adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: QOCALIQ

FAİQ QİSMƏTOĞLU
59395 | 2020-06-14 12:24

... Qocalıq heçdə hər insana qismət olmur. Dünyaya gələsən, yeniyetmə olasan, gənclik illəriniyaşayasan, orta yaşa çatasan və sonra da qocalasan, ondan gözəl nə ola bilər?!Hər yaşın, hər ilin, hər ayın öz gözəlliyi, öz rəngi, öz çalarları var. Qocalıqo demək deyil ki, kimsə yaşa doldu, onu atasan tarixin arxivinə. Qocalıq odurki, o yaşa çatmısansa, səni əməlinə, tutduğun yola, müdrikliyinə və ən nəhayət,hörmətinə, izzətinə görə çoxları sevgiylə qarşılaya. Əgər o qocalar ki, sevgiyləqarşılanır, onların yeri görünür, ağıllı və müdrik məsləhətlərilə yadda qalır,təbii ki, onlar böyük kütlə tərəfindən seviləcək...

Mən heç də buyazımda qocaları vəsf eləmək fikrində deyiləm. Mən onu demək istəyirəm ki,bizim ölkədə, bizim məmləkətdə insan bir balaca yaşa doldu, deyirlər ki, filankəsqocalıb, tay heç nəyə yaramır, onların yerinə cavanları qoymaq lazımdır.Aydındır ki, cavanlar da gənclər də irəli çəkilməli, layiq olduğu yerdə əyləşdiriliməlivə onlara da sevgiylə yanaşılmalıdır. Öz sənəti, öz peşəsi və öz savadıyla əvəzolunmayan yaşlı insanları heç vaxt çıxdaş eləmək, işdən uzaqlaşdırmaq bir o qədərdə ədalətli deyil. Bu edilirsə, ən azından günah sayıla bilər.

İstedad, peşəkarlıqvə təcrübə çox şeyi deyir. Və bu istedad, təcrübə və peşəkarlıq həmişə özünügöstərir. Mən dəfələrlə bir hadisənin şahidi olmuşam ki, çox təcrübəli vəistedadlı, savadlı mütəxəssisi yaş həddiylə əlaqədar olaraq təqaüdə göndəriblər,onun da yerinə təcrübəsiz və arxası möhkəm olan bir gənc qoyublar. Həmin gənc dəo ağırlıqda işin öhdəsindən gələ bilməyib, hər şeyi dolaşığa salıb. Vəziyyətinmürəkkəb olduğunu görən rəhbərlik gedib o təcrübəli, yaşlı adamı evindən gətirib,işə qaytarıb və onun təcrübəsindən, savadından istifadə edərək istehsalatdakı çətinliyiaradan qaldırıb.

Hamı XoşbəxtYusifzadəni çox yaxşı tanıyır. Çünki o, Azərbaycan neft sənayesini bilən əngüclü mütəxəssislərdən biridir, daha doğrusu, birincisidir. Özü də o kişi o qədərağsaqqal, o qədər ziyalı və o qədər də duzlu adamdır ki, bir dəfə söhbətinidinləyəndə nə qədər böyük savad sahibi olduğunu hiss eləyirsən. Onun duzlu,yumorlu söhbətlərindən doymaq olmur, Üstəlik də bu böyük kişinin Azərbaycanneft sənayesinə verdiyi töhfəni heç bir mütəxəssis bəxş eləyə bilməyib. Onunsavadından, müdrikliyindən, istedadından və peşəkarlığından bu gün də istifadəolunur. Çünki bu cür mütəxəssislər, bu cür kişilər, bu cür savaldı adamlar nə qədəryaşa dolsalar da, onlar əvəzedilməz insanlardı. Söhbət qocalıqdan, yaxudcavanlıqdan getmir. Söhbət hər hansı yaşdan asılı olmayaraq, insanınbacarığından, təcrübəsindən və istedadından gedir. Bacarıqlı, təcrübəli,istedadlı adamlar gün işığı kimidir. Onun qarşısını nə qədər qara buludlar alsada, o gün işığı bir müddətdən sonra göy üzündə görünəcək və ətrafını nuraboyayacaqdı.

Savadlı müəllim,savadlı həkim, savadlı mühəndis, savadlı alim və savadlı hər hansı sənət sahibivallah, yaşla ölçülə bilməz. Bax, bizdəmüəllimlər 65 yaşında təqaüdə çıxırlar. Elə müəllim, elə mütəxəssis var ki, buyaşda təqaüdə çıxarılmaqla onun özü heç bir şey itirməsə də, cəmiyyət, millət vəxalq çox şey itirir. Onsuz da savadlı müəllim, savadlı həkim və savadlı hərhansı mütəxəssis fərdi qaydada iş görməklə öz dolanışığını tapacaq. Başqa sözlədemiş olsaq, bəzi özəl qurumlar, özəl təşkilatlar onları göydə axtarırlar vəyerdə tapırlar. Sadəcə olaraq, biz bu adamların qədrini bilməyi və qiymət verməyibacarmırıq.

Lap götürəkpolis orqanını. 50 yaşında sıravi əməkdaşlar təqaüdə çıxır, 55 yaşında zabitlər,hansı ki, bu yaşda onlar daha çox təcrübəli, daha çox səriştəli və daha çoxinsanları, cəmiyyəti tanıya bilirlər. Həmin əməkdaşın yerinə yeni təyin olunmuşmüstəntiq, təhqiqatçı və eləcə də digər əməkdaşlar heç də əvvəlki insan kimipeşəkar olmurlar. Yəni onların o səviyyəyəgəlib çatması üçün uzun illər və uzun zaman lazımdır. Amma elə etmək olar ki, əvəzolunmayan,çox yüksək peşəkarlığa malik olan müstəntiqlər, təhqiqatçılar, cinayət axtarışıüzrə mütəxəssislər yaş həddinə baxmayaraq, bir müddət işləyə bilsinlər. Ağdam vəFüzuli rayon polis şöbələrində işləmiş cinayət axtarışı üzrə bölmə rəisi vardı– Aliko! Hər hansı cinayət hadisəsi olan kimi o dəqiq rəis Alikonu axtarırdı vəona inanırdı. Aliko da ən ağır cinayətləri çox yox, uzaqbaşı 3-4 günə aça bilirdi. Bax, o, hər şeyi beş barmağı kimi bilir, baxan təki cinayətkarıüzündən tanıyırdı. Və bilirdi ki, o adam hansı yuvanın quşudu.

Bu gün haragedirsən deyirlər ki, yaş həddi yüksək olan əməkdaşlar bizə lazım deyil. Həttaelanlarda belə bildirirlər ki, 20-30 yaş arasında əməkdaşlar axtarırıq. Düzdür,cavanlar çox çevikdir, enerjilidir və tapşırılan işi yaşlı adama nisbətən dahatez icra eləyir. Buna sözümüz yoxdur. 40- 45 yaş məgər qocalıq əlamətidir?! Həminyaşda olan adamlar dövlət qurumlarına və eləcə də özəl təşkilatlara iş üçün müraciət edəndə deyirlər ki, yaşınkeçib. Yadıma satirik şair, rəhmətlik Rüfət Əhmədzadənin danışdığı bir əhvalatdüşür. O deyirdi ki, cavan bir şairin işə düzəlmək üçün döymədiyi qapı qalmır.Hara gedir deyirlər ki, gəncən, darıxma, hələ tezdir, bir müddət gözlə, sənə işverəcəyik! Gənc də aylarla, illərlə gözləyir, axardığı işə qəbul ola bilmir.Axırda da bir iş yeri tapılır, onda da o şairin 45 yaşı tamam olur. Deyirlərki, tay yaş həddin keçib, işəyaramırsan...

Kim nə deyirdesin, düzdür, bəziləri bu fikirlə razlaşmır, bu onların öz işidir. Amma mənbir fikri səsləndirməyi özümə borc bilirəm: əvəz olunmayan şəxsiyyətlər, mütəxəssislər,ziyalılar, alimlər, həkimlər və hüquq-mühafizə orqanı əməkdaşları var. Yaş həddiyləəlaqədar olaraq onların çoxu təqaüdə göndərilib. Gələn gənclər isə onlarıngördüyü işi bacarmırlar. Amma indi birçox nazirliklər və təşkilatlar bu cür əvəzolunmaz mütəxəssislərdən gec də olsaistifadə eləməyə başlayıb. Sözümün canı o deyil ki, mən nəyisə xatırlatmaq istəyirəm.Sözümün canı odur ki, dövlətin və cəmiyyətin ehtiyac hiss etdiyi istedadlı,yaşlı və təcrübəli mütəxəssislərə dəyər verməyi bacarmalıyıq. Azərbaycanda olanvallah, yaxşı mütəxəssislər heç yerdə yoxdur. Sadəcə olaraq, bu gün bir çox vəzifəlişəxslərin övladları təcrübəsi və savadı olmaya-olmaya həmin əvəzolunmaz mütəxəssislərinyerində əyləşiblər. Və üzr istəyirəm, bu adamların da bəziləri iki eşşəyinarpasını bölə bilmir.

İnsan çox vaxt xəstəlikdənyox, işsizlikdən, bekarlıqdan və yerini tapmamağa görə dünyasını dəyişir. Adamtanıyıram ki, çox savadlı, çox istedadlı adamdı, ancaq o, zamanında qiymətinialmayıb. 10 il, 20 il gözləyib, axırda da ürəyi partlayıb. İndi də təcrübəli,yaşlı adamları "tez-bazar” təqaüdə göndərirlər ki, bəs sənin vaxtın çatıb, getnəvələrini oynat! Demirəm ki, onlar yaş həddinə görə təqaüdə göndərilməsin,göndərilsin! Amma ən azından hansı qurumdakı əvəzolunmaz, yüksək peşəkarlığı iləseçilən mütəxəssislər varsa, onları qorumaq, savadlarından, qabiliyyətlərindənistifadə etmək lazımdır.

Hətta orta yaşlıkamil mütəxəssisləri belə seçmək mütləq vacibdir. Bir də görürsən ki, birkollektivdə qabiliyyəti olmayanı gətirib qoyurlar müdir. O savadlı, kamil mütəxəssisisə qalır "oyundankənar” vəziyyətdə. Bu da ona bənzəyir ki, aparıb dəvəni eşşəyinquyruğuna bağlayırsan. Tay o əhvalatı danışıb sizi yormaq istəmirəm.

Yazımızın əvvəlindəqeyd elədik ki, hər yaşın öz gözəlliyi var. Və qocalmağı da Allah-Təala həradama qismət eləmir. Və hər qocaya da ağsaqqal demək olmaz, hər ağsaqqala daAllah-Təala nur vermir. Allah-Təala seçdiyi və sevdiyi müdrik, onun yoluyla gedənədalətli və mərhəmətli insanlara nur bəxş eləyir. Və bu nuru isə biz insanlar oqocaların çöhrəsində, yaşadığı ömürdə görməliyik. Əgər görmürüksə və istedadlı,təcrübəli mütəxəssisləri tarixin arxivinə atırıqsa, günah nə zəmanədədir, nə dəo insanların özündə. Günah onlara dəyər verməyən yüksək vəzifəli şəxslərdə vəbir də cəmiyyətin özündədir. Yazımı böyük Ramiz Rövşənin "Qocalıq” şeirinin birbəndiylə tamamlayıram:

Son nəfəsdünyada hər şeydən şirin,

Şair də qocalır,ölür, bilirəm.

Sözündən qan iyigələn şairin,

Ağzından süd iyigəlir, bilirəm...


TƏQVİM / ARXİV