adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AXMAQLAR AZĞIN OLUR - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
110164 | 2020-07-18 09:56


"Görəlim Mevlam neylər

Neylərsə güzəl eylər”

Yunis Əmrə


Ermənilər yenə azdırıldılar!

Acından ölən, virus qarşısındaaciz qalıb vətəndaşlarını qoruya bilməyən bu xalqın qabaqda gedənləri niyə beləazğınlaşdılar?

Bu sual insanı tarixin dərinliklərinəaparır və tarixi olayları götür-qoy edəndə görürsən ki, bunlar tarix boyu müəyyənqüvvələrin maşası olublar. Levon Panos Dabağyan adlı erməni yazıçı bir əsərindəbunları yazıb: "Əgər türklər olmasaydı, erməni adı bu gün yalnızca tarixinsəhifələrində qalardı".

Əmir Teymur, Səlcuq və Osmanlıimperiyaları bu satqın xalqa sahib çıxdı, ancaq bu axmaq bədbəxtlər fürsəttapan kimi türkü arxasından xəncərlədilər. Osmanlı dövlətinə qarşı üsyan etdiklərindəonlara fit verənlər Amerikan provaslavları, ingilislər, fransızlar və ruslardı.

Kəndimiz Arazın düz tinindəydivə 1960-cı illərə kimi xüsusilə üzbəüz yerləşən Qarxun kəndinin xalqı Arazsahilinə enir, su içir dincəlirdi. Bəzən onların səslərini səhər çağları daeşidirdik. Sonralar o səslər itib-batdı. Böyüklərimiz deyirdi ki, AzərbaycanTürklərini o dədə-baba yerlərindən çıxarıblar. Uşaq ağlımla həmişə fikirləşirdimki, ermənilərin o torpaqlarda məskunlaşdırılmasının və oraların əsl yiyələrinindoğma yurdlarından çıxarılmalarının əsas səbəbi nədir? Lisey sıralarındanbaşlayaraq bu məsələsinin səbəbini axtarmağa başladım. Tələbəlik illərində isəsualın cavabı mənə aydın oldu. Bəli bu problemin özülü Pyotr zamanında qoyulub.

1988-ci ildə mənim təkidimləGümrüdən keçib Azərbaycana qonaq gəldiyimizdə birçox şeyi daha yaxşı gördüm vəbaşa düşdüm.

Həmişə fikirləşirdim ki, ruslarbunları niyə məsələn, Türküstan torpaqlarına və ya Sibir bölgəsinə, Qafqazınayrı yerinə, məhz Azərbaycan olacaqdırsa, nəyə görə Qax, Zaqatala, Şəki, Balakənvə ya Lənkəran, Masallı, Lerik bölgələrinə yox, xüsusilə Türkiyə ilə sərhədbölgələrə yerləşdiriblər. Məsələn, Zəngəzur koridoru o qədər də münbit deyil,ancaq nəyə görə bura Azərbaycandan zorla qəsb edilib ermənilərə bağışlanıb. Deməli,Zəngəzur koridorunun Azərbaycandan alınıb ermənilərə bağışlanması yalnızca bəsitbir hadisə deyildir. Tarix də bu sualın cavabının XVIII əsrdə olduğunu qeyd edib.I Pyotr, "Ruslar Hind okeanına, isti dənizlərə, Aralıq dənizinə enməli,İstanbulu tutmalıdır. İstanbulu tuta bilməyən rus özünü həmişə səksəkədə hissetməlidir!"- deyə vəsiyyət edib.Deməli, bizim qarşımızda özülü üç əsr öncədən qoyulmuş və tarix boyuaddım-addım həyata keçirilən bir düşmənin planı var. Erməniləri azdıran da deməli,bu planı düzüb-qoşanların varisləridir.

Gələk Zəngəzur koridoruna. Bukoridor İranın şimalından qüzey İraqa, qüzey Suriyaya oradan da Ağdənizə(Aralıq Dənizi) çatır. 1960-cı illərdən sonra Şahın "Ağ inqilab" nəzəriyyəsiilə İranın şimal bölgələrinə, xüsusilə, kürdçülüyü dəstəkləyən kürdlərin məskunlaşdırılmasıbaşda İngiltərə olmaqla qərbi imperialistlərin planıdır. Şahın atasını daminbaşı rütbəsindəykən çıxarıb şahlıq taxtında əyləşdirənlər də ingilislərdir.Urmiya və Sulduzdan başlayan xəttin Zəngəzur koridoruna sarı uzanması uzun illərüzərində düşünülmüş və həyata keçirilmiş həmin planın bir parçasıdır. Bu planınyeganə məqsədi də Türkiyə ilə Qafqazın və Asiya Türklüyünün arasını erməni vəkürdçü koridorla kəsməkdir.

Kürdçülük uğrunda hər cürterroru həyata keçirən PKK/PYD/YPG terror təşkilatı içində qeyri-kürd, erməni vəmüxtəlif xristian ölkələrinə mənsub terrorçuların olması, bu təşkilatı başdaABŞ olmaqla qərb ölkələrinin və Rusiyanın dəstəkləməsi qarşımızda nə böyük birdüşmənin olduğunu açıq şəkildə göstərir. Putinin ermənilərin bir tədbirində"Böyük Pyotr sizlərə bir vətən yaradılmasını, dövlət qurulmasınıbuyurmuşdu, biz onu gerçəkləşdirdik" deməsi rusların gerçək niyyətinibürüzə vermiş və irəli sürdüyümüz bu fikri təsdiqləmişdir.

Azərbaycan torpaqlarınınGülüstan və Türkmənçayda bölünməsi, sonra Dərbənd, Göyçə, Dilican, Zəngəzurbölgələrinin zorla alınıb ermənilərə bağışlanmasını ruslar həyata keçirmişdir.Azərbaycanın başına bu bəlanı açan rus siyasətidir. Hər bir azərbaycanlı bunuyaxşı bilməli və bu dövlətin böyükləri də müqəddəs dövlətimizin gələcəyini bunagörə təyin etməli, tarixi zərurətlərin tələb etdiyi siyasəti mənimsəməlidir.

Bəli, ürəyimizə, ruhumuza közdüşmüşdür, hərbçilərimiz, dinc vətəndaşlarımız rusun dəstəklədiyi ermənilərin əliyləşəhid düşmüşdür. Ermənilər o torpaqlarda qaldığı müddətcə Azərbaycanın başı bəladanxilas olmayacaqdı. Bu axmaq və maşa olan xalq birdəfəlik bu torpaqlardan sürülməlidir,vəssalam! Mənim fikrimə görə, gələcək nəsillərin taleyi bu siyasət üstündə tənzimlənməlidir.

Məsələ dönüb, dolanıb tülkü iləxəzçi dükanı məsələsinə çatır. Biz Türk milləti olaraq dünyanın ən müasirtexnologiyasını ixtira etməsək və qəddar imperialistlər bizim gücümüzqarşısında əsim-əsim əsməsələr bu bəlalara həmişə tuş gələcəyik, şəhidlər verəcəyik.Türkiyə 1970-ci illərdən bəridir terrorla mübarizə yeritdi, yeridir. Axırda öztexnologiyasını ixtira edərək imperialistlərin maşasına çevrilmiş terror təşkilatınazərbə üstünə zərbə endirir. Artıq terrorçular gizlənəcək siçan deşiyiaxtarırlar. Ulu Öndər Atatürk, "İstiqbal göylərdədir" sözünü elə-beləsöyləməmişdir. Şəhidlərimiz olur, olacaqdır da. Onların qanları torpaqlarımızısuvaran İlahi missiyalı müqəddəs nur bulaqlarıdır. Torpaq elə-belə Vətən olmur.

Hər bir azərbaycanlı ayıqolmalı və düşmənin dəyirmanına su tökəcək provakasiyalara emosiyaya qapılıb üztutmamalıdır.

Azərbaycana gəncliyinə, tələbələrimətövsiyəm: Gedin Şəhidlər Xiyabanından piyada olaraq üzü funikulyor tərəfə olanpilləkənlərə sarı düşəndə orda bir abidə görəcəksiniz. Okeanın sahilindən durubBakıya gələn və burada babalarımız tərəfindən cəhənnəmə vasil edilənlərin xatirəsinəucaldılmış o abidəyə baxın, açın tariximizi oxuyun və dərin-dərin fikrə gedin,niyələrin, nədənlərin cavabını özünüz tapın, müqəddəs Azərbaycan dövlətinə,onun müqəddəs vətəninə, müqəddəs bayrağına layiqli övladlar olun.


Ankara, altaylı[email protected]


TƏQVİM / ARXİV