adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: HƏCC BU DƏFƏ AZƏRBAYCANA GƏLİB

AQİL ABBAS
56494 | 2020-06-24 09:26

1999-cu ildə Türkiyədə böyük zəlzələ olanda Həccziyarəti ərəfəsi idi. Türkiyənin Şeyxülislamı (Dəyanət İşləribaşkanı) çıxdı televiziyaya, Həcc ziyarətinə getməyəhazırlaşanlara belə bir müraciət elədi:

- Əziz həmvətənlər! Bu dəfə Həcc Türkiyəyə gəldi.Ziyarətə xərcləyəcəyiniz pulları zəlzələdən zərər çəkənlərə yardım eləsiniz Allaha da xoş gedər,bəndəyə də!

Türkiyədə hər il Həcc və Ümrəziyarətlərinə 60-70 min adam gedir.

Ziyarətə hazırlaşanlar Türkiyənin şeyxülislamının müraciətiniyüksək qiymətləndirdilər və hacıolmaq istəyənlərin təxminən 50 faizipullarını geri alıb zəlzələdən ziyançəkənlərin fonduna köçürdülər.


İndi oxuyuram ki, bu il Həcc ziyarəti iptaloluna bilər və güman ki, olunacaq da.

Amma iptal olunmasa da, ay əzizlərimiz, bu dəfə Həcc Azərbaycana gəlib. Bəlkəbiz də türklərdən örnək götürək, eynimillət deyilik?!

Azərbaycanın Həcc ziyarəti kvotası 1500 nəfərdi. Bir ziyarətinyol və otel xərcləri 4500 dollardı. Bu da eləyir,7.5 milyon dollar.

İnanıramki, hörmətli şeyximiz Allahşükür Paşazadə də türkiyəli həmkarı kimi ziyarətçilərə belə bir müraciət edəcək və onlar da həmin pulu bu mənfur xəstəliklə mübarizə fonduna keçirəcəklər!


TƏQVİM / ARXİV