adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: EHSAN VERMƏK İSTƏYƏN YAS SAHİBLƏRİNƏ BİR MƏSLƏHƏT

AQİL ABBAS
63398 | 2020-07-09 09:00

Bir cavan xalamnəvəsi rəhmətə getmişdi. Böyükqardaşı üçündə və yeddisində ehsan verməkistəyirdi. Ağdamlılar da qərar çıxarmışdılar ki, ehsan bir dəfə – yalnızüçündə verilə bilər. Və mollalara datapşırılmışdı ki, hansınız yeddisiverilən məclisdə otursanız,qınağa tuş gələcəksiniz və heç kim sizi yas mərasimlərinə dəvət etməyəcək. Mollalar da buna ciddi əməl edirdilər.

Böyük xalam nəvəsi dəqardaşının yeddisində ehsan vermək istədi,bərk mübahisə etdik. Dedim, adəti pozabilməzsən. Dedi, qardaş mənimdi, özümbilərəm. Dedim, xalaoğlu, qardaş sənindi, amma adət hamınındı, molla da yasdan çıxacaq, camaata da deyəcəm mağardançıxsınlar. Məni az-çox sayırdı. Çox bərk dilxor olubsakitcə oturdu. Gördüm həm dəkövrəlib, dedim:

- Çox istəyirsən sabah qardaşınaehsan verəsən?

- Hə.

- Belə elə, sən ehsanı bişirtdir, özü də lap beşyüz nəfərlik. Səhər tezdən apar ver Qocalar evinə, bir də Uşaq evinə. Qardaşına bundangözəl ehsan verə bilməzsən.

Dediyimi elədi. Sonra mənə dedi:

- Həm Qocalar evinə, həm də Uşaq evinə ehsanapardım. Özüm də oturub onlarla bir tikə yedim. Sağ ol, xalaoğlu. Mən qardaşımabundan böyük savab qazandıra bilməzdim.

Yas sahibləri, indi əzizlərinizəehsan vermək istəyirsiz? O ehsanı şəhərdəsinizsəQocalar evinə, Uşaq evlərinə, kimsəsizlərüçün tikilən sığınacaqlara dağıdın.Rayondasınızsa, kənddəsinizsə yasa gəlmək istəyənlərin evlərinəgöndərin. Acları doyurun, özü də indiki pandemiya şəraitində. Görün nə qədərsavab qazanarsınız?!


TƏQVİM / ARXİV