adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Qərbli kimi danışıb, şərqli kimi yaşayanlar - Emin Piri yazır

Emin Piri
67481 | 2020-07-10 08:00

Şərq-Qərb.Mənə elə gəlir ki, biz bu iki kəlmə arasındakı defis işarəsini daha çox əvəz edəbilərik. Nə Şərqi, nə də Qərbi. Məhz defis işarəsini. Necə ki, həmişə şərq və qərbdüşüncəsinin arasında qalmışıq. Arada qalmaq taleyimizə yazılıb.

İstər siyasi, istər düşüncə tərzi, istərsə də yaşam tərzimiz buiki fəlsəfənin arasında gəl-getdədir. Bu ikili fəlsəfə həyatımıza o qədər nüfuzeləyib ki, öz şəxsiyyətimizdə belə bir-birinə təzad olan iki şəxs formalaşıb.Düzdü, bu aralıq nə qədər intelektual insanlarımızın yetişməsinə xidmət etsə də,o qədər də həyatımızı acıya çevirib.

Biz qərbli kimi danışıb, şərqli kimi yaşayanlarıq.

Rütbəli insanları, həkimləri, vəzifəli adamları hər zaman qınayırıq. Sosial şəbəkələrdə , mediada qınaq yazanları sizbir də toylarda, hüzr məclislərində görəsiniz. Qınadıqlarına hörmət ən üst səviyyədəolur. Niyə belə təzad? Bu qədər özünü inkar niyə?

Universitetəqəbul zamanı hüquq, tibb fakültəsini birinci sırada yazırıq. Əcəba, özümüz dəqınanmaq istəyirik? Yoxsa qınanmaqçün niyə yarışaq? Bəlkə elə qınaqlarımız da ikiliprinsipə söykənir?
Şəhərin mərkəzi küçələrində elliklə Qarabağ deyib, hayqırsaq da, övladlarımızınhərbi xidmətini səngərdə keçirməməsi üçün bütün resurslarımızı işə salırıq.

Hətta Keniyadan Amerikaya gedən biri (söhbətin kimdən getdiyini hər haldaanlamaq çətin olmaz) "amerikalıyam” deyib ölkəsi uğrunda çox şeyə gedə bilir.Biz isə burda doğulub, bu torpağı yeyib sonrasa kiçik ölkədə "filan rayonluyam”deyə qürurlanırıq. Bu cür kiçilmə zamanla şəxsiyyətin özünün də cılızlaşmasıprosesini aparır. Düşüncədə regional areal nə qədər böyük olarsa, şəxsiyyətinböyüməsi də o dərəcədə böyük olur. Böyük düşüncənin ruhu da, şəxsiyyəti dəböyük olur.

Adi bir söyüş üstündə kimisə öldürə bilərik, amma Qarabağda ermənilərin nəinkisöyüşü, həyata belə keçirdiyi söyüşün alt qatı qarşısında susuruq. Nədənsə buzaman dahilərin səbr etməklə bağlı məşhur kəlamlarını xatırlayırıq.

Hə, buyerdə Koroğlu yadıma düşdü. And içmişəm, bu gün döyüş olmasın. Məhz Koroğlu nəvələrininsərf etməyəndə belə andı, səbri xatırlaması da təsadüfi deyil.

Hər hansı fəlsəfi fikir açmadan sadə məişəttərzimizə nəzər yetirərək kiçik münasibətlərdən danışım.

Qadınvə kişi fərqi qoymadan cəmi bir neçə detalı deməklə qəribə bir mənzərəyləqarşılaşarıq. Müasir düşüncəli xanımla bir restoranda əyləşirsən. O, sənəsaatlarla qadın haqlarından mühazirə oxuyur. Avropa dəyərlərindən danışır, həyatın müştərək olduğunu bildirir.Özünün də qərbli xanım olduğunu isbatlamağa çalışır. Amma bu iki saatlıqmühazirədən sonra bu cür xanımlar hesab zamanı gözlərini sənin əllərinə zilləyəcək.Beləliklə, "qərbli xanım” bir anda şərqliyə çevrilir. Buradan göründüyü kimibizim qərbli və ya şərqli olmağı maliyyə resurslarının hansı yöndə və meyarlarla hərəkət etməsindən aslıdır.

Və yaxud həyatın müştərək olduğunu,qadının zəif olmadığını isbatlamağa çalışanxanımlar metroda, marşrutda özlərinə yer tapmadığını gördükdə gözləriylə səningözlərini eşməyə çalışacaq. hətta biraz yer gec verilsə Azərbaycan kişisi adınabir-iki atmaca da atmağı unutmayacaq....Mən demirəm ki, bu cür dəyərlərimizdən imtina edək. Əksinə, bu cürjestləri bəyənirəm. Amma, ancaq və lakin niyə biz bizə lazım olanda qərblioluruq, belə anlardasa şərqli. Sırf öz mənafeyimizə sərf edən formada...

İş yerində xanımlarla "qərbli olan milli kişi”, öz ailəsində xanımıyla münasibətdəbircə anın içində şərqliyə çevrilir. Çöldə mehriban, centelmen kişi doğma xanımlarına zindan həyatıyaşadır. İnsanlarımızın belə dəyişməqabiliyyətinə hər halda avropalılar da heyran olar. Elmin çevrilmə qanunları dabelə ani metamarfozalar qarşısında acizdir.

Bütün bunlardan sonra düşünürəm ki, biz bədbəxt adamlarıq. Ancaq ətrafımızda, həryerdə xoşbəxt görünməyə çalışır, hətta hər vəchlə xoşbəxt olduğumuzu insanlarasübut etməyə çalışırıq. Bir dostumun söylədiyi kimi "biz öz bədbəxtliyini xoşbəxtcəsinəyaşayan insanlarıq”.


TƏQVİM / ARXİV