir addım atır və belə biraddım da pis sonluqla bitir...

Bəzən qonşulargörürlər ki, yaxınlıqdakı mənzillərdən birində "Vağzalı” çalınır. O dəqiqəkürklərinə birə düşür ki, filankəsin qızı ərə getdi, mənimki qaldı. Xüsusən dəanalar bu bəhsəbəhs oyununda daha çox canfəşanlıq eləyirlər. Axı biz bu cür məsələlərdəhər şeydən öndə gedirik. Filankəsin qızı ailə qurubsa, bəs bəhmənkəsin qızı niyəərə getməməlidir? Qonşular dedi-qoduya başlayacaq və deyəcəklər ki, filankəsinqızının 25 yaşı var, hələ də qapısını döyməyiblər. Qəribə olsa da, biz həmişəbu cür düşüncələrin və təfəkkürün qurbanına çevrilmişik. O düşüncələr ki, hərzaman, hər an bizi qarabaqara izləyir.

"Qonşular nə deyər”düşüncəsi bizim mental təfəkkürümüzdə uzun illərdir donub qalıb və ondan dayaxa qurtara bilmirik. Balam, qonşu nə deyir desin, sən indi iki daşın arasındaqızına ər axtarıb tanımadığın və bilmədiyin adamla niyə qohum olmaq istəyirsən?Və niyə qız uşağını odun-alovun içinə atırsan? O odun-alovun içindən eləbilirsiniz o qız uşağını çıxarmaq asandır? Çox çətindir! Bəhsəbəhsə düşübqızını ərə verən və bu gün bu çətinlikləriniçərisində boğulan o qədər ailələr tanıyıram. Ki, elədiyi hərəkətlərəçox peşimandılar. Və deyirlər ki, heç qızın günahı yox idi, hamısını anası elədi.Anası düşündü ki, qızı tez-bazar ərə verərəm, yüküm, azalar və rahat nəfəsalaram. Bu tez-bazar işin də axırı belə olur; sıxıntılar içində həmin ailəninüzvləri çabalayır və çıxış yolu axtarırlar. Çıxış yolu isə tapılmır ki,tapılmır. Və bütün yollar gedib dalana dirənir...

Kimdir günahkar?Bu qızı tanımadığı, bilmədiyi və ya tanıyıb bildiyi adama ərə verən ata-anamı,yoxsa qızmı? Və burda qızın heç birgünahı yoxdur. Sanki bu gün XIX əsrin ab-havasını yaşayırıq; qızlarımızı sevmədiyi,istəmədiyi insanlara ərə vermək istəyirik. Bax, bu yaxınlarda bir qızı sevmədiyioğlana ərə vermək istədikləri üçün həmin qız intihar eləyib. Bunlar nədənyaranır? Bunlar hamısı insanların savadsızlığından, cahilliyindən və ən nəhayət,hansısa var-dövlətə susamaqdan baş verir.

Tanıdığım birxanım var: çox ağıllı və savadlı qızdı. Nə qədər elçi gəlir onlara. Amma bu qızo elçilərin heç birinə "hə” cavabı vermir. Qonşular da, qohumlar da ondansoruşur ki, qızım, sənin qapına elçi gələn adamların hamısı imkanlı, varlıinsanlardı. Niyə onlara "yox” deyirsən? Qızınsa cavabı çox sadə və səmimidir:"Onların heç birisini ürəyim istəmir. Mən ər xatirinə ailə qurmaq istəmirəm.Qoy gec olsun, ancaq öz seçimim olsun. Nolsun ki, məni istəyənlərin varı, dövləti,maşını var. Amma onları heç də tanımaq asan deyil. Əsas məsələ odur ki, onarkoman, əyyaş, tərbiyəsiz olmasın. Bax, belə seçimi və ağıllı mövqeyi olansavadlı, düşüncəli qızları zahiri parıltı, var-dövlət heç vaxt aldada bilmir.

İndi xüsusən cənubrayonlarında qızları nigah yaşına çatmamış nişanlayıb toy eləyirlər. Həminregionlarda artıq qızların çoxu orta məktəbə buraxılmır və valideynləri onları ərüçün yetişdirirlər. 13-14-15-16 yaşında qızlar ərə verilir. Tay düşünən yoxdurki, bu uşaqlar gedib necə ər evində duruş tapa biləcəklər. Və bu uşaqlar hələuşaqlıq dünyasından ayrılmamış odun-alovun içinə atılır... Və bu uşaqlarıngünü-güzəranı cəhənnəmə bənzəyir... Onların ağzı nədir ki, ərin sözündənçıxsın. "O olmasın, bu olsun” filmindəki Məşədi İbad kimi lazım gələndə ərlərionları kötükləyə bilər və o uşaqlar daheç vaxt səsini çıxarmazlar. Çıxarsalar da onlara yenidən elə divan tutarlarki, dədələrinin toyları yadına düşər.

...Tək gənclərdeyil ey, yaşlı adamlar da birdən elə hərəkətlər eləyirlər ki, bişmiş toyuğungülməyi gəlir. Birinci həyat yoldaşı rəhmətə gedən kişi gedib özündən 40 yaşbalaca bir xanımla evlənir. Bir dəfə məhkəmədə olanda belə bir hadisənin şahidioldum. Qoca kişidən ayrılmaq istəyən xanım məhkəmədə ondan ev tələb edirdi.Kişi də deyirdi ki, mən sənə ev verən deyiləm. Qız utanıb- qızarmadan məhkəməprosesində dedi ki, ay qoca kaftar, mən sənin qara qaşına, qara gözünə aşiqdeyildim, dədəmdən də böyüksən, evin vardı, ona görə mən sənə ərə gəldim. İndio evi alıb çıxıb gedəcəm. Məhkəmədə də qız uddu və evə sahib çıxdı. Belə bir məsəlvar: "Yorğanına görə ayağını uzat”. Və biz də çox vaxt ayağımızı elə uzadırıqki, yorğandan qırağa çıxır. Yorğandan qırağa çıxanda da hər şey əlimizdənçıxır, ailə-uşaq yanında bihörmət oluruq.

Saçına-saqqalınahörmət eləyən adam lap arvadı rəhmətə getsə də, gedib qızı, yaxud nəvəsi yaşdaqadınla evlənməli deyil. Əgər bir adam özündən dəfələrlə balaca olan qızla evlənirsə,burda birmənalı olaraq düşünmək olar ki, o qız onun qara qaşına, qara gözünədeyil, var-dövlətinə aşıq olub. Bir neçə gün bundan əvvəl televiziyada bir xəbəreşitdim. Bu xəbər də bundan ibarətdir ki, 70 yaşında kişi 30 yaşında arvadınıbıçaqlayıb. Ay rəhmətliyin oğlu, bu 70 yaşında sənə nə düşüb ki, gedib nəvənyaşında qızla ailə qurmusan? Sən "oram-buram ağrayır” deyəndə, həmin qız darestoranda, başqa istirahət məkanlarında kef çəkmək istəyir. Sən də o kefi onaverən deyilsən. Onda da o qız ayağı sürüşkən olacaq da. Hər halda, bizim millətnəsə özündən dəfələrlə balaca xanımlarla ailə qurmağa böyük həvəs göstərir. Vəböyük həvəs də bax, belə faciələrlə nəticələnir.

Ailə qurmağa heçkəs oyuncaq kimi baxmalı deyil. Ən azından ona görə ki, bir ailə yeni yaranmışbir dövlət kimidir. Əgər bu dövləti idarə edə bilməyəcəksənsə, o xanımı xoşbəxtetməyi bacarmayacaqsansa, Allahın verdiyi o uşaqları ac-yalavac böyüdəcəksənsə,onda o ailəni qurmağa ehtiyac varmı? Bax, bu məsələ həm gəncləri, həm də yaşlınəsli ciddi düşündürməlidi. Ciddi düşünməklə isə bizim millətin bir o qədərarası yoxdur. Bax, ona görə də başqa işlərdə olduğu kimi, bu ailə məsələrində dəhələ də axsayırıq.


TƏQVİM / ARXİV