adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Zamanın bayraqdarı - Emin Piri yazır

Emin Piri
129410 | 2020-06-26 09:10

"Bayraklarıbayrak yapan üstündeki kandır

Toprak eğer uğrunda ölen varsa vatandır”

Türk şairi Mithat Camal Kuntayın dediyi kimi, bayrağı şərəf-ləyaqətsimvoluna çevirən, onu özündən bir hissə, namusun bilmənə səbəb onun təmsiletdiyi ölkə, dövlət uğrunda aparılan savaş, mübarizədir. O mübarizə ki, onundalğalanması, görüntüsü ruhunda azacıq həssaslıq, sevgi olan şəxsdə qürurtoxumlarını cücərdir. Öz uğurun kimi şərəf, ləyaqət hissinə boğulursan.

Bu qürur toxumunu cücərdən isə o bayrağın hər rəngi, hər sm üçün vətənoğullarının, qızlarının apardığı mübarizə, tökdüyü qanlar, axıtdığı tərdir.

İstər Çar Rusiyasının müstəmələkə sistemindən çıxaraq əzablı yollarla addımlarkən,istərsə sovet işğalı dövründə ziyalıların beyindən-beyinə, ürəkdən ürəyə ötürülənüçrəngli bayraq Azərbaycan xalqının genetik yaddaşına, bir növ səcdəgahınaçevrilib.

İstər 1988-ci ildən başlayan xalq hərəkatı dövründə, istərsə müstəqillik illərininağrılı, əzablı, istərsə qürurlu günlərində qəlb köynəyimiz olub. Hər rəngi müqəddəsləşənbayraq damarımızda üçrəngli qana çevrilib.

Zamanın bayraqdarı: Lələtəpə

Uğrunda canlar keçildikcə bu bayraq sadəcə bir parça deyil, canımızdan birparçaya dönür. Simvolik anlamdan dalğalandığı, dalğalanmasını istədiyimiz,bütün yerlər vətənləşir.

Bayraq özü də bir vətənə çevrilir.

2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi bir təpə olmaqdan əlavəbir simvol idi. Xalqın məğlubluq simptomlarını üzərindən atdı, qırılmışqürurunu özünə qaytardı. Lələtəpə üzərində dalğalanan bayraqla daha da böyükanlam, simvolluq daşımağa başladı. O yüksəklik, Lələtəpə zamanın bayraqdarıdır.

Öz bayraqdarlığı ilə şəhidliyin, mübarizliyin rəmzidir. O rəmz ki, vətənoğullarının qanını, vətən eşqini, alın tərini tərənnüm edir.

Taleyin qisası?!

Cümhuriyyət dövründə erməni təsirləri, basqınları, mübahisəli ərazi problemləriucbatından Naxçıvanda baş verən özbaşnalıqlar bayrağımızın orada dalğalanmasınıgecikdirir və ya buna imkan vermirdi.

Taleyin ironiyasına bax ki, xalq hərəkatından sonra bu bayraq ilk olaraq eləNaxçıvanda rəsmi olaraq dalğalandı. Bəlkə də tarixin haqlı, ədalətli qisasıidi.

Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrənglibayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevintəşəbbüsü ilə muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. AzərbaycanSSR-dəsə bu yalnız 1991-ci ilin 5 fevralından etibarən qüvvəyə mindi.

TÜRKÜN BAYRAĞINI KÜLƏKDƏN ÖNCƏ

Şərqdə ilk demokratik cümhuriyyəti quranlar, qadın azadlığı, insan haqlarıyolunda addımlarıyla bir karvan önündə gedən sarvan rolunu oynamış Azərbaycanqısqanılmalı deyil, qürur duyulası bir məbəd olmalıdır. Türk dünyasının zəfərçağlarının, dövlət uğurlarının tarixən yaşandığı bu torpaqlar.

Türk dünyasının bir parçası, türk bayrağını ucaldığı Azərbaycan. Şair SabirYusifoğlunun söylədiyi kimi:

Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.

Dünyanın yolları alın yazımız,
Dünyanın hər günü bu qandan keçib.
Türkün bayrağından keçən olmayıb,
Əyilib altından yüz dövran keçib.

Silməz yaddaşından batan qanları,
Zamanın hökmüylə barışan deyil.
Tamam bambaşqadı qan qrupumuz,
Hər axıb gedənlə qarışan deyil.

İçimdə yalquzaq yanğısı ilə
Ulayan həsrətdən qaynayır qanım.
Ayı-ulduzuyla göz qamaşdıran
Günəş parçasına oynayır qanım.

Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.

Şəhidlərin qanıyla aydınlanan tarix

Hər nə qədər bayraqdakı qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanıinkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə etsə də xalqarasında qırmızı rəng şəhidlərin qanıdır deyə də simvolizə olunur. Qırmızı rəngüzərində aypara və ulduz. Gecə düşərkən şəhidlərin qanı üzərinə düşən aypara oqanı aydınladır, xalqa keçmişini, gəldiyi yolu parıldayan şəhid qanıylaxatırladır...

Birlik, bütövlük rəmzi

İstər Səfəvi dövlətini qurarkən talış, türk həmrəyliyi, istər müasir dövrdəQarabağ savaşında qanların, tərlərin qarışması bu bayrağı bir bütünlük,bütövlük rəmzinə çevirir.

Ləzgisiylə, talışıyla, kürdüylə, avarıyla, yəhudisiylə və.s.i bu bayrağı bərabərlik,birlik, qardaşlıq simvoluna çevirir.

Onun uğrunda vuruşan hər kəs onun bayraqdarıdır.

26 iyun-Silahlı Qüvvələr Günü münasibətiylə hər birinizi təbrik edirəm.

TƏQVİM / ARXİV