adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Aqil ABBAS: ARIQ EŞŞƏKLƏRİN YAYLAĞI

AQİL ABBAS
97820 | 2020-08-05 17:20

Deməli, belə. Seyran Səxavət QədirRüstəmovla Ağdamda görüşüb bir müsahibə almışdı. Söhbətin biryerində Seyran Qədirdənsoruşur:

- Qədir, yəqin uşaqlaraarvad qohumlarının adını qoymusan?

Qədir Rüstəmov:

- Niyə , bizimkilər qırılıbqurtarıb ki?

İndi bizimkilər qırılıb qurtarmasa da, amma həm klub komandalarımıza, həm də milli komandamıza xaricdənbaş məşqçi gətirməkdənötrü ölürük.

Bir vaxtlar «İnter»əGürcüstandan Kaxaber Tsxadadze adlıbir məşqçi gətirmişdik, o da özüylə GeorgiÇixradze və Zaur Svanadze adlı iki məşqçigətirmişdi. Sonra Çixradze «Simurq»unbaş məşqçisi oldu. Və onlar da özləri ilə bir «ZİL-130» futbolçu adınagürcü yığıb gətirmişdilər. Tsxadadzenin zamanında «İnter»də32 oyunçunun gərək ki,20-si legioner idi, onların da yarısı gürcü.Həm Tsxadadze, həm də Çixradze nə təhərbaş məşqçi oldularsa, indi nə «İnter» komandası var, nə də «Simurq»(Zaqatala).

Hələ biri də vardı BadriKvaratçixelya, «Turan»ın baş məşqçisi idi. O danə təhər baş məşqçi oldusa Azərbaycanda ən böyükfutbol məktəblərindən biri olan«Turan» hələ də yüksək liqamıza həsrətləbaxır.

Foqtsu gətirdik milli komandaya5 illik müqaviləylə, komandaya oturdu, hələ axırayaxın AFFA-nı şantaj etməyə dəbaşladı. Bircə əsas işi oodu ki, türkü türkün əliylə vurdu – biz Türkiyə millisini məğlub elədik, onlar dünyaçempionatına gedə bilmədi, ikialman millisinin (Almaniya və Avstriya) dünyaçempionatına yolu açıldı. Mən hələo vaxt Türkiyə ilə oyundan çox əvvəlyazdım ki, Foqts elə edəcək ki,bizimkilər qardaşlarımızı dünya çempionatından məhrum edəcək, elə də oldu.

Sonra day nə bilim daha hansı əcnəbini (o qədər əcnəbigətirirlər ki, hamısının adınıyadda saxlamaq olmur) gətirdilər, yenə də çürük fındıq.Daha bir əcnəbi gəldi, yenə də bir çürük qoz.

Qurban Qurbanovuqoydular, hamısı sevindi ki, nəhayət, bir vətənpərvər və futbolu bilən, hamının sevimlisimilliyə baş məşqçi oldu.Neçə illik müqavilə bağladılar,amma 7-8 aydan sonra dedilər yaxşı yol.Və yenə üz tutdular Avropaya,Xorvatiyadan Yurçeviçi gətirdilər. O dakəllə suyu. Onu da gülə-gülə yola saldıq.

İndi eşitdim ki, İtaliyadan De Byazi adlı bir məşqçi tapıblar, o da hələpandemiyaya görə gəlibçıxmayıb. Futbolu deyə bilmərəm,koronavirusa görə İtaliya gərək ki, dünyada üçüncü və ya dördüncü yerdədi. Barı, özüyləkoronavirus gətirməyə.

Belə çıxa bilər ki, mən xaricimütəxəssislərin və lagionerlərinəleyhinəyəm. Qətiyyən! Bu bütündünyada var. Baxır dünya kimlərigətirir, biz kimləri?

Yaponiyafutbol ölkəsi deyildi. Yaponlar çox fikirləşdilər, getdilər BraziliyadanZikonu gətirdilər 3-4 iliniçində Yaponiyanı dünyaçempionatına çıxartdı vəmedal qazandırdı. Zikodanbaşlayan yapon futbolu bu gün də dünyada ən yüksək reytinqə malikdi.Və hər dəfə də həm dünya çempionatına çıxır, həmqitə çempionatına və gözəl də oyun nümayiş etdirir. Bunu yeri gəlmişkən yazdım.

Həə, indi də getdik DeByazini gətirdik. Və mətbuatdaoxudum ki, don De Byazi (don- bizim dildə bəy) özüylə bir«ZİL-130» məşqçi də gətirir. Yəni özüyləbeş nəfər olduqlarına görə balacamaşına sığışmırlar, məcburolub «ZİL-130»la gəlirlər.

Uşaq vaxtı bizi «ZİL-130»la pambıqyığmağa aparardılar. Bunlar da görünür pul yığmağa gəlirlər. Hərəsinə də bir tərcüməçi, nə bilim xidmətçi. Bir məsələni də deyim. Vaxtilə yazmışamvə yenə yazıram. Bizim qəzetdə 20 nəfərçalışır, hamısıyla müqavilə bağlamışıq ki, nə iş görəcəklər və o müqaviləylənə qədər maaş alacaqlar. Əgər müqaviləninşərtlərini vaxtında yerinə yetirməsələr,qeyd-şərtsiz işdən çıxarılacaqlar.

İndi xaricdən mütəxəssis gətirirsiniz-gətirin,amma müqavilə bağlayarkən öz şərtlərinizi irəlisürün ki, nə tələb edirsiz onlardan. Tələbləri yerinəyetirə bilmədikdə göndərin üzü güləbətinə.

Yoxsa onlar da sonralar Foqts kimisizi şantaj edə bilərlər.


TƏQVİM / ARXİV