adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: GÖZ YAŞININ SEVİNCİ

FAİQ QİSMƏTOĞLU
46806 | 2020-07-24 14:22

... Dünyada ənşirin, ən müqəddəs, ən gözəl varlıqlardan biri insanın öz halal haqqını alması,o sevinci yaşamasıdı... o sevinci ancaq yaşayanlar bilər... o sevinci ancaqgözləyənlər hiss eləyər... o sevinc sənin ürəyinin qapısını döyüb öz dünyanadaxil olanda duya bilərsən... Gərək o sevinci gözləməyə səndə bir səbr, birdözüm, bir Allah sevgisi olsun. Təki sənin haqqın, zəhmətin və bir də uzun illərçəkdiyin əziyyət özünü göstərsin. Bu nə zamansa öz bəhrəsini, öz işığını və öznurunu sənə bəxş eləyəcək...

...Və mən də həmişəgöydə Allaha, yerdə də ədalətli insanların mərhəmətinə sığınmışam. İnanmışamki, halal haqqımı kimsə, nə vaxtsa Allahın köməkliyi ilə mənə bəxş edəcək. Vəbunun üçün heç vaxt, heç zaman nə umküsü eləmişəm, nə də kimdənsə narazıqalmışam. Kimsə mükafat alanda başqalarının qanı qaralıb və hətta qısqanıb ki,niyə mükafatı ona yox, özgəsinə veriblər? Amma bir Allah şahiddir ki, 40 iljurnalistikada olduğum və 30 il "Ədalət”də işlədiyim dövrdə bizdən kimmükafatlandırılıbsa, birinci mən onu bağrıma basıb xeyir-dua vermişəm, təbrikeləmişəm! Elə bilmişəm ki, onun aldığı mükafat mənə verilib...

Gərək adamın birböyük ürəyi də ola. Tay bilmirəm mənim ürəyim böyükdü, ya balaca! Ammadostlarım deyir ki, mənim də ürəyim böyükdü. Yəqin ki, ürəyimin böyüklüyünügörüb deyirlər də!

Bir çoxjurnalistlər kimi mən də "Ədalət” qəzetindən "Əməkdar jurnalist” fəxri adına təqdimolunmuşdum. Qəzetimizin təsisçisi və baş məsləhətçisi, millət vəkili Aqil Abbasvə baş redaktor İradə xanım Tuncay mənə təqdimat vermişdilər. Təbii ki, hər şeycənab prezident İlham Əliyevin seçimindən asılı idi. Günlər yaxınlaşdıqca həyəcanlarımızda artırdı. Amma çox soyuqqanlı idim. Özümü kökləmişdim ki, hər şey ola bilər,bir az səbrini bas!

İyulun 22-dəsaat 2-dən sonra özümü narahat hiss edib işdən evə qayıdırdım. Ekspressavtobusa elə təzəcə əyləşmişdim ki, bir də gördüm mənə bir zəng gəldi. Qəzetimizinistedadlı gənc yazarı Nicat Novruzoğlu idi. O, bu xəbəri mənə çatdıranda Nicathəddindən artıq yumorlu insan olduğuna görə, dedim ki, ay Nicat, sən Allah...Sözümün arxasını deməyə imkan vermədi. Dedi ki, Faiq müəllim, Allaha and olsun,elə indicə prezidentin Sərəncamını oxumuşam. Orda yazılıb ki, Hüseynov FaiqQismətoğlu "Əməkdar jurnalist” fəxri ada layiq görülüb. Sözün düzü, bu şad xəbərieşidəndə çox qəribə anlar yaşadım. Bilmirdim, ağlıyım, ya gülüm! Bir onubilirdim ki, 40 il çəkdiyim əziyyət öz bəhrəsini vermişdi... bir onu bilirdim ki, məni sevənlər bu xəbərieşitsə, gör nə qədər şad olacaq... bir onu bilirdim ki, mənim orta və ali məktəbmüəllimlərimin zəhməti bəhrəsini vermişdi... bir onu bilirdim ki, minlərləinsan bu sevincin dadını hiss edəcək...

Nicatın zəngindənsonra ardı-arası kəsilməyən mobil telefonuma zənglər gəlirdi. Və bu zənglər adizəng deyildi, mənim sevincimə şərik olan ölkənin tanınmış ictimai-siyasi xadimləri,ziyalılar, millət vəkilləri, şair, yazıçı və jurnalistlər idi. O böyükziyalılar ki, onlar həmişə mənə çox böyük sevgiylə yanaşıblar. Və onlar məni təbrikeləməklə yanaşı, cənab prezidentə də təşəkkür edirdilər ki, məni bu yüksək fəxriada layiq görüb. Özümdən asılı olmayaraq, gözlərim doldu, sevinc yaşlarıyarandı...

Mən ömrümdə ikidəfə belə sevinmişəm: biri 1994-cü ilin yanvarının əvvəllərində Ulu Öndər HeydərƏliyevin rəhbərliyi ilə Füzulinin 22 kəndi, Horadiz şəhəri və doğma kəndim Bəhmənliazad olunanda. Yanvarın 6-da kəndimizə getdim. Bəhmənliyə girməmişdən öncəatamın uyuduğu qəbiristanlığı ziyarət elədim və bir möcüzənin şahidi oldum.Atamın məzarının yanındakı bütün məzar daşları ermənilərin atdığı ağır mərmilərnəticəsində darmadağın dağılmış və yerə aşmışdı. Təkcə atamın məzar daşına xəsarəttoxunmamışdı. Mərmi yanındakı Eldar şamının baş hissəsini qırıb keçmiş vəyaxınlıqdakı yerə düşərək bir çala yaratmışdı. Bax, Bəhmənliyə girəndə yerəçöküb kəndimizin torpağından öpdüm. Sonra da sevincimdən hönkür-hönkürağladım...

İndi də cənabPrezidentin belə yüksək fəxri ad verməsi məni çox kövrəltmişdi. Eynək taxsam daavtobusdakı sərnişinlər sevincimdəm ağladığımı, göz yaşımı hiss eləyirdilər. Eləhönkürdüm ki, özüm də çox narahat oldum. Birtəhər sevinc göz yaşlarımısaxladım. Düz evə çatana qədər mənə 100-dən çox dostlarım və tanınmışlar zəngelədilər. Aman Allah, insan öz çəkdiyi zəhmətin bəhrəsini görəndə nə qədərşirin olurmuş... insan öz halal haqqına qovuşanda nə qədər rahat olurmuş...insan onun sevincinə şərik çıxanları hiss edəndə nə qədər sevinərmiş...

Böyük Seyran Səxavətyazır ki, adamın təkcə dərddən ürəyi partlamır, həm də adamın ürəyi sevincdənpartlaya bilər. Mən dərdimi heç kimlə bölüşən deyiləm. Amma sevincimi həmişəbölüşməyə çalışmışam. Çalışmışam ki, sevdiyim və mənim üstümdə əziyyəti olaninsanlara sevincimi çatdırım. Elə ilk sevincimi də mənim müəllimlərim olan AzərbaycanDövlət Universitetinin professorları İsgəndər Quliyevə və Cahangir Məmmədliyəçatdırdım. İsgəndər Quliyev universitetin çox hörmətli müəllimlərindən biridir.O, məhşur "91”dəndir. Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edən çox böyükziyalılardandır. Cahangir Məmmədlinin isə mənim üstümdə çox böyük əziyyətiolub. Fakültəmizin tələbələrə yaxın olan ziyalılarındandı. Hər ikisi bu xəbərieşidən kimi çox sevindi. Hətta Cahangir müəllim dedi ki, Faiq, tay mən bu axşamrahat yata bilərəm.

Rəşad Məcidsevinə-sevinə məni təbrik elədi. Əvvəl tanımadım. Dedi ki, sənin cəbhəyoldaşındı. Çünki onunla biz Laçının ağır günündə həyatımızı təhlükəyə qoyubdöyüşə getmişdik. Və Laçından da qayıdanda Bəhmənliyə gəlib bizdə qaldıq. Səsinitanımadığıma görə, məndən incidi. Dedim Rəşad, nömrəyə baxmadığıma görə,tanımadım. O da dedi ki, heç nə olmaz. Elə birinci zəng eləyib səni təbrik elədim.Böyük Seyran Səxavət zəng elədi. O qədər şirin danışdı ki, ürəyimə yağ kimiyayıldı. Onun səsini eşidəndə bir az da kövrəldim. Yadıma bütün gözəl insanlardüşdü və böyük yazıçıya öz təşəkkürümü bildirdim. Sonra Vaqif Bəhmənli,İmamverdi İsmayılov, Məhərrəm Qasımlı, Bəhruzər Rüstəmov,Vidadi Orucov, SəməndərMəmmədov, Mahmud Qacar... Əgər siyahını yazsam, gərək onda böyük bir növbəyaransın. Hər kəs öz sevincini və məhəbbətini bildirirdi.

Ən böyük həyəcansabizim redaksiyada yaşanıb. Mən gedəndən sonra dostlarım, iş yoldaşlarım səbirsizlikləcənab Prezidentin verəcəyi sərəncamı gözləyib. Bir çox saytlar qeyri-rəsmi məlumatveriblər. Orda da bizdən heç kəsin adı olmayıb. Elə ki, cənab prezidentin sərəncamırəsmi surətdə dərc edilib, bax, onda birinci Nicat Novruzoğlu adımı və soyadımıgörüb. Sevincindən necə qışqırıbsa, uşaqlar da ona qoşulub möhtəşəm bir görüntüyaradıblar. Sanki Azərbaycan millisi dünya çempionu, "Qarabağ” da çempionlar liqasının qalibiolub. Uşaqların sevinci bir-birinə qarışıb. Mən orda olmasam da, bir-bir mənimobil telefonla təbrik etdilər. Hələ redaksiyamızda indiyə kimi hər hansı təltif olanda belə möhtəşəmlik yaşanmayıb.Çünki mən onları çox istəmişəm, onlar da məni. Mən o cavanları Allaha andolsun, Emin qədər çox istəyirəm. Güləri və Mehribanı da qızım Tellidənayırmıram. Və elə bilirəm ki, bu uşaqlar mənim doğmalarım, əzizlərim,balalarımdı...

CənabPrezidentin "Əməkdar jurnalist” fəxri ad verməsi tək mənim ailəmi, doğmalarımısevindirmədi. Bu Fəxri ad cəbhə bölgəsindəyaşayan Füzuli camaatını, doğulub boya-başa çatdığım Bəhmənlini, onunbütün sakinlərini sevindirdi. Cənab prezident İlham Əliyevin bu qayğı və diqqətimənim və balalarımın, nəvələrimin yadından heç vaxt çıxmayacaq. Çünki bu eləbir sevincdir ki, bu elə bir hədiyyədir ki, onu heç vaxt yaddan çıxarmaq,unutmaq mümkün deyil. Bu, uzun illər mənim imzamı tanıyan, mənim yazılarımıoxuyan on minlərlə oxucunun sevinci deməkdir... Bu, mənim üstümdə əziyyəti, zəhmətiolan müəllimlərimin və ustadlarımın sevincidi... Bu, həm də uzun illər gözləyibmənim kimi halal haqqını alan ziyalıların, yazarların, jurnalistlərinsevincidi... Kim məni təbrik eləyirdi, deyirdim ki, qardaş, bu mənə yox, mənimFüzulimə, mənim Bəhmənlimə, mənim halal haqqı olan bütün dostlarıma verilən dəyərdi.Və bu, bir daha göstərir ki, haqq-ədalət gec-tez öz yerini tapır. Sadəcəolaraq, bir balaca səbrli olmaq, təmkinli olmaq lazımdır. Çünki bu ölkəni idarəedən prezident İlham Əliyev dəfələrlə sübut edib ki, o, hər bir azərbaycanlınınprezidentidi...

Hələ də o sevinchisslərini yaşayıram... hələ də mobil telefonuma tələbə yoldaşlarımdan, orta məktəbdostlarımdan təbriklər gəlir... hələ də bu sevincin çox çəkəcəyini hiss eləyirəm...Və hiss eləyirəm ki, mənim kimi bundan sonra haqqı olanların çoxu öz halalhaqlarını alacaq. Bir daha bu sevincli günlərimdə, bu xoşbəxt anlarımda, bu gözəlməqamlarımda mənə zəng edən, məni təbrik edən bütün insanlara öz sevgi və məhəbbətimibildirirəm. Gün o gün olsun ki, sizin də belə sevincinizin şahidi olum və osevincə qoşularaq hər birinizi təbrik eləyim.

Bu ölkənin, budövlətin çətin vaxtında cənab Prezident İlham Əliyevə Azərbaycan jurnalistlərinəgöstərdiyi diqqət və qayğıya görə, biz bir daha öz minnətdarlığımızıbildiririk. Çünki cənab prezident çıxışlarında bir fikri xüsusilə vurğulayıbki, jurnalistlər mənim dostlarım və köməkçilərimdi. Bütün bunları cənabPrezident dostluqda sədaqətli olmağı ilə təsdiq edib. Gərək biz jurnalistlər dəbu dostluğa sadiq olaq, dövlətimiz və müstəqilliyimiz yolunda Prezidentin ətrafında bir yumruq kimibirləşək, Azərbaycanı, dövlətimizi, xalqımızı sevək və qoruyaq!!!

Faiq QİSMƏTOĞLU

Əməkdarjurnalist

TƏQVİM / ARXİV