adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İNSAN ÖZ QƏLBİNDƏ TƏK OLMAMALIDI... - İlqar Rəsul yazır

İLQAR RƏSUL
47107 | 2020-06-16 10:11

Kimin Allahı yoxdursa, Onu mütləq yaratsın (illah da bu pandemiya dövründə). Yaratsın və söhbət eləsin. Tanış olsun. İstəməz, unudar. Amma istəmək və unutmamaq şansını yoxlasın neç olmazsa. Amma səmimi, inanaraq yaratsın. Yaratsın və Ona sığınsın. Yaratsa, bu, ona heç vaxt tək qalmamaq şansı qazandıracaq. Sirdaş, həmsöhbət, məsləhətçi, yolgöstərən qazandıracaq. Səbir verəcək, mərhəmətli edəcək. Səbri, mərhəməti varsa, daha da artıracaq,fərqli bir eşq də bəxş edəcək...

Kimin Allahı yoxdursa, mütləq özü üçün Onu yaratsın. Cəfəngiyyatlara məhəl qoymadan yaratsın. "Allahın yolundan kənara çıxmaq", Allahın sözündən kənara çıxmaq" və s. kimi deyimləri eyninə almadan yaratsın. Əmin olsun ki, Alıahın nə Özündən, nə Yolundan, nə də Sözündən kənar var...

Kimin Allahı yoxdursa, məncə Onu mütləq yaratsın. Əgər yaradarsa:

Əslində o yeni nəsə yaratmış olmayacaq. Sadəcə Olanı qəlbinə qonaq dəvət edəcək. Yoox, kənardan yox, qəlbinin uzaq bir küncündən qəlbinin tam mərkəzinə gətirəcək. Yəni müqəddəs bir nurun işığını artırıb qəlbini sonsuz bir aydınlığa qərq edəcək-deyəlim...

Kimin Allahı yoxdursa, məncə Onu yaratsın. Allah həm də hüzur, rahatlıq deməkdir. Yaranandan ölənədək bütün insanların arzuladığı qəlb halı yəni...


TƏQVİM / ARXİV