adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: CƏSARƏT

FAİQ QİSMƏTOĞLU
60602 | 2020-06-18 11:53

... Bu elə birşeydir ki, hər adamda olmur. Amma bəziləri cəsarəti başqa cür yozurlar. Məsələn,bir neçə müğənni var ki, soyunub camaatın qabağına çıxmağı cəsarət sayır. Həttabaşqa soyunmaq istəyən müğənni də ona haqq qazandırır ki, filankəs xanım çox cəsarətlidir.Bu cəasrət deyil ey, üzr istəyirik, soyunub millətin qabağına çıxmaqabırsızlıq, həyasızlıq və tərbiyəsizlikdir. Və bu soyunmağın cəsarətə heç bir dəxliyoxdur. Varsa, qoy hörmətli oxucular desinlər, biz də bilək! Amma bildiyimizodur ki, cəsarət həm də qorxmazlıq, igidlik, mərdlik deməkdir...

Cəsarəti 3 kəlbəcərlikişi göstərdi. Onlar bir neçə dəfə gizli yolla yurd-yuvalarına gedib ata-baba qəbiristanlığınıziyarət eləyərək qayıdıb gəldilər. Ancaq 3-cü dəfə gedəndə ermənilər onlarınizlərinə düşdü və onları yaxaladılar. Həmin kəlbəcərlilərdən birini güllələdilər,ikisini də həbs eləyib üstlərinə şər-şəbədə atdılar. Dedilər ki, hətta onlarhansısa ermənini öldürüblər. Məhkəmənin hökmüylə hər iki kəlbəcərli ömürlük cəzayaməhkum edilib.

Doğma torpağına,vətəninə gedəsən və sonra da sənin o torpağını işğal edən adamlar yaxalayaraqömürlük cəza verələr. Bax, bunu nə yer götürər, nə də göy. Və onlar bilirdilər ki, Kəlbəcərə gedirlərsə,deməli, yaxalana bilərlər, güllələnərlər və öldürülərlər. Bax, cəsarət budur!Bilirsən ki, səni qarşıda ölüm gözləyir, amma o ölümdən qorxmayıb öz məqsədinədoğru irəliləyirsən. İrəliləyib, irəliləyib ya o məqsədə çatırsan, ya da o məqsəduğrunda həlak olursan...

Yoxsa, həryerindən duran "mən cəsarətliyəm” deyibaləmə car çəkir. Bir adamın üzünə nöqsanını deyə bilməyən, arxada söyən, üzdə tərifləyənadamdan hansı cəsarəti gözləmək olar?! Heç cəsarət gözlə görsənmir, onun rəngivə görüntüsü də hiss olunmur. Cəsarət o vaxt hiss olunur ki, kimsə haqsızlığadözmür, bir müddət susur, susur, axırda da bomba kimi partlayır.

Bəzi adam da varki, cəsarəti çatmadığına görə, bu sözü dilinə gətirə bilmir, hər şeyi içinəatır, aranı dağa aparır, dağı da arana. Axırda da ürəyi partlayıb ölür. Amma həminadamın çox yox, bir balaca cəsarəti olsaydı, ürəyindəkiləri dilinə gətirsəydi,sözünü deməyi bacarsaydı, heç onun ürəyi partlamazdı.

Bir ziyalıdostum vardı. Həddindən artıq tərbiyəli adam idi. Həmişə də müdiri onu danlayırvə incidirdi. O da müdirə bir söz demirdi, gəlib ürəyini mənə boşaldırdı. Təyziqiqalxır, üəryinin döyüntüsü isə daha da artırdı. Bu əhvalat tez-tez təkrarolunurdu. Axırda boğaza yığıldım, dedim ki, ay rəhmətliyin oğlu, ürəyinpartlayır, hər gün gəlib mənim yanımda danışırsan və müdirini də o ki, varsöyürsən. Elə müdirin özünə iradlarını bildir, bununla da hər şey qurtarıbgetsin. Dedi müəllim, birini bilirsən, birini bilmirsən. Bizim müdir çox kinliadamdı. Əgər ürəyimi boşaltsam, elə həmin gün o məni işdən qovacaq, ailəmin vəbalalarımın çörəyi kəsiləcək. Dedim ki, onda belə isə birtəhər döz. O da birtəhərdözdü bir dəfə də infarkt keçirdi, sonra da təqaüdə çıxdı. Əgər dostumuz çoxyox, heç olmasa bir dəfə iradını bildirsəydi, həm infarkt olmazdı, həm dəsakitləşərdi.

Sözümün canıodur ki, cəsarət heç də hər adama verilmir. O da hardasa bir var-dövlət kimibir şeydi. Yəni cəsarət də genetik kodla, qanla gəlir. Gərək qanında bir şeyolsun ki, cəsarətin olub cəsarətli addımlar atasan. Pulun, varın, dövlətin, vəzifəninolması hələ cəsarətə dəlalət eləmir. Ola bilər heç nəyin olmaya, kasıb bir adamolasan, amma cəsarətin ola. Bu, tamamilə gözəgörünməz və başqa bir dünyadı.

Cəsarətliinsandan yaltaq, ikiüzlü, ləyaqətsiz və hər şeyi pula, vəzifəyə qurban verənadamlar həmişə çəkiniblər. Cəsarətli olmayan millətin, xalqın və insanın heçvaxt işıqlı və rahat həyatı ola bilməz. Gərək cəsarətin ola ki, bu dediyimnöqsanları görə biləsən və bu cəsarət də səni həmişə haqqa, ədalətə doğruapara. Tay bilmirəm fikrimi nə dərəcədə ifadə eləyə bildim, amma bildiyim odurki, cəsarət nə pulla, nə vəzifəylə, nə də başqa qiymətli şeylərlə alınmır. Deməli,bayaq dediyimiz kimi, o da bir Allah vergisidi...


TƏQVİM / ARXİV