adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: SƏNİ ÇOX İSTƏYİRDİM...

FAİQ QİSMƏTOĞLU
51251 | 2020-07-28 09:44

... Heç özüm dəbilmirəm ki, o böyük insanla, o böyük ziyalıyla, o peşəkar polis zabitiylədostluğumuz nə vaxtdan başlayıb. Ancaq bildiyimiz odur ki, mən onu Yol PatrulXidməti Alayının 1-ci tağımında işləyəndə görmüşdüm. Görmüşdüm ki, son dərəcəintizamlı, son dərəcə səliqəli və son dərəcə də mədəni bir insan idi. Heç vaxthaqqı nahaqqa verməzdi. Görəndə ki, kimisə, hansı sürücünüsə bir əməkdaşincidir, o dəqiqə özünü çatdırar və həmin adama kömək edərdi. Və həmişə dəonunla xidmət aparan əməkdaşlara deyərdi ki, kasıb-kusubu, imkansızı incitməyin,onlara yaxşılıq eləyin ki, Allah da bu yaxşılığı heç vaxt yaddan çıxarmaz. Vəelədiyiniz yaxşılıq nə vaxtsa qarşınıza çıxar.

Uca boylu, çöhrəsindənnur yağan bu polis zabitini sanki Allah-Təala yaxşılıq eləmək üçünyaratmışdı... Sanki Allah-Təala İlham Rəcəbovu yetim-yesirə, kimsəsizə köməküçün Yer üzündə ona həyat vermişdi... Sanki İlham Rəcəbov yaxşılıqdan özünə birdünya qurmaq istəyirdi. Və o dünyanı da qurdu, səssiz-səmirsiz qurduğu dünyanıtərk edib Allahın dərgahına qovuşdu...

... Bilmirəm,insan bu boyda ürək sahibi olarmı?.. Bu boydatəvazökarlıq edərmi?.. Bu boyda sevgi, bu boyda məhəbbət olarmı?.. O,hamıya bu sevgini, bu məhəbbəti, bu istəyi paylayırdı...

Bir müddət 1-ci tağımda işləyəndən sonra Baş Dövlət YolPolisi İdarəsində Avtotexniki müfəttişlik şöbəsində məsul vəzifəyə gətirildi. Orda da özününistedadı, işə vicdanlı münasibəti, peşəkarlığı ilə seçildi. Biz onunla bu şöbədə az-az görüşürdük. Şöbəninrəisi, polkovnik Vahid Əliyev (Vahid Əlioğlu) təqaüdə çıxanda dedi ki, burda mənimyerimdə bir oğlan əyləşəcək, məndən də yaxşı insandı. O, belə deyəndə, sözündüzü, bir qədər tutuldum. Sonra əlavə etdim ki, Vahid müəllim, İlham Rəcəbovladostuq, həm də qohumluğumuz çatır. Vahid müəllim bu sözləri eşidəndə bir qədərsevindi və dedi ki, İlham Rəcəbov hər cür yüksək vəzifəyə layiq oğlandı. O, vəzifəyə təyin olunanda da heç dəyişmədi.Elə əvəlki İlham Rəcəbov oldu. Əksinə, bir qədər də sadə, bir qədər də təvazökar,bir qədər də səmimi idi. Həmişə də kabinetinin qapısı açıq olardı. Deyərdi ki,kabinetin arxasında durub gözləyən adamın yerinə həmişə özümü təsəvvür edirəm.Ona görə də razı olmaram ki, kimsə gəlib mənim kabinetimin qarşısında saatlarlagözləsin. Onun yanına kim gəlirdisə, yanındakı ən yaxın dostu olsa belə,üzrxahlıq edib dəhlizdə gözləyən adamı iki daşın arasında qəbul edər, problemiilə maraqlanar və nə sıxıntısı varsa, həll edərdi.

... İşimizləbağlı onunla reydlərdə iştirak edərdik. Və həmişə də mənə deyərdi ki, onunadını, soyadını yox, əməkdaşların adını yazım. Çünki özünün reklamdan və özünütəbliğdən həmişə qaçardı. Və onun çalışdığı dövrdə avtotexniki müfəttişlik şöbəsiçox yüksək göstəricilərə nail olub. Ekoloji problemlərin həll olunmasında,qarşıya çıxan digər məsələlərin hüquqi müstəvidə həll edilməsində bu şöbənin əməkdaşlarınınvə şöbənin rəisi İlham Rəcəbovun zəhməti çox idi. O, tabeliyində olan əməkdaşlara qarşı da həmişəsadə və səmimi olub. Onlarla rəis kimi yox, dost kimi davranıb. Və indi texnikişöbənin rəisi işləyən Xalid Əzimov da İlham Rəcəbov barəsində danışarkən çoxkövrəlir. Və hətta deyir ki, biz özümüz şok vəziyyətdəyik. Belə gözəl insanınvaxtından tez dünyasını dəyişməyi bizim hər birimizi sarsıdıb, kədərləndirib.

İlham Rəcəbov 1ilə yaxın idi ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinedilmişdi. Elə burda da öz istedadı, peşəkarlığı, sadəliyi və səmimiyyətilə fərqlənib.Yəni haqqı nahaqqa verməyib. O həmişə çalışıb ki, insanlara qarşı diqqətliolsun. Heç kimin halal haqqı tapdanmasın .

Mən yol polisiilə düz 30 ilə yaxındır ki, əməkdaşlıqeləyirəm. Və yol polisində çox ziyalı,savadlı, vətənpərvər oğlanlar görmüşəm. Amma İlham Rəcəbov kimi ziyalı,dünyagörüşlü, intellektual, haqqı və ədaləti hər şeydən üstün tutan ikinci birzabit görməmişəm. Aman Allah, insan nə qədər sadə, nə qədər səmimi, nə qədər təvazökarolar?! Bu adam vəzifə sahibindən çox böyük ziyalı idi, böyük insan idi, böyük vətənpərvəridi. Bu qədər dünya malında gözü olmayan insan olmaq hər adama qismət olmur. Məninanmıram ki, o, işlədiyi bu dövrdə kiminsə haqqına girsin, kiminsə barəsində ədalətsizlikeləsin, kiminsə sözünü danışsın...

... Uca boylu,gülərüzlü, çöhrəsindən nur yağan bu böyük ziyalı Azərbaycan polisinə ancaq şərəf,ləyaqət və qürur gətirmişdi və həmişə də öz qürurunu, ləyaqətini və şərəfinikişi kimi qorumuşdu. Allahın dərgahına da bu ləyaqəti, bu qüruru özü iləgötürüb apardı. Yerişi, oturuşu, duruşu, insanlarla münasibəti təsdiq edirdiki, o, kübar bir ailənin övladı olub. Qubada tanınmış, əsli-kökü və zəngin keçmişi olan bir kişinin oğlu idi. Və okişinin oğlu öz gücüylə ayaqüstə durmuşdu, öz gücüylə təhsil almışdı, öz gücüylənüfuz qazanmışdı və gəlib Baş Dövlət YolPolisi İdarəsində belə bir vəzifəyə çatmışdı. Onu tanıyan adamlar hamısıdeyirdilər ki, İlham Rəsəbov hər cür vəzifəyə layiqdir. Çünki o vəzifədə özünəyox, bu dövlətə, bu millətə, bu xalqa xidmət eləyirdi.

Mənim həyatdaçox dostum olmayıb. Cəmi iki dostum vardı – bir əmim oğlu Əhliman Əliyev idi.O, Ələt hospitalının rəisi işləyirdi. 50yaşına çatmamış qəflətən ürəktutmaslndan vəfat etdi. Ondan sonra mehrimi İlhamRəcəbova saldım. Elə eynən xasiyyətiylə, savadıyla, ürəyinin böyüklüyüylə əmimoğluna oxşayırdı. Bir dəfə də özünə demişdim. O da gülmüşdü və demişdi ki, bu vəzifəgəldi-gedərdi, səninlə dostluğumuz ömrümün sonuna qədər davam eləyəcək. Nə çətinliyinolsa, de! Mən də çətinliyimi nə Əhlimana, nə də İlham müəllimə deməzdim. Çünkionlar mənim ruh dostlarım idi. Bizi bir-birimizə tutduğumuz vəzifə yox, düşüncəmiz,əqidəmiz və bu millətə, bu xalqa olan sevgimiz birləşdirirdi. Əhliman Haqqdünyasına qovuşdi, mehrimi İlham müəllimə saldım. O da Allah dərgahına qovuşdu,indi yetim qaldım. İndi bu iki dostumun ətrini bilmirəm kimdən alım. Hər halda,onların ruhu yaşayır. Və mən də hər gün bu iki dostumun ruhuna dualaroxuyuram...

Qızı Türkiyədəyaşayırdı. Nəvəsi olmuşdu, çox sevinirdi. Elə nəvəsinə də öz adını qoymuşdu–İlham! Nə yaxşı nəvəsinə adını qoymuşdu. İndi mənim dostum İlhamı balaca İlhamyaşadacaq. Elə doğmaları da, əzizləri də onun ətrini, iyini balaca İlhamdanalacaqlar...

...Sevincimi onunla paylaşa bilmədim. Çünkibütün yazılarımı böyük sevgiylə izləyirdi və oxuyurdu. Və hər yazımı oxuyandansonra mənə telefon açar, fikrilərini bildirərdi. Deyərdi ki, darıxma, hər şeyyaxşı olacaq. Və bir gün səni götürüb aparacam ata yurdum Qubaya. Görərsən,orda necə bağ salmışam, necə gözəl meyvə ağacalrı əkmişəm, hamısı da barverir...

Onun Qubadakıata-baba yurdunu görmək mənə qismət olmadı, onun əkdiyi meyvədən də yeyə bilmədim.Amma onun yaxşılıqlar dünyasından çox adamın üstünə işıq düşüb... çox adamınüsütünə sevgi düşüb... çox adamın üstünə və ürəyinə sevinc gəlib... Yəni çoxinsanlar onun yaxşı əməlindən bəhrələniblər. Və bir dəfə də eşitmədim ki, odesin mən filan kəsə bu köməkliyi eləmişəm. Əksinə, həmişə təvazökarlığı, sadəliyiilə susub və bu barədə bir kəlmə də danışmayıb...

... O, dünyanın ənyaxşı, ən gözəl, ən səmimi, və ən namuslu adamı idi. Və dünyanın ən yaxşı, ənnamuslu, ən səmimi adamını Allah-Təala apardı öz dərgahına. Bu dünyada onun qədrinibilənlər də çoxdu. Bəlkə də İlham müəllim dünyasını dəyişəndən sonra onun qədrinibilənlər daha da çoxalacaq. Ən azından ona görə ki, onun yerini heç kəs verə bilməyəcək;istər işlədiyi kollektivdə, istərsə də yaşadığı bu həyatda...

... Allahsevdiyi insanları öz dərgahına daha tez aparır. Çünki o insanlar özüləri üçünyox, başqaları üçün yaşayıblar... Oinsanlar xalqı, vətəni, milləti hər şeydən üstün tutblar... O insanlar budünyaya təmiz gəlib və təmiz də Allahın dərgahına qayıdıblar...

Mən səni çox istəyirdim,İlham Rəcəbov! Qardaşım qədər, əmim oğlu Əhliman qədər, övladım qədər... Adətəndünyasını dəyişən adam barəsində deyirlər ki, səni indi istəməsin, mən də deyirəmki, qoy elə məni indi də çox istəsin. Çünki bu insanların özləri olmasa da,ruhları həmişə yaşayır və onun ruhu ilə mənim ruhum yenidən görüşəcək!...


TƏQVİM / ARXİV