adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: GÜN İŞIĞI KİMİ ŞAİR

FAİQ QİSMƏTOĞLU
50681 | 2020-07-23 09:22

... Hamı şeiryaza bilər... hamı nəyisə düzüb-qoşmağı bacarar... Amma o bəndləri, omisraları, o sətirləri, o poetik duyğuları gözdən keçirəndə, oxuyanda görürsənki, heç də o şeir sənin ürəyinə yatmır, qəlbinin sarı siminə toxunmur. Şair gərəksonradan şair olmasın, anadan şair doğulsun. Sonradan yazıçı olmaq mümkündü.Amma sonradan Allaha and olsun ki, şair olmaq mümkün deyil. Çünki hər yazılanşeir şeir deyil. Şeir odur ki, sənin ürəyinə, qəlbinə Ulu Yaradan nəsəpıçıldayır və sən də o pıçıltını qələm götürüb ağ vərəqə köçürürsən...

... Ötən əsrin70-ci illərindən tanıdığım Musa Ələkbərlidə Allahın onun ürəyinə göndərdiyi misraları şeirə çevirib oxucuya çatdıranistedadlı şairlərdəndi. O, anadan şair doğulub... O, anadan bu təbiətin, bu vətəninoğlu kimi dünyaya göz açıb... O, anasını sevdiyi qədər Azərbaycanın dağlarını,meşələrini, çaylarını, ormanlarını, bulaqlarını, güllərini, çiçəklərini,yarpızını, zəncəfilini, kəklikotusunu, çobanyastığını... sevib... İstedadlışair təbiətin bu gözəl incilərindən, zərifliklərindən və əsrarəngliyindən ilhamalaraq Vətənin hər qarış torpağını – dağını, qayasını, daşını, bulağını tərənnümedib...

O, hara qədərdesən içi dolu, qəlbi böyük, sonu görünməyən bir sevgi gəzdirir ürəyində. Bu ürəkdəinsanlara, təbiətə elə bir sevgi var ki, hər şairdə o işığı tapmaq mümkündeyil. Onun qəlbi həm də bir uşaq ürəyi kimi tər-təmizdi. Ona görə də özü kimi şeirləri də dupduru, aydın, safdı. Busaflıq onun iç dünyasından gəlir...

Mən şair deyiləmvə onun poeziyasına da qiymət verə bilmərəm. Mən nə Məmməd Arazam, nə RəsulRza, nə filologiya elmləri doktoru, tənqidçi Qulu Xəliliov. Ona bax, bu böyükkişilər qiymıt verib. Və bu böyük şairlər, böyük kişilər Musa Ələkbərlininpoeziyasının şirinliyindən, gözəlliyindən, təravətindən söhbət açıblar. Onun 70illiyi münasibətilə "Tovuz Xeyiryyə Cəmiyyəti” ilə "Tovuz” qəzetinin birburaxılışı: "Salam, yetmiş yaşım...” dərgisi öz orijinallığı və rəngarəngliyiilə oxucunun diqqətini özünə çəkir. Jurnalın üz qabığından tutmuş sonuncu səhifəsinəqədər hər şey möhtəşəmdi... Möhtəşəm tərtibat... möhtəşəm dizayn işi... möhtəşəmürək sözləri... Burda istedadlı şairlə bağlı Azərbaycanın tanınmış şair,yazıçı, publisist və jurnalistlərin müxtəlif dövrlərdə onunla bağlı rəngarəngyazıları toplanıb. Burda Rəsul Rzanın, Məmməd Arazın, Qulu Xəlilovun, Cəmil Əlibəyovun,yazıçı Elçinin, Zöhrab Tahirin, Qabilin, Fikrət Sadıqın, Məmməd İsmayılın,Oqtay Rzanın, akademik Nizami Cəfərovun, Əbülfət Mədətoğlunun, Yasif Nəsirlinin...şair barəsində müxtəlif zamanlarda qələmə aldıqları yazıları dərc olunub.İnanın, həmin böyük ziyalıların, böyük şəxsiyyətlərin, böyük şairin vəyazıçıların Musa Ələkbərli barəsində yazısı oxucuya çox söz deyir. Oxucuyadeyir ki, Musa Ələkbərli anadan şair doğulub... Onun şeirlərində, misralarındaboğazdan yuxarı, quru, qərp sözlər yoxdu... Nə varsa, hamısı şairin içdünyasından və qəlbindən gəlir... Bu şeirlər adi şeirlər və bəzəkli-düzəklimisralar deyil. Bu şeirlər onun ürəyinin pıçıltısı, Allah-Təaladan göndərilənişıqlı misralardır ki, ona buyurulur, bunu yaz, xalqına çatdır, o da yazır vəoxucuya ötürür!.. Bu bir işıqdı... bu bir nurdu... bu bir Allah sevgisidi...Allah sevdiyi insanları həmişə seçib və mükafatını verib. Onun şeirlərindən birbəndi yadıma düşür:

Qarşına ümidləçıxıram hər gün,

Bircə söz dilimdənasılı qalır.

Susuram... bəlkədə susduğum üçün

Səni istəyənlərartır, çoxalır...

Və yaxud başqabir misrası ürəyimin sarı siminə toxunur:

Və əminəm ki,axırda

Bu ailə, buod-ocaq,

Bu dünyadayozudacaq,

Sevgisiz ölənMusanı?!

... Onun ürəyindəhəmişə sevgi olub, məhəbbət olub. O sevgisiz bir gün də yaşaya bilməz. Şair dəhərdən bir belə də deyir. Çünki mən onun böyük sevgisinin, müqəddəs sevgisininşahidiyəm. Musa Ələkbərli mənim tələbəyoldaşım, Azərbaycan Dövlət Universitetinin professoru, gözəl ziyalı və böyükalim Qasım müəllimin qızı ilə ailə qurub. O ailə çox böyük bir özülün, möhkəmbünövrənin üstündə bügünkü günə gəlib çatıb. O ailədə sədaqət olub... sevgiolub... məhəbbət olub... hörmət olub... Oğul odur ki, ailə qurduğu vəsevib-seçdiyi xanımı ilk gün necə sevibsə, 70 yaşında da elə sevsin. Bax, Musa Ələkbərlininböyüklüyü odur ki, İradə xanımı o vaxtlardan da çox istəyir və qoruyur. Şair ürəyiheç vaxt paxıllıq nə olduğunu bilməz... Şair ürəyi gün işığı kimi birvarlıqdı... O işıqdan hamıya pay düşər... Musa Ələkbərlinin poeziyasından da,şeirindən də onun oxucularına həmişə məhəbbət, sevgi, sədaqət və bir-birinəetibar düşür. İndiki dövrə insanların bir-birinə sədaqəti, etibarı çox azdır.Amma Musa Ələkbərlinin şeirlərində bu sədaqət də var, bu bu etibar da, bu sevgidə...

Onun şeirlərinibir oxucu kimi həmişə mən izləmişəm və sevmişəm. Və o şeirlərdə çox vaxt özsevincimi, öz kədərimi, öz dərdimi, öz işıqlı aləmimi tapmışam. Ki, hər birmisrada günəşə boylanan bir ümid, səhərə söykənən bir işıq, sevgiyə sığınan biraydınlıq var. Onun şeirlərində çox şairdə olmayan bir musiqi də var. Mən bununda şahidi olmuşam. 1980-ci ildə Azərbaycan Dövlət Televiziyasının yeni ilmünasibətilə hazırladığı "Mavi işıq” ədəbi-bədii verilişdə xalq artisti ZeynəbXanlarova onun xəbəri olmadan üç şeirinə mahnı bəstələyib oxumuşdu. Bu xəbəri dəMusa Ələkbərliyə mən çatdırmışdım. O vaxt belə idi. Tay indiki kimi hər şeirəmahnı bəstələnmirdi. O mahnılar səsləndi və çox möhtəşəm də alındı. Bax, bununsevincini o vaxt Musa Ələkbərli ilə birlikdə mən də yaşadım...

... Yetmiş yaşıtamam olsa da, onun ürəyi, qəlbi çox cavandır. Və 70 yaşdan arxaya boylanandaMusa Ələkbərlinin dağ boyda poeziyası, şeirləri, müxtəlif dövrlərdə çapdançıxmış çoxlu sayda kitabları, publisist yazıları və digər gözəl yazı nümunələrigörünür. O şair xoşbəxt şairdir ki, sağlığında onu hamı sevir, şeirlərini əzbərbilir. Musa Ələkbərlinin bayaq dedim ki, hər bir şeiri yaddaqalandı... hər birşeiri seviləndi... Çünki o nə yazıbsa, nəqələmə alıbsa, hansı misranı şeirə çeviribsə, hamısını ürəyinin səsiylə, böyükYaradanın ötürdüyü enerjiylə ortaya qoyub...

Şairin bumisralarına fikir verin:


Sən elə birsevdasan ki,

Günün yoxdu,ayın yoxdu.

O duyğusal aləminlə,

Bu dünyada tayınyoxdu.


Mən səninçün birkeçmişəm,

Sən mənimçün gələcəksən.

İndi gəlmə, yəqinbir vaxt

Qəbrim üstə gələcəksən.


Eşq olsun, bumisranı qələmə alan böyük Musa Ələkbərliyə! Bu, adi bir kədər deyil, bəşəri birkədərdi. Bilir ki, sevgilisinə sağ vaxtı qovuşmasa da, öləndən sonra o lirik qəhrəmanqəbrinin üstünə gələcək və qovuşacaq. Bu böyük həsrət və böyük bir vüsaldı. Bufəlsəfi düşüncə təbii ki, şairin bizim hiss etmədiyimiz və duymadığımız qeyri-adibir məntiqdən yaranır və sonda insanı vüsala qovuşdurur...

Musa Ələkbərli,Allah səni qorusun! Sənin şeirinin hər bir misrası gün işığı kimi hərarətli,bulaq suyu kimi şəffaf, sonu görünməyəmmeşələrdəki yaşıllıqlar kimi əsrarəngizdi... O şeirlərin beş yox, on yox, min rəngivar. Şeirlərinin rəngi qədər də sənə ömür arzulayıram. Axı, sən həm də bizimyeznəmizsən. Biz də yeznəni çox istəyirik. Qoy sənin ocağında həmişə sevgiolsun, məhəbbət olsun, gün işığı olsun!!!


TƏQVİM / ARXİV