adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Iyun 2020 23:45
83998
AVTOMABİL
A- A+

"Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı

"Hyundai Motor" şirkəti Rusiyada 48 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar əyləc zamanı təkərlərin antiblok sistemində mümkün qısaqapanma ilə əlaqədar verilib.

Geri çağırılma 2005-ci ilin avqustundan 2011-ci ilin mayınadək satılmış "Elantra" modellərinə şamil olunub.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.