adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ONLAR BİZİ QORUYUR

FAİQ QİSMƏTOĞLU
59024 | 2020-07-14 09:05

... Onların həranı, hər saatı, hər günü bir mücadilədir desək, yanılmarıq. Hətta mücadilədən dəgüclüdür. Çünki onlar koronavirus kimi bir təhlükə ilə mübarizə aparır,insanları xilas eləmək istəyir, bu yolda həyatlarını riskə atırlar...

... Onlar görə-görə,bilə-bilə, hiss edə-edə Əzrayılın qarşısına çıxırlar. Və daha doğrusu, Əzrayıllaçiling-ağac oynayırlar! Çox vaxt da buçilin-ağacda onlar Əzrayılın dizini yerə qoyur, ölümün pəncəsindən bu xəstələrialırlar. Və bəzən də həkim xəstəni xilas eləsə də, Əzrayıl onun özünüyaxalayır...

... Bu gün ikipeşə sahibi – həkimlərlə polislər bu böyük bəlaya qarşı Azərbaycanda çox böyükmücadilə edirlər. Bu mücadilə heç də elə-belə başa gəlmir. Yəni xəstəlikləmübarizədə bəzi hallarda həkimlər də, polis əməkdaşları da türk qardaşlarımızındili ilə demiş olsaq, həyatlarını kayb edirlər.

Hər iki peşəsahibi xəstəliyin məmləkətimizdə ilk gündən tüğyan elədiyi vaxtdan bu günə qədərbu mücadilənin önündə gedirlər. Onlar da başqaları kimi min cür bəhanə gətirər, xəstələndiklərini deyər, çətinvəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtararlar. Amma onlar başqalarından fərqliolaraq, bu müharibədə, bu mücadilədə sinələrini qabağa verərək nə az, nə çox,düz 24 saat döyüşürlər...

... Bu döyüş elə-belədöyüş deyil... Bu döyüş çox güclü bir virusla mücadilədi... Bu döyüş insanınölüm və qalım məsələsidi! Bu məsələni həll etmək, o yükü çiyinlərdə daşımaq və ənçətin, ən ağır anda ölüm ayağında olan xəstəni xilas etmək elə də asan deyil.Çünki bu bir insan taleyidi, bu bir insan həyatıdı...

...Onlar düz 4aydır doğmalarının, ailələrinin, balalarının üzünə həsrətdirlər... Onlar 4aydır gecə-gündüz bilmədən xidmət aparırlar... Onlar 4 aydır ürəklərinin atəşini,gözlərinin nurunu, qəlblərinin sevincini kritik anda olan və son nəfəsiniyaşayan insanlara bəxş edirlər... Və bu sevgini, bu işığı, bu nuru heç də hərpeşə sahibi başqalarına ötürə bilməz...

Həkimlərləpolislərin nələr çəkdiyini bu çətin məqamda bir onların özləri bilir, bir də həyatlarınıxilas etdikləri insanlar. Bayaq dedik axı, həkim var ki, düz 4 aydır, ailəsininüzünə həsrət qalıb. Polis əməkdaşı var ki, düz 4 aydır gecəsi-gündüzü yoxdur.istirahətsiz-filansız 24 saat işləyib sərt karantin rejimində 40 dərəcəistilikdə xidmət aparır və axırda da onun özü də virusa yoluxaraq xəstəxanayadüşüb. Sirr deyil ki, bu gün neçə-neçə həkim və neçə-neçə polis əməkdaşı xidmətapararkən bu bəlaya düçar olub. Onların bir çoxu sağalsa da, neçəsi xidməti vəzifəsiniyerinə yetirərkən dünyasını dəyişib.

... Bu anlarda həkimvar ki, ağır vəziyyətdə reanimasiyada müalicə olunur və həyatı tükdən asılıdı.Tükdən asılı olan bu insanları yəqin ki, əməli-saleh işləri və bir də Allah-Təalaxilas eləyə bilər. Onlar neçə-neçə insana şəfa verbilər, ölümün pəncəsinə alıbqurtarıblar və axırda özləri ölümlə üzbəüz dayanıb. Bu mücadilədə Allah-Təala ohəkimləri, o gözəl insanları hifz eləsin! Əlimizdən gələn odur ki, onlaraAllah-Təaladan can sağlığı arzulayaq və koronavirusla mücadilədə dözüm diləyək!

... Axı onlarınhər birini gözləyən və nə vaxtsa gəlişinə sevinən doğmaları var. Bəzən onlarınayaq səsi doğmalarının qulağında eşidilir. Zarafat deyil, 24 saat kombinzondaişləmək, stres yaşamaq və tez-tez boğulan xəstələri xilas etmək hər bir həkimdəngüclü mücadilə və bir də möhkəm səbr tələb edir. Xəstələr heç vaxt kombinzonuniçərisində olan o həkimləri tanıya bilmirlər. Yalnız onların gözlərini görür vəsəslərini eşidirlər. Gözlərini gördüyü və səslərini eşitdiyi bu həkimlərdənağır vəziyyətdə olan, daha doğrusu, süni tənəffüs aparatına qoşulan xəstə köməkistəyir. Və həkim bu köməyi bəzən göstərir, bəzən də göstərə bilmir. Bax, göstərəbilməyəndə o həkimin nələr çəkdiyini özündən başqa kimsə hiss eləyə bilməz...

... Çünki heçbir həkim istəməz ki, xəstəsi keçinsin və o da o bəd xəbəri xəstənin sahibinəçatdırsın. Çox ağırdı, çox! Başqalarını həyatın xilas edən həkimin ölümü barədəonun ailəsinə başqa bir həkimin xəbər verməsi görün nə qədər gözyaşardıcı, qəlbsıxıcıvə kədərli bir məqamdır.

Həyatını riskəatan həkimlər və polis işçiləri dünyasını dəyişərkən adi insanlar kimi vəfatetmirlər. Çünki onlar görə-görə, bilə-bilə odun-alovun içinə gedirlər. Elə bilki, yağı düşmənin - ermənin üstünə gedən Azərbaycan əsgəri necə döyüşürsə,döyüşüb şəhid olursa, bax, koronavirusla mücadilədə də döyüşən həkimlər vəpolislər də elə bir şəhiddirlər. Ən azından ona görə ki, onlar dünyanı cənginəalan və İkinci Dünya Müharibəsindən də dəhşətli olan koronavirusla döyüşürlər.Bu döyüş təbii ki, qurbansız keçmir. Bu döyüşdə hətta xəstənin həyatını xilasedən həkimlər belə şəhid olurlar. Bu mücadilədə şəhid olan həkimlərin və polis əməkdaşlarınınruhu şad olsun!

Daxili İşlərNazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidovbildirir ki, 3 polis əməkdaşı sərt karantin rejimində xidmət apararkənkoronavirusa yoluxub, onlar xəstəxanaya yerləşdirilib. Müalicə olunsalar dasağalmayıblar, dünyalarını dəyişiblər. Deməli, dünyalarını dəyişən hər üç polisəməkdaşı həm də şəhidirlər! Bununla yanaşı, bu gün xəstəxanalarda müalicəolunan və müalicə olunub işə qayıdan neçə-neçə polis əməkdaşı var. Onlardanikisi mənim yaxın dostumdur, hər ikisi polis zabitidir. Və hər gün xəstəxanadamüailicə olunan dostlarıma Allah-Təaladan can sağlığı arzulayıram. Çünki həriki polis zabiti çox ziyalı, savadlı və vətənpərvər bir insandı. Ümidvarıq ki,onlar tezliklə sağalacaq, ailələrinin yanına dönəcək və yenidən iş başınaqayıdacaqlar. Təki bütün xəstələr tezliklə sağalsın və ailəsinı dönsün!..

... Gərək bizinsanlar da həkimlərin və polislərintövsiyələrinə əməl eləyək. Sanitar-gigiyenik qaydaları pozmayaq, maska taxaq.Çünki onlar uzun müddətdir əhalini maarifləndirir, əksər insanlar isə deyilənlərəəməl eləmirlər. Amma indi-indi deyəsən əhalinin böyük hissəsi bu təhlükəni hissedir və virusdan özünü qorumaq üçün qaydalara riayət etməyə çalışırlar.

Həkimlər də,polislər də bizi bu təhlükəli virusdan qorumaq üçün 24 saat xidmət aparırlar.Zarafat deyil ey, 24 saat! Onlar bizi qoruyur, bizi bu bəladan xilas eləmək istəyir,biz isə bəzi hallarda bu məsələlərə çox laqeyd yanaşırıq. Onlar bizi qoruyur! Bəsonları kim qorumalıdır?! Onları da bu xalq, bu millət, bizim hər birimizqorumalıyıq ki, həkimlər də, polislər də,bu xalqa, bu millətə xidmət eləyə bilsin. Bizi sevənləri və bizi qoruyanlarıbiz də sevməli və qorumalıyıq!..


TƏQVİM / ARXİV