adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Bilirsiz nə var, "vaapşe" heç keçirmirik brifinq zad - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
68091 | 2020-07-03 13:08

Deyirəm,kef ola, sayın Qərargahımız qərara gəlmiş ola ki, "bilirsiz nə var, `vaapşe`heç keçirmirik brifinq zad. Ta, bəsdi. Onsuz nə desək, min dənə cavabsız sual çıxardırlar.İşimiz qərar verməkdir, onu da verdik ... Sərt karantin hələ iyulun 5-i bitir,bir həftə əvvəl anons vermişik, ayın 2-də də qərarı açıqlamışıq. Ağıllıadamlardır. Özləri əziyyət çəksin oxusun və tabe olsun...

Niyə belə düşünürəm?

Baxın, əvvəl İbrahim müəllim yoxa çıxdı, NK-nin qərarını XİN-ninrəsmisi açıqladı. Hansı sual verildisə, ümumi iki cümlə ilə ətrafından keçildi.Ölkənin xarici siyasəti ilə bağlı suallara cavabdeh şəxs, çıxıb metro belə,avtobus elə, sms icazə filan behman mövzusunda məruzə elədi...və NK sözçüsününhansı səbəbdən ona aid brifinqə qatılmadığına hər hansı bir aydınlıq gətirməyilazımlı hesab etmədi.

Sonra hər brifiqdə ən azı yarım saat bütün dünya ölkələrindəolan cürbəcür rəqəmləri səsləndirib, virusla mübarizədə ölkəmizin ən uğurlu yolseçdiyini, səhiyyə sahəsində göz qamaşdıran uğurların fonunda xəstə sayıaçıqlayan Ramil Bayramlı kayb oldu. Son iştirak etdiyi brifinqdəki gərginliyi,rabitəsiz nitqi nəyə işarə idi bilmədik.

Sonra bildik ki, Ramil həkim olduqca vacib işləri səbəbindənbrifinqə vaxt tapmadığı üçün onu Yaqut xanım əvəzləyir. O da insafən, bacardığıqədər durumu idarə etməyə çalışır. Brifinqin birində dedi ki "təəssüf ki,sərt karantin rejimi gözləntimizi doğrultmadı, tam əks nəticələr aldıq",iki həftə sonra da jurnalistin eyni məzmunlu sualına dedi "siz düzdemirsiniz. Sərt karantin nəticə verdi, yoxsa daha çox yoluxma olardı".

Kifayət qədər suallar da havada asılı qaldı ki, "biz bunabaxmırıq", " bu bizim səlahiyyətimizdə deyil" və s. və ilaxır.

Sonra gördülər belə yürümür, bircə kəlmə "sərt karantini 2həftə də uzadacağıq" anonsunu öncədən vermək üçün dövriyyəyə HikmətHacıyevi saldılar. Sağ olsun, o da səlis və rəvan nitqi ilə bütün cavabsızsuallara diplomatikcəsinə elə cavab verdi ki, sual özü də bilmədi cavabı hansıidi.

Məğzi cəmi bir cümlədən ibarət brifinq, düz saat yarım çəkdi...

Daha kim çıxsın ora?

Səhiyyə Nazirliyi desək, ayıb olar. Tanınmış, peşəkar,ixtisasında oturuşmuş virusoloq desək, karantində sms'siz, polisin gözündənoğurlanıb balıq tutmağa getmək daha asandır, nəinki bu.

SN-nin son brifinqdəki `rusqiyazıçni` nümayəndəsi də demək istədiklərini rusca düşünüb azərbaycancatərcümə edincə, ürəyi çəkildi azdır, üstəlik nə demək istədiyini özü dəqarışdırdı. İkinci dəfə onu ora nəyə çıxardasan ki?

Səhiyyə naziri çıxsın desək, adamı virus başlayandan bu yana nəgörən oldu, nə eşidən. Nəyinə lazımdır, ağramayan başına çalma bağlasın?"Səlahiyyətimizdə deyil"dən ideal cavab var bu qarışıqlıqda?

Birdən brifinqdə "düşmən dəyirmanına su tökənjurnalist"in biri durub qəfil sual verir ki, "cənab nazir, `Semaşqo`da, sizi həmişə tərifləyən,uğurlarınızdan ağız dolusu danışan AzTV-nin əməkdaşı, cavan bir oğlan niyə"su yoxdur, tualet yoxdu" deyə-deyə öldü? Niyə filan rayonda xanım müəllim"bura çox pisdi, bu səsi silmə, həkim içəri girib qapını bağlayır. Bu səsisilmə, bizə baxmırlar" deyib öldü? - sualını verdi. Buna cavab verməkolar? TƏBİBlə Nazirlik "sizlikdir", "xeyr, bizlik deyil"deyib, bir-birinə girər deyərdim, amma cənab nazirdə hal nə gəzir dilləşməyə?Ölüblər, ölüblər də. Allah rəhmət eləsin. Belə qanqaraldan məsələlər haqdabrifinqdə danışmazlar ki. Özü də nazir olan yerdə..

Bəs neyniyək?

Təsəvvür edin, irağ olsun, qərargah yetkililəri bütün bunlarıdüşünüb, götür-qoy edib qərara gəlirlər ki, ümumiyyətlə, biz bunlara niyə hesabverməliyik axı? Deyiriksə belədir, deməli belədir. Boşuna vaxt itkisi kiməlazımdı karantin günündə? Üzlərini danlamaqdır, artıq özləribir-birinin ətini yeməyə hazırdır, heç bizə ehtiyac yoxdur. Boşuna əsəbdir.Brifinq zad lazım deyil. Qərarı açıqlayın, sualı olan mail'ə atsın,cavablandırarıq.. "

P. S. Olmaz təbii belə şey. Bu birxəyal ünsürüdür. Sadəcə deməsəm olmazdı, yazdım ki, yəni çox üzülməyin də, pisin də pisi var..

Məncə, baş epidemioloq da elə düzedib çıxıb gedib televizorsuz, internetsiz kəndə və deyir ki, "nə olar başepidemioloq olanda? Heç nədən xəbərim, zad yoxdu. TƏBİBdən və SN-dən soruşun nəlazımdısa".

Adamda ağıl qalar a buqədər şeyin içində?


TƏQVİM / ARXİV