adalet.az header logo
  • Bakı 19°C

Faiq QİSMƏTOĞLU: BELƏ DƏ İŞ OLAR?!

FAİQ QİSMƏTOĞLU
50470 | 2020-06-24 09:15

... Olar, niyəolmur?! Bizdə nə desən baş verə bilər. Ən azından ona görə ki, biz iş görməkdənçox danışmağı daha çox sevirik. Bir şeydən o qədər danışırıq, danışırıq ki,axırda yorulub əldən düşürük və iş görmək də yadımızdan çıxır. Düşünürük ki,balam, əsas məsələ danışmaqdı. İş görmək isə qaçmır ki, nə vaxt istəsək, o işi görə bilərik. Və bir də ayılıb görürükki, həftə, ay, il başa çatıb və biz hələ də danışdığımız işləri düzüb qoşa bilməmişik.Sonra əlimizi havada yelləyib deyirik:

- Əşi, bu günolmasın, sabah olsun. Sabah olmasın, bir aydan sonra olsun. Bir aydan sonraolmasın, bir ildən sonra olsun. Qaçhaqaç deyil ha, Allah qoysa yarımçıq işlərimizigörərik...

... Düz 28 ildirki, gözləyirik ki, Lazım gələcək biz də işğal altında olan torpaqlarımızı,yurdumuzu, yuvamızı işğaldan azad edəcəyik. Və düz 28 ildir ki, səbrimizi basıbgözləyirik. Lap yaxşı eləyib gözləyirik. Gözləməsək nə olacaq? Əsas məsələ odurki, Allah qoysa, o Lazım nə vaxtsa gələcək və biz də torpaqlarımızı ermənilərinişğalından azad edəcəyik...

Biz həm də çox səbrli,dözümlü xalqıq. Hələ dünyanın heç bir xalqı bizim kimi dözümlü və səbrli olabilməz. Məsələn, bir iş üçün hər hansı məmurınqapısına yolumuz düşəndə o, bizi get-gələ salır, "sabah düzələr, birisigün düzələr” deyib bizi yola verir. Vəbiz də sabah da dözürük, birisigün də dözürük, yenidən həmin məmurun qapısınagedirik. Deyirik ki, ay rəhmətliyin oğlu, bəs sən bir-iki günə demişdin ki, buiş düzələcək, bu bir-iki gün üç-dörd ay olub, işimiz hələ də düzəlməyib. Busözdən sonra məmur qaş-qabağını tökür və dillənir:

- A kişi,qaçhaqaçdı, iki-üç ay gözlə, işlərin yoluna qoyular. İki-üç ay dözümüsən, biriki-üç ay da döz!

Yadımıza böyükÜzeyir Hacıbəyovun "Müsəlmanın halı” felyetonu düşür. Orda bir müsəlman obrazıtəsvir olunub. Həmin müsəlman iş üçün gedir dövlət məmurunun yanına, o da deyirki, get, sabah gəl. Əlacı üzülən müsəlman bu dəfə də ağanın yanına gedir vəondan kömək istəyir. O da bir dəfə həmin kişinin üzünə tüpürür, iki dəfə dəatasının goruna söyür. Və müsəlman bu dəfə dəçıxış yolunu intelligentin yanına getməkdə görür. Deyir ki, buintelligent savadlı adamdı, qoy dərdimi ona deyim, o da ərizə yazıb yuxarılaragöndərsin, onlar da mənim işimə əncam çəksinlər. Müsəlman intelligentdən ərizəyazmasını xahiş edir. İntelligent də deyir ki, 500 manat ver, yazım! Əlacı kəsilənyazıq müsəlman durub gedir xanın yanına. Səhər-səhər qapını döyür və nökərqapını açır. Soruşur ki, xan evdədir? Nökər də bildirir ki, yox, evdədir,yatıb. Günorta yenə gəlir, xanı soruşur, nökər yenə deyir ki, xan yemək yeyir.Axşam gəlir, axşam da xanı evdə tapmır və kor-peşman qayıdır evinə. Görür ki, nədövlət məmurundan bir səs çıxdı, nə hökumət adamından, nə intelligentdən, nə dəxandan. Elə yazıq müsəlmanın halı həmişə belə olub. Dərdini desə də, ona əlacqılan tapılmır ki, tapılmır. Necə ki, indi müsəlman dünyası ayaq altında qalır,insanlar inildəyir, ölənə, qırılana baxan yoxdur. Deyirlər ki, əşi, müsəlmancanı çıxıb zülm içində yaşamalıdır.

Şükürlər olsunki, yenə bizim məmləkətdə camaatın səsini eşidən var. Amma başqa müsəlman ölkələrindənə camaatın səsini eşidən var, nə də onların dərdinə əlac qılan! Harda müsəlmangörürlər, kömək eləyib çətin vəziyyətdən çıxarmaq əvəzinə başına bir qapazilişdirirlər ki, daha dərin yerdə düşüb qalsın. Çünki müsəlman həmişə dədə-babadanyiyəsiz olub və hər gələn də başına bir qapaz vurub. Və bu qapazdan da müsəlmanlarçox vaxt ayılmayıblar. Ayılanda da düşüblər bir-birinin üstünə. Bu qardaş onuöldürüb, o qardaş bunu. Heç müsəlmana düşmən lazım deyil ki, özü-özünün düşmənidir.

Müsəlmanınıbaşına gələn oyunların ən böyük səbəbi onun avamlığı, cahilliyi və savadsızlığıdır.Başqa millətlər pul verib savad alırlar, biz müsəlmanlar isə pul verib diplomalırıq. İndi-indi bəzi müsəlmanlar fikirləşirlər ki, balam, bizə diplom yox,savad lazımdır. Gec də olsa bəziləri artıq ayılıb balalarına savad vermək üçünonları Avropa ölkələrinə oxumağa göndərirlər. Çox sağ olsun, o uşaqlar da gedibavropalılar kimi oxuyub-öyrənirlər,savad alırlar. Amma bizim məmləkətə gələndə Avropada savad almış bir çox kimsəsizgənclər burda iş tapa bilmir. Hara gedir geri qaytarırlar. Gərək sənin arxandabir adamın və bir də yaxşı pulun olsun ki, verib işə keçəsən. Ona görə də artıq Avropada təhsil almış bir çoxsavadlı uşaqlar ölkəmizə qayıtmaq istəmirlər. Mən belə gənclərdən biri iləİstanbulda məşhur klinikaların birində görüşdüm. Tərbiyəli, savadlı və ziyalıoğlan idi, 4 dil bilirdi. Klinikanın həkimləri başına and içirdi və ona görəbizə hörmət də eləyirdilər. O gənc deyir ki, mən Almaniyada oxuyub Bakıyaqayıtdım, hansı yerə getdim nəsə umdular. Gəldim Türkiyədə müsabiqədən keçdim, məni ən yaxşı uzman kimiişə götürdülər. Burda hər ay 8000 dollara yaxın məvacib alıram.

Amma gəlin onu qəbuledək ki, bu gün ölkəmizdə xaricdə təhsil alan çoxlu sayda gənclər də var. Onlariqtisadiyyat, elm, mədəniyyət və səhiyyə sahəsində xalqımıza xidmət edirlər.Kimsə bir-iki nəfəri küsdürübsə, bu da hardasa elə bir məmur özbaşınalığının nəticəsidir.

Hər halda, müsəlmanında içərisində savadlı, millətini və xalqını sevən istedadlı gənclər var. Biziqaranlıqdan, cəhalətdən və zülmətdən istedadlı, savadlı o gənclər xilas edəcəkdir.Və o gənclərin qarşısında da hər hansı məmur sədd çəkə bilməz. Ən azından onagörə ki, bu gün ölkəmizdə çox böyük islahatlar gedir, istedadlı və savadlı gənclərirəli çəkilirlər. Bəzi köhnə fikirli, könhə düşüncəli yüksək vəzifəli şəxlər özmövqelərindən çəkinməli, xalqını, millətini, vətənini sevən istedadlı gənclərəmeydan verməlidir.

Yetmiş yaşında cərrahheç vaxt ağır cərrahiyyə əməliyyatı apara bilməz. Onun ya gözü zəif görür, yada əlləri əsir. Düzdür, həmin cərrahlar təcrübəlidilər, savadlıdılar, amma bugün onların yerini 10-15 il təcrübə toplamış savadlı gənclər və orta yaşlı həkimlərəvəz etməlidilər. Sözümüzün canı odur ki, gəncləri məmləkətimizdə kiminsəqohumuna, arxasına və puluna görə yox, savadına və istedadına görə vəzifəyə təyinetmək lazımdır. Çünki həmin savadlı və istedadlı insan həm dövlətinə, həm dəxalqına vicdanla, namusla xidmət edəcək.


TƏQVİM / ARXİV