adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÖZÜMÜZÜ ALDATMAYAQ

FAİQ QİSMƏTOĞLU
51793 | 2020-06-17 10:27

... Biz çox vaxtgünü-günə satmışıq və özümüzü zaman-zaman aldatmışıq. Sel gəlib – demişik əşi,boş şeydi... Haqqımızı yeyiblər qulaqardına vurmuşuq – susmuşuq... Qonşu gəlibtorpağımızı əlimizdən alıb – dinməmişik... demişik əşi, boş şeydi, bu gün-sabahqaytararıq... İndi bu gün-sabah 28 il olur, yenə tərpənmirik ki, tərpənmirik...Çünki özümüzü indi yox ey, 200 il bundan əvvəl də belə aldatmışıq. İndi dəkoronavirus başımıza oyun açır, yenə əlimizi göydə yellədirik və deyirik: "Əşi, bunlar hamısı boş şeydi”.

Bax, beləboş-boş şeylər uzun illərdi bizim əlimizdə nə varsa, alıb aparıb və qalmışıqquru yurdda. Qorxuram elə indən sonra da elə beləcə quru yurdda qalaq. Ammaquru yurddan çıxmağa və işıqlı bir yola getməyə kömək eləyənlər var. Məni yandıran odur ki, o kömək eləyənlərin sözünüeşitmirik, qulaqardına vururuq, üzü işığa doğru yox, qaranlığa və cəhalətədoğru gedirik...

Artıq 2-ci həftədirki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərtqarantin rejimi tətbiq olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın buqərarı heç də əhali tərəfindən birmənalı qarşılanmır. Amma gəlin onunla razılaşaq ki, birinci həftəyənisbətən ikinci həftədə sərt karantin rejiminin pozulması halları azalıb. Yəni əhalininəksəriyyəti bu rejimə əməl edib. Bunlar hamısı çox gözəl. Dövlət və hökumətkarantin rejimini sərtləşdirməklə milləti bu bəladan tez bir vaxtda xilas etməyəçalışır.

Sirr deyil ki,xüsusi rejimli xəstəxanaların əksəriyyəti artıq koronavirusa yoluxmuş xəstələriqəbul etməkdə çətinlik çəkir. Yəni ağır xəstələr artıq Bakıda yerləşdiriləbilmir. Məsələn, mənim bir qonşum var, ailəsində bu xəstəlik aşkar edilib, həyatyoldaşını Astaradakı xəstəxanaya aparıblar, qızını və nəvəsini isə karantinrejiminə uyğun olaraq metronun "Koroğlu” stansiyasının yanındakıidmançıların Atletlər kəndindəkibinalarda yerləşdiriblər. Hansı ki, bir həftə bundan əvvəl bizim qonşular da buməsələni bir o qədər də ciddi qəbul eləmirdilər. Faktlar isə ölkəmizdəki vəziyyətinheç də yüngül olmadığını təsdiq edir.

Ölkəmizdə 2 günkarantin rejiminin tətbiqi təbii ki, virusun qarşısının alınmasında önəmli roloynayır. Amma bizi bir məsələ çox narahat edir ki, bu sərt karantin rejimindənsonra əksər avtobuslarda sərnişinlər karantin qaydalarına uyğun olaraqmaskalardan istifadə etmirlər. Mən bunu dəfələrlə yazmışam və ötən şənbə günü dəqeyd eləmişdim; Yeni Günəşlidən metronun "Neftçilər” stansiyasına işləyən 50nömrəli marşrutda nə sürücülər, nə də əksər sərnişinlər maska taxmırlar. İyunun16-sı səhər saat 09:50-də həmin marşrutda işləyən bir avtobusa mindim. Yenəsürücü maska taxmamışdı. Avtobusda olan 40-a yaxın sərnişindən isə cəmi 5-6-sımaska vurmuşdu. Amma bəzilərinin ciblərində elə uzaqdan maska görünürdü. Ancaqnədənsə onlar onu taxmaqdan çox cibdə saxlamağa üstünlük verirdilər.

Heç Bakı şəhərindədigər marşrutlarda da vəziyyət qənaətbəxş deyil. Gəlin, gedək hər hansı marşrutaminək və görək orda neçə nəfər maskadan istifadə eləyir. Allaha and olsun,40-50 nəfərdən cəmi-cümlətani 4-5 maska taxa, ya taxmaya. Xüsusən də səhərsaatlarında və axşam "ças-pik” vaxtlarında avtobuslar basabas olur. Beləbasabasda maska taxmaq heç kimin yadına düşmür. Ən yaxşı halda kimsə yer tapıbbirtəhər evinə getmək istəyir. Burda məsuliyyəti kim daşıyır? Əlbəttə, Bakı NəqliyyatAgentliyi və daşıyıcı şirkətlər. Onların da dünya vecinə deyil; Araz aşığından,Kür də topuğundandı. Çünki Bakı Nəqliyyat Agentliyinin rəhbərləri və daşıyıcışirkətlərin sahibləri avtobusa minmirlər ha. Əgər Operativ Qərargah məcbur etsəvə o rəhbərlər də avtobusdan istifadə etsələr, bax, onda nəyə desəniz and içərəm,maskadan hamı istifadə edəcək.

Bu bəla isə gündən-günədaha da artır. Sanki bizdəki cavabdeh qurumlar isə qış quxusuna gediblər.Düşünmürlər ki, bu xəstəliyin ən böyük mənbəyiictimai nəqliyyatdı. İctimai nəqliyyatda isə metro istisna olunmaqla Bakı şəhərindənəzarət edən yoxdur. Necə olur ki, metroda çoxları bu qaydalara əməl edir, ammaavtobuslarda riayət olunmur?! Çünki metrodakılar və onun rəhbərliyi öz üzərinədüşən işin məsuliyyətini dərindən dərk eləyir. Ancaq Bakı Nəqliyyat Agentliyi vədaşıyıcı şirkətlər özlərini və camaatı aldatmaqla məşğuldur. Qoy aldatsınlar!Görək, nə vaxa qədər bu xalqı aldadacaqlar?

İndi Operativ Qərargahınqərarlarının icrasını Daxili İşlərNazirliyi həyata keçirir. Amma Daxili İşlər Nazirliyi də hər adamın yanında birpolis qoya bilməz. Ancaq bir polis qoya bilməsə də, camaat nəzarətsizlikdənistifadə edərək avtobuslarda maska taxmır. Bax, biz burda polisin passiv hərəkətinihiss edirik. Heç olmasa hər gün ən azı bir marşrutda reyd və yoxlama keçirməli,karantin rejimini pozan sərnişinlər məsuliyyətə cəlb edilməlidirlər. Düzdür, bureydlər qapalı yerlərdə, ticarət mərkəzlərində, mollarda olur. Ancaq yaxşıolardı ki, bu cür polis yoxlamaları daha aktiv olsun və bütün marşrutlarda ənazından gündə 2-3 dəfə gerçəkləşdirilsin. Əks təqdirdə avtobuslardainfeksiyanın yayılması təhlükəsi hər gün, hər an daha böyük olacaq.

Hər bir vətəndaş,hər bir insan nəzarət olub-olmamasından asılı olmayaraq, karantin rejiminə əməletməyə borcludur. Çünki artıq Nazirlər Kabineti yanında Operativ Qərargahinzibati məsuliyyətlə yanaşı, karantin rejimini pozanları cinayət məsuliyyətinəcəlb edilməsini də gündəmə gətirib. Yəni mövcud qanunla qaydaların kobud surətdəpozulması tək inzibati məsuliyyət deyil, həm də cinayət məsuliyyəti yaradır.

Karantin rejimiilə bağlı insanların Bakı şəhərində saxlanılmasına və rayonlara buraxılmamasınada birmənalı yanaşılmır. Çünki sözün açığı, Bakıda bina evlərində 2-3 günkarantin rejimində qalan adamlar havasızlıqdan və çətinlikdən gileylənirlər. Həttahəkimlər deyirlər ki, immuniteti gücləndirmək üçün insanlara təmiz havalazımdır. Təmiz hava da təbii ki, Bakıda deyil, rayonlardadır. Hətta millət vəkiliAqil Abbas deyir ki, insanları rayonlara buraxmamaq müəyyən problemlər yaradır.Yəni kiminsə evi-eşiyi, bağı-bağatı varsa, gedib rayonlarda istirahət edə bilər,dincəlmək imkanına malik olar. Bu özü insanları stresdən, gərginlikdən vəsıxıntıdan çıxamasına çox böyük şərait yaradar.

Bizcə, bu barədəOperativ Qərargah ciddi düşünməli və əhali üçün sərf edən addım atmalıdır. Əlbəttə,Operativ Qərargahı da başa düşmək lazımdır. Onlar düşünürlər ki, Bakıda virusayoluxmuş adam rayona gedə bilər və onu yayar. Amma hər halda, mütəxəssislərin vəhəkimlərin fikri daha önəmlidir.

Ancaq gəlinözümüzü aldatmayaq və dünyanı cənginəalan bu bəlaya da barmaqarası yanaşmayaq. Çünki biz barmaqarası yanaşdıq,karantin rejiminə əməl eləmədik, bu virus daha da yayıldı. İndi Bakıda xəstəxanalardayer tapılmır, xəstəliyə yoluxan insanları rayonlra aparırlar. Bunun özü isə onadəlalət edir ki, biz hələ də selin gəlməyinə və bizi aparmağına inanmırıq. Aymillət, ay insanlar, sel gəlir və bizi aparır!

...Və bir də görəcəyikki, Avropadakı kimi xəstəxanalarda yer yoxdu, küçələrdə yıxılıb qalmışıq. Hərhalda, Allah bizi qorusun! Çünki biz özümüzü heç vaxt qorumamışıq və özümüzüaldatmaqla məşğul olmuşuq! Bu dəfə də özümüzü elə qəşəng, elə şirin aldadırıqki, sanki yuxu görürük. Bu yuxu deyil ha, bu Seldi!.. Sel!.. Sel!..


TƏQVİM / ARXİV