adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Iyun 2020 12:13
82169
MÜSAHİBƏ
A- A+

“Mavi boyalı ev”-xoşbəxtliyin, ümidin rəngidi - MÜSAHİBƏ

Gənc yazar Rəvan Cavidin bu yaxınlarda "Mavi boyalı ev” adlı şeirlər kitabı çap olunub. Bu barədə onunla qısa söhbət etdik.

Bu günlərdə "Mavi boyalı ev”i təqdim etdin. Niyə mavi boyalı?

"Mavi boyalı ev” şeirim ən çox sevilən və diqqət çəkən şeir oldu. Kitabı da həm o şeirlə başladım, həm də ad seçimində çox fikirləşmədim. Mavi ən sevdiyim rəngdi. Xoşbəxtliyin, ümidin rəngidi. Kitabları imzalayanda da masmavi arzularla yazıram. O rəngin səmavi enerjisi var. Amma oralara girməyəcəm (gülür)

İmza gününün axşamı şikayət dolu status yazmışdın. Məgər necə olacağını bilmirdin? Elə bilirdin kitab üstündə növbə olacaq?

Statusun kitab satışı ilə əlaqəsi yox idi. Şəxsi problemlərim var. Əksinə, kitab pis satılmır.

Kitab çıxarmaqda tələsməmisən?

İlk kitabım 19 yaşımda çap olunub. O da şeirlər toplusu idi. Üç ildən sonra yeni yazdıqlarımı da kitab halına saldım. Kitab mərhələdi. Təcrübədi. Geci-tezi olmur.

Məncə, hərbi xidmətə getməmişdən qabaq özünə əsgər yoldaşı axtarırsan. Kitabı da özünə...

Elə kitabla dostlaşmışam.

Cəmi 200 tiraj kitab çıxartmısan. Bu günə qədər satılıb qurtarmayıb da. Düzünü desək, hər hansı ölkənin müəyyən dərəcədə üzdə olan imzasının bu qədər tirajı günlərlə satıb quratara bilməməsi biabırçılıqdı.

Elə danışırsan, elə bil Azərbaycanda yox, Almaniyada yaşayırsan (gülür). Kitab bir həftədi çıxıb, yarısı satılıb. Məlum şəraitdə pis göstərici deyil, məncə.

- Kitab haqda müsbət rəylər var?

Daha çox lirik şeirlərin yer aldığı nəfis bir kitabdı. Tərtibat da, mövzular da yaxşıdı. 2017-2020-ci illərdə yazdığım şeirləri toplamışam. Redaktoru dostum şair Fərid Hüseyndi. Təqdimat edə bilmədiyim üçün "Kibrit”də özüm imzalayıb satıram. Gələn rəylər də müsbətdi. Ümid edirəm, yaxşı olacaq.

Emin Piri