adalet.az header logo
  • Bakı 11°C

Faiq QİSMƏTOĞLU: DÜNYANI NƏ XİLAS EDƏCƏK?

FAİQ QİSMƏTOĞLU
92374 | 2020-07-04 09:20

... Dünya heç əvvəllərbelə deyildi. Və əvvəllər belə olmayan dünya elə günə düşüb ki, qarabağlılarınsözüylə demiş olsaq, "bir qoca arvad lazımdır ki, dəsmal götürüb ağı deyib onuağlasın”. Çünki dünyamız hələ indiki kimi qaranlıq, zülmət içində olmayıb. Vədünyamızda iyənin ucu boyda bir işıq qalıb və milyardlarla insan yığışıb buişığın qarşısında qaranlıqdan çıxmaq istəyir...

Zülmətdən çıxmaqisə elə də asan deyil. Ən azından ona görə ki, bu gözəl dünyanın, bu gözəl Yerüzünün, bu gözəl cahanın başına biz insanlar o qədər oyun açdıq ki, axırda dadünya dözmədi, o açdığımız oyunları bir-bir bumeranq kimi özümüzə qaytardı...

... İndibaşlamışıq göydə Allaha, yerdə də yaxşıinsanlara yalvarmağa. Nə göydəki Allah səsimizi eşidir, nə də yerdəki yaxşıinsanların gücü çatır ki, bizi bu qaranlıqdan, bu zülmətdən, bu müsibətdənqurtarıb işığa çıxarsın. Nura çıxmaq isəelə də asan deyil. Böyük Dostoyevski yazırdı ki, "dünyanı gözəllik xilas edəcək”.Amma uzun illər keçib, dünyamızı heç bir gözəllik müharibələrdən, xəstəliklərdənvə digər fəlakətlərdən qurtara bilməyib. Biri deyir ki, dünyanı elm xilas edəcək,biri səsləndirir ki, dünyanı Allaha yaxın olan adamlar bəladan qurtaracaq, biridə bildirir ki, dünyanı yalnız və yalnız yaxşılıqlar xilas eləyə bilər. Oyaxşılıq ki, bu da insanın özündən və əməlindən asılıdır. Bilirsiniz, dünyamızniyə hələ dağılmayıb? Şeytan xislətli və fitnə-fəsad yaradan, söz aparıb, söz gətirən,ev yıxan insanlara qalsaydı, Yer üzü çoxdan darmadağın olmuşdu. Özü dədünyamızda şeytana xidmət eləyənlər Allaha ibadət eləyənlərdən daha çoxdur. Həttaüzdə Allaha ibadət eləyib qəlbində və ürəyində şeytanla oynayan, oruc tutub,namaz qılan adamlar da var. Onlar o qədər çoxdur ki, elə hara baxırsan gözünbelələrinə sataşır.

... Və nə yaxşıki, insanların arasında yaxşılar da az deyil. O yaxşı insanları qaranlıq, cahiladamların arasından tapıb üzə çıxarmaq gün işığı kimi bir şeydi. Çünki onlarharda olurlar olsunlar öz əməlləri, insanlara və dünyaya sevgiləriylə tamamiləfərqlənirlər. O insanlar zamanından və məkanından asılı olmayaraq, həmişə Allaha sığınır, haqqa-ədalətə pənahaparırlar...

... Onların ürəyindəheç vaxt kin, küdurət, paxıllıq, fitnə-fəsad olmayıb. Belələrinin qəlbində vəiçində sevgi olub, məhəbbət olub, yıxılana, büdrəyənə arxa durmaq, söykək olmaqdurub... Və belələri hər zaman, hər an öz yaxşılıqlarıyla, əl tutmaqlarıylayetimə-yesirə, kimsəsizə yiyə durmaq amallarıyla fərqləniblər... Bu insanlarınyarandığı gündən Allahın dərgahına qovuşduqları ana qədər əllərindən yaxşılıq gəlib.Onlar ev yıxmayıblar... onlar ev tikiblər... onlar kimisə gözü yaşlıqoymayıblar... onlar gözü yaşlı olanların yaşını siliblər və gözü yaşlıinsanları sevindiriblər... Onlar yetim uşaq görəndə ürəklərinin başı od tutubyanıb, dodaqları səyriyib, gözləri dolub. Və o yetim uşağın saçına sığal çəkiblər,arxa durublar...

İmam Əli deyibki, "bir yetimin qəlbini qırmaq Allahın qəlbini qırmaqdı, bir yetimi sevindirməkAllahı sevindirməkdi”. Nə qədər gözəl və nə qədər yaddaqalan, tarixə çevrilən,müdrik kəlama dönən bir deyim. Görəsən, bu deyimi daş qəlbli insanlar heçeşidiblərmi? Eşitməyiblərsə, biz dedik, qoy eşitsinlər! Bəlkə bundan sonra bu kəlamıyada salıb onların daş qəlbləri yumuşala.

Dünyamızın bugünə düşməyində Yer üzündə nə qədər insan varsa, hamısının bu və ya digər dərəcədəgünahları olub. Ola bilər bu günah bəzilərindəçox balacadır. Və bu balaca günahlar da yaxşı əməllərə görə nə vaxtsaUlu Yaradan onları bağışlayır. Amma bu gün dünyamız elə gündədir ki, hər birinsan bu yükün altına çiyin verib dünyamızı xilas etməlidir. Dünyamızı xilasetmək həm də özümüzü xilas etmək deməkdir. İndi gəlin görək dünyamızın ağırgünündə bu yükün altına çiyin verənlər çoxdurmu? Bunu siz də görürsünüz.Sağınıza, solunuza bir baxln görün kimlər millətin ağır və çətin günündə onaarxa durur. Görürsünüzmü? Elə mən də görürəm. Amma gördüyüm odur ki, bu ağır,bu çətin gündə dağ boyda yükün altına çiyin verənlər yenə yaxşı insanlardı. Vəyaxşı insanlar heç vaxt, heç zaman özləri haqqında bir dəfə də, bir kəlmə dədanışmazlar. Yaxşılıqlarını eləyib çıxıb gedərlər və elədikləri yaxşılıqlar barədəbir kəlmə də danışmazlar.

Boşboğazlar,onun-bunun söz-söhbətini danışanlar, qeybət eləyənlər və yeddibaşlı əjdahadanda təhlükəli olan, fitnə-fəsad yaradan, şeytan xislətli adamlar yaxşı olmalarıbarəsində danışmaqdan doymazlar. Utanmadan, qızarmadan arsız-arsız özlərindənsöhbət açarlar və yekə-yekə danışarlar. Onları da yaxşı adamlar çox yaxşıtanıyırlar. Bir adam susundan yanan, bir qurtum su verməzlər, bir adam acındanölə, bir tikə çörəyə qıymazlar! Amma danışanda ağızlarına çullu dovşansığışmaz...

... Qayıdaq yaxşı insanların yanına. O yaxşı insanlar ki,onların iç dünyası həmişə rahat olur, qəlbləri də ürəkləri kimi tərtəmizdi.Yaxşı insanlar bu dünyanın ağır yükünü dünya yarandığı gündən bu günə qədərçiyinlərində daşıyıblar. Və o yaxşı insanlar ölməkdə, günəşi batmaqda, işığısönməkdə olan dünyamızı bu gün də məhv olmaqdan xilas edəcək. Çünki dünyamızı nəelm, nə gözəllik, nə var-dövlət, nə hansısa padşah xilas edə bilməyəcək.Dünyamızı xilas etsə, bu bəlalardan qurtarsa, yenə yaxşı insanlar çıxış yolutapacaq. Allah çiyinlərində ağır yük daşıyan yaxşı insanları qorusun! O yaxşıinsanlar ki, sən də, mən də, biz də onları görürük və qoruyuruq!!!


TƏQVİM / ARXİV