adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Həə, gözünüz aydın, Niquşlar gəldilər - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
88133 | 2020-07-31 12:48

Həə, gözünüz aydın, Niquşlar gəldilər. İndilik yazılıdır, axşama səslisi də çıxar...

Nazirlər Kabineti Yanında Operativ Qərargahın hələ brifinqi olmayıb, heç bir qərar açıqlanmayıb, artıq Niquşlar təhsilin başını buraxıb xəbərçiliyə girişiblər. Və iddia olunur ki, "mənə gələn məlumatlar birbaşa nazirlikdən gəlir, özü də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən.."

Düzdür, təhsil işçisi olsa da ağlı kəsmir ki, DİN-yi heç bir halda qərar vermir, amma hər halda,adam bu qədər əmindir.

Ərinmədim, bir-bir bütün adı keçən qurumlara zəng edib, (metro, rayona nəqliyyat, sms'in ləğvi) hər hansı bir yeniliyin gözlənilib gözlənilmədiyini soruşdum..

Təbii ki, ilk məndən duydular... Bilmirəm, hazırda içində olduğumuz sərt karantinin yekunlaşacağı 5-dan sonrakı dövrdə bu siyahıda sadalananlar olacaq ya olmayacaq. Olsa, daha ancaq Niquşlara inanarıq...

Paylaşdım ki, artıq bu Niquş-miquş oyununa necəsə son qoyulsun. Onsuz da insanların əsəblərinin tarım vaxtında bir də bu cür "təhsil" qruplarından pardaxlanan xəbərlərlə uğraşmayaq..

Hörmətli, DİN -də yəqin ki, nüfuzundan istifadə edən kəsləri tapıb, həqiqəti izah edəcək...

Rəsmi qurumlarımız cavab verər ya verməz, bilmirəm. Hər halda indiki halda bu məsələ çox önəmlidir və deməsəm olmazdı.


TƏQVİM / ARXİV