adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Allahverdi Bağırov əfsanəsi - İlqar Rəsul yazır

İLQAR RƏSUL
99350 | 2020-06-14 12:33

(Çap olunmamış "SARA" romanımdan gerçək faktlara əsaslanan bir parça - bu həm də bir "mistik intiqam"dır).

Bu gün Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsinin əfsanəsi Allahverdi Bağırovun,

eləcə də Ermənistanın milli qəhrəmanı, Qarabağ müharibəsində Martuni (Xocavənd) batalyonunun komandiri Monte Melkonyanın anım günüdür.

Onların hərəsi öz xalqının sevimlisidir. Və onların ikisi də məhz eyni ayda, eyni gündə, eyni markalı maşında və eyni rayonda həlak olublar.

Allahverdi Bağırov 1992-ci il, iyunun 12-də xidməti UAZ maşınında Naxçıvanik kəndindən Ağdama qayıdarkən ermənilərin yola basdırdığı minaya düşərək həlak olub,

Monte Melkonyan isə ondan bir il sonra - 1993-cü il, iyunun 12-də xidməti UAZ maşınında Ağdam üzərinə hücum zamanı azərbaycanlıların BMP-dən açdığı atəş nəticəsində həlak olub (UAZ vurulub, Monte düşüb qaçanda BMP-dən açılan növbəti atəşlə başından vurulub).

İkisi də ölümündən sonra milli qəhrəman adına layiq görülüb.

Bağırovun Azərbaycanda (Ağdam), Melkonyanın Ermənistanda (Yerevan) abidəsi ucaldılıb. Hər ilin bu günü Allahverdinin xatirəsi Azərbaycanda, Montenin xatirəsi Ermənistanda yad edilir.

İNDİ ONLARI FƏRQLƏNDİRƏN ƏSAS CƏHƏTLƏR:

Allahverdi Bağırov

Allahverdi Bağırov 1946-cı ildə Ağdamda doğulub. Qarabağın sayılıb-seçilən oğlanlarından olub. Həyatı boyu adı da özü kimi hər yerdə ehtiramla qarşılanan, xətri əziz tutulan, bir sözü iki edillməyən, ismarıcı ermənilər tərəfindən belə həssaslıqla qarşılanan KİŞİ olub. Ağdamın mərkəzində böyük restoranı olub. İstəsəydi həmin restorandan qat-qat yaxşını Bakıda tikib indi oliqarx həyatı yaşayardı və kimsə əl-ayağına dolaşmağa cəsarət edə bilməzdi. Amma o, öz kimliyinə sadiq qaldı, nəyi vardı Qarabağın müdafiəsinə sərf etdi. Sonda həyatını da Məmləkətin, Millətin azadlığına bağışlayıb getdi.

Allahverdi Bağırovun adı müasir Azərbaycan tarixinə təkcə döyüşçü milli qəhrəman kimi yox, həm də xilaskar milli qəhrəman kimi düşdü. Yəni həm də bir yaşadan kimi.



(Allahverdi Bağırov müharibənin gedişində mindən çox insanı əsirlikdən, girovluqdan xilas eldib, erməni əsir və girovları dəyib-toxunmadan, işgəncə vermədən, sağ-salamat geri qaytarıb).

Monte Melkonyan

Monte Melkonyan 1957-ci ildə Kaliforniyada (ABŞ) doğulub.

Livanda gedən vətəndaş müharibəsində, xristianlar tərəfdən döyüşüb. Türkiyəyə qarşı PKK-nın əməliyyatlarda iştrak edib. Parisdəki Türkiyə səfirliyinə hücum təşkil edib, Parisdə - Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış törədib, xeyli ölən və yaralanan olub. 1990-cı ildə Fransadan Ermənistana, oradan da Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gəlib. Xocavənd rayonunun işğalına şəxsən başçılıq edib. İşğal olunan Azərbaycan kəndlərində, rayonlarında talançılıqda, əsir və girovlara işgəncə verilməsində, onların vəhşicəsinə öldürülməsində xüsusi fərqlənib. Adam həyatı boyu təpədən-dırnağa terrorçu olub. Yaşadan yox, öldürən yəni...

Ermənistan tarixinə həm də türklərə, azərbaycanlılara qarşı amansız davranan bir qəhrəman kimi düşüb...

Bütün bunlar həm də ümumilikdə Azərbaycanlla Ermənistanın fərqidir...


TƏQVİM / ARXİV