adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ŞƏHİD ANASININ GÖZ YAŞI...

FAİQ QİSMƏTOĞLU
46968 | 2020-07-21 09:37

... Vətənin ənağır günündə, ən ağır anında onun qeyrətini, namusunu çəkən insanlar irəlidururlar. Çünki onlar heç vaxt, heç zaman ölkədə müharibə gedirsə, yağı düşmənolan ermənilər mövqelərimizi atəşə tuturlarsa, sakit dayana bilmirlər. Gücləriona çatır ki, tez özlərini döyüş bölgəsinə çatdırsın, xalqın, camaatın arasındaolsun. Və xalqın, camaatın ağır günündə arasında olan bu ziyalıları, bu insanları xalq da çox istəyir...

İyulun 12-dənTovuzun döyüş mövqeyində olan kəndləri atəşə tutuldu. Təbii ki, azğınlaşmışdüşmənin bu hücumu zamanı neçə-neçə igid oğlumuz şəhid oldu. Şəhid olan igidlərinarasında general da vardı, sıravi əsgər də. Və Azərbaycan generalı öz əsgərininyanında şəhidliyə qovuşdu. Əlbəttə, buanlarda, bu məqamlarda şəhid ailəsinin yanında olmaq, onların dərdinə çiyinvermək və onlara arxa durmaq üçün böyük ürək sahibi olan insanlar var. Dahadoğrusu, ziyalılar var!

Mən onlardanbiri barəsində söh bət açmaq istəyirəm – millət vəkili, Mədəniyyət Komitəsininsədri Qənirə Paşayeva haqqında! Mənim bu xanımla heç bir tanışlığım yoxdu. OnuANS telekanalında gedən verilişlərdən tanımışam. İxtisasca həkim olsa da, Azərbaycanjurnalistikasında öz sözünü deməyi bacaran ən istedadlı telejurnalistlərdəndi.Cəsarəti, dərin biliyi və zəngin dünyagörüşü həmişə bağlı qapıları onun üzünəaçıb. Çünki bir jurnalist olaraq hansı mövzuda süjet hazırlayıbsa, efirəçıxıbsa, qeyri-adi və heç kimə bənzəməyən düşüncələri ilə yadda qalıb. Bu xanımtəpədən-dırnağa azərbaycanlıdır və vətənpərvərdir.

"Vətənpərvər”sözünü xüsusilə vurğulamaq istəyirəm. Ona görə ki, çox adam danışanda ağzına çullu dovşan sığmır. Danışığınabaxırsan, eşidirsən, xoşun gəlir, amma əməlitamamilə onun əksini göstərir. Bu xanım isə həmişə sözünün yiyəsi olub və həmişəbirincilər sırasında Vətənin ən ağır günündə irəli durub. Fərqi yoxdu, ya döyüşbölgəsi olsun, ya da Azərbaycanın hardasa beynəlxalq təşkilatda haqqıtapdansın. Mən həmişə bu böyük ziyalını, bu böyük siyasətçini, bu böyük insanıhaqqın, ədalətin yanında görmüşəm.



Başqalarından fərqli olaraq, onun bir neçə dil bilməsi vəsiyasi cəhətdən bir şəxsiyyət kimi yetişməsi beynəlxalq təşkilatda Azərbaycanınhüquqlarının qorunmasında önəmli əhəmiyyət kəsb edir. Biz onun dəfələrlə beynəlxalqtəşkilatlarda Azərbaycana qara yaxan, onun haqqını tapdalayan və DağlıqQarabağın işğalını qəbul etməyən ölkələrlə necə mücadilə etdiyinin şahidiolmuşuq. O xanım təkbaşına bu beynəlxalq təşkilatlarda həm ermənilərlə döyüşüb,həm də onların havadarları ilə mücadilə edib. Bax, həmin anlarda bir ziyalıkimi qürur hissi duymuşam ki, doğrudan da aslanın erkəyi, dişisi olmur. QənirəPaşayevə bir aslan kimi Azərbaycana dişini qıcayanların hamısı ilə döyüşüb vəonların dizini yerə qoyub. Buna görə də bu millət vəkilinin nəinki Tovuzdakıseçiciləri arasında, bu xalqın, bu millətin içində çox böyük hörməti, nüfuzu vəmövqeyi var. Biz belə bir azərbaycanlı ilə fəxr eləməliyik. Ən azından ona görəki, çox kişilərin deyə bilmədiyi sözü millət vəkili Qənirə Paşayevə deyib vədeyir!..

Milli Məclisdəxalqın arasında olan, ağır gündə ona qahmar çıxan barmaqla sayılası bir neçəmillət vəkili var. Onlardan təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, biriAqil Abbasdı, biri də Qənirə Paşayeva. Aqil Abbas elə bir ay olmaz ki, Ağdama,Ağcabədiyə, Füzuliyə getməsin. Və gedəndə də çox qəribədir ki, vəzifəli şəxslərlədeyil, adi bir çayxanada öz seçiciləri ilə, sadə insanlarla görüşür. Onlarla eləsadə dildə də söhbət eləyir. Seyran Səxavətin sözü ilə demiş olsaq, cammatla özdilində danışmağı bacarır. Siz elə bilirsiniz rayona, bölgələrə getmək asandır?Çünki hər dəfə o bölgələrə gedəndə yollardakı avtomobil təhlükəsi bir an beləyaddan çıxmır. Amma bütün bunlara baxmayaraq, Aqil Abbasla Qənirə Paşayeva millətvəkili olaraq həmişə öz seçicilərinin yanındadı.

Mən həmişəTovuzun ən ağır günündə, hətta ağır olmayan məqamlarda Qənirə Paşayevanıcamaatın içində görmüşəm və demişəm ki, ilahi, sən belə vətənpərvər, ziyalıinsanları qoru ki, onlar da xalqına xidmət eləsin! Ötən il Tovuzun Dondar Quşçukəndində 10 yaşlı Nərmin vəhşicəsinə öldürülərək yandırılanda da QənirəPaşayeva özünü birincilər sırasında həmin kəndə, həmin ailəyə çatdırmışdı.Onların ağır dərdini, müsibətini çiyinlərində daşıyırdı. Dərdli ananı bağrınasıxıb yarasına məlhəm qoymaq istəyirdi. Elə bilirsiniz başqasının dərdini çəkməkasandır? Adam var dərd çəkməməyə görə yaxın qohumunun yas məclisinə meyit dəfnolunana qədər getmir. Bir qədər sonra gedir ki, ağlaşma, şüvən səsi eşitməsin.Dərdli anaları bağrına sığmaq, onların dərdi ilə yaşamaq üçün insandan çoxböyük ürək tələb olunur. Bu ürək də Qənirə Paşayevada dünya boydadır. Allahdünya boyda olan bu ürəyi qorusun!

İyulun 12-dənermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutublar. Bax, onda da QənirəPaşayeva özünü el-obasına, çətin durumda olan insanlara çatdırıb. Ağır döyüşlərgedən anda ölümdən qorxmadan birbaşa səngərə gedib. Döyüşən oğlanlarımızı,igidlərimizi, əsgərlərimizi, zabitlərimizi ruhlandırıb. Döyüşdə şəhid olan hərbir əsgərimizin ailəsinin dərdinə şərikolub. Mən televiziyadakı bir süjetə baxanda tüklərim biz-biz oldu. QənirəPaşayeva şəhid anasını bağrına basmışdı və onun göz yaşını silirdi. Bəlkə də həminanda Allahdan və Qənirə Paşayevadan yaxın o şəhid anasına heç kim yox idi. Və şəhid anası da bu məlhəmi, bu təsəllinibir rahatlıq kimi, bir sakitlik kimi hiss eləyirdi.

Təkcə vətəninağır günündə sözlə, vədlə iş aşmır. Yənihalva-halva deməklə ağız şirin olmur. Gərək vətənin ən ağır günündə o vətənindöyüşən oğlanlarının, şəhid olan igidlərin ailələrinin yanında olasan, onlarındərdini öz dərdin bilib ona çiyin verəsən. Bu dərdi çəkmək, bu dərdə çiyin vermək elə də asan deyil. Və bu asan olmayan dağboyda ağır dərdi Qənirə Paşayeva həmişə zərif çiynində daşımağı bacarıb. Fikirverin ha, çox kişilərin, çox mənəm-mənəm deyən, ağzına çullu dovşansığmayanların işini də o xanım görüb.

... O ağırdöyüşlərdə bir həftə ərzində onun nələr çəkdiyini bir özü bilir, bir də Allah.Və hər gün bu xanım canlı yayıma çıxaraq bütün dünyanın diqqətini Tovuzda gedən döyüşlərə yönəltmək üçün əlindəngələni əsirgəməyib. O, millət vəkili kimi, bir siyasətçi kimi, bir vətənpərvərkimi Xarici İşlər Nazirliyinin həmin günlərdə görəcəyi işdən çox iş görüb. Azərbaycanınhaqq səsini, ədalətli mövqeyini bütün dünyaya bəyan edib. Hər an ölümlə üzbəüzolan, həyatını risqə qoyan bəzi ağzıgöyçəklər isə sosial şəbəkədə bu böyük ziyalı,bu böyük insan barəsində şər-böhtan yayıblar. Məsələn, onun qolunun sınmasınamüxtəlif don geyindirirlər. Biri deyir ya sağ qolunu sarıyır, ya da sol qolunu. Guya onun qolusınmayıb. Qənirə Paşayevaya heç vaxt ucuz reklam lazım deyil və onun buna heç ehtiyacıda yoxdur. Onun barəsində bu şəri, bu böhtanı deyənlər heç azərbaycanlı deyillər,erməninin dəyirmanına su tökənlərdi.

Azərbaycanda 10milyondan çox azərbaycanlı yaşayır. Bunuiçərisində təbii ki, bir-iki caqqal-çuqqal çıxıb nəsə suyu bulandırmalıdı.Çünki onlar həmişə millətin böyük ziyalılarına, böyük şəxsiyyətlərinə böhtanatırlar. Onların çıxışlarını konteksdən çıxararaq başqa bir məna verir vəcamaatın, xalqın gözündən salmaq istəyirlər. Bir vaxtlar Aqil Abbasa da demədiyisöz haqqında şər-böhtan dedilər, ona yapışmadı. İndi də on günə yaxındır ki,Tovuzda ermənilərlə ideoloji müharibə aparan və onların dizini qatlayan QənirəPaşayevaya böhtan yaxırlar. Bu böhtan isə belə böyük ziyalılara, belə böyüksiyasətçilərə, belə böyük vətənpərvər insanlara yapışan deyil. Çünki bu xalq,bu millət, bu dövlət Qənirə Paşayevanı yaxşı tanıyır. O, heç vaxt millətinin,xalqının çətin günündə başqaları kimi yaxasını çəkib kənarda durmayıb.

Bütün dövrlərdə məkanından və zamanından asılı olmayaraq,ziyalılar, xalqın və millətin sözünü deyənlər qaraguruhçuların şərinə vəböhtanına məruz qalıblar. Amma zaman keçib, sular durulub, günəşin qarşısınıalan bulud çəkilib, yenə hər şey aydınlaşıb. Aydınlaşan o olub ki, şər vəböhtan atılan ziyalılar millətin görən gözü, düşünən beyni, döyünən ürəyidi. Mənimşəxsi tanışlığım olmayan Qənirə Paşayeva da belə böyük ziyalılardan və vətənpərvərşəxsiyyətlərdən biridi. Allah millətini və xalqını sevən belə AYDINlarıqorusun!!!


TƏQVİM / ARXİV