adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ATALAR GÜNÜ - İlqar Rəsul yazır

İLQAR RƏSUL
59656 | 2020-06-18 08:07
Bu mənim atamdı. Ramiz Rəsulov. BDU -nun jurnalistika fakültəsini bitirib (Rahmətlik prof. Famil Mehdinin dediyinə görə, dövrünün çox istedadlı adamlarından olub). Əvvəl müəllim işləyib. Sonra rayon qəzetində redaktor. Daha sonra Ağdam rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışıb. 37 yaşında Az.KP. Mərkəzi Komitəsi onun başqa rayona (Zərdab, ya da Beyləqan) birinci katib təyin olunması barədə qərar verib. Ancaq elə həmin ərəfədə (1970) qəfil dünyasını dəyişib. 1970 ci ildə mənim 3 yaşım olub. Düz indiyəcən, hələ də atamı tanıyanlardan daima hörmət, ehtiram görməkdəyəm. Bu çox gözəl bir hissdir. Həyatda əsas arzularımdan biri də, eyni hissi oğlumun da ömrü boyu bu hissi yaşaması və övladlarına yaşatmasıdır...

Allah bütün atalara can sağlığı və şərəfli ömür nəsib etsin. Dünyadan köçənlərə min rəhmət!

P.S.Yeri gəlmişkən: Şəkildə ayaq üstdə dayanıb danışan şagird dünya şöhrətli alim, akademik Rafiq Əliyevdir (bu şəkli mənə Rafiq müəllim bağışlayıb).












TƏQVİM / ARXİV