adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BİR İNCİ SAFLIĞI

FAİQ QİSMƏTOĞLU
63568 | 2020-08-05 12:27

Şair gərəkanadan şair doğula... Əgər anadan şair doğulmayıbsa, onun yazdıqları sözyığınından və cızma-qaradan başqa bir şey olmayacaq. Mən bir fikri dəfələrlə səsləndirmişəm və yenə də deyirəm: sonradan jurnalist olmaqolar, yazıçı olmaq olar, publisist olmaq olar, hətta dramaturq da olmaq olar,amma 20-30 yaşdan sonra heç vaxt şair olmaq mümkün deyil. Bu gün elə 90 faiz sonradan şair olanlar və şeiryazanlardı. Tay arxasını demək istəmirəm. Qoy bu barədə şairlər özləridüşünsün. Görsünlər, mən dediklərim yalandı, yoxsa düz!..

...Bir çoxlarıAzərbaycan gəncləriyinə bir o qədər də ümidlə baxmır. Amma çox nahaq yerə!Bugünkü gənclərin arasında çoxistedadlı, dünyagörüşlü və savadlı insanlar var. Düzdür, onların bəziləri özistedadına və yaradıcılığına güvənərək özündən razıdı və bəzən də orta və yaşlınəslin şeirlərini, romanlarını, poemalarını bəyənmirlər. Və bu bəyənmədiklərinidə çox vaxt konkret faktlarla, arqumentlərlə ortaya qoyurlar. Buna da sözümüzyoxdu...

Bu yaxınlardaredaksiyamızda çalışan istedadlı gənc Emin Piri mənə öz kitabını bağışladı.Ümumiyyətlə, mənim belə istedadlı gənclərə çox böyük sevgim var. Ən azından onagörə ki, onlar tapdanmış yolla deyil, kiminsə açdığı cığırla yox, özününyaratdığı cığırla, yeni nəfəs və səslə oxucunu təəccübləndirir. Emin mənə özkitabını bağışladı: "Sağ qalan varmı?!”. Elə həmin günü də birnəfəsə o kitabıoxuyub başa çatdırdım. Və kitabı oxuyanda hiss elədim ki, dünyanı Emin Piribaşqaları kimi bir rəngdə görmür. Və bu dünyanın min rəngini, min çalarınışeirlərinə gətirir. Özü də hər misranı, hər sətri, hər bəndi o qədər orijinalifadə edir ki, həmin misralardan sən dünayanın yeni nəfəsini, yeni rəngini,yeni səsini eşidirsən.

Onun şeirlərininruhu Ramiz Rövşənə çox yaxındır. Amma o, qətiyyən Ramiz Rövşəni yamsılamır.Ondan bəhrələnir, şeirinə yeni rəng, yeni çalar qatır. Eminin bütün şeirlərindəeyni ritm, eyni dinamika, eyni sürət hiss olunur. Sanki yüksək sürətləavtomobilini idarə edən sürücü sərt döngələrə rast gələndə də çox ustalıqla, həminsürətlə o döngəni necə keçirsə, Emin Pirinin şeirlərində də bu ritm və sürətözünü aydın göstərir.

O, sevgidənyazır, məhəbbətdən yazır, Vətəndən yazır, insandan yazır... Və nəyi yazırsa,çox təbii və səmimi qələmə alır. Onun poeziyasının fəlsəfəsi səmimiyyət və dərinfikirdir. Səmimiyyət və dərin fikir olmayan bir şeir sabun köpüyü kimi birşeydi. İnanmırsınız, "Eşq ayələri” şeirindəki bu misralara diqqət yetirək:

Susayırsan gecəyarı

Durub şəklinəbaxarsan.

Kəbə divarıtək

Üzümü sürtərəm –yanağına

mənim tövbəyerim...

Bax, Emin sevgiyəbelə bir rəng verir. O rəng şairin ürəyi kimi tərtəmizdi. Yaxud "Baş daşlarıutandırdı məni” şeirindəki misralara nəzər yetirək:

Şəhid məzarlarını

mərmərə bükdük

daş qoyduqbaşlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə...

Fikri bu qədərorijinal və yaddaqalan ifadə etmək şairdən məntiqi və fəlsəfi düşüncə və bir dədərin savad tələb edir. Onun bütün şeirlərində bu elementləri görür və hiss eləyirik.


Emin Pirinin hər bir şeiri təzə fikir və orijinal ifadəyeniliyi ilə oxucunu özünə cəlb edir. "Sağ qalan varmı?!.” şeirini gözdən keçirəndəgörürük:

Əsgər sinəsiaxtarır

isinməyə

fevralşaxtasından

üşüyən güllə.

hər əsgər tabutu

bir ağ gəlinlikköçər...

əsgər deyil,

sevən qızınarzularını

götürüb gedir

hər atılan güllə...

Bayaq dedik axı,onun şeirlərində Vətən də var, Vətən qeyrəti də. Vətən qeyrəti bir əsgərindüşüncəsində və əməlində özünü əks etdirir. "Ayağım özümdən qeyrətli çıxdı”şeiri adamın istər-istəməz iç dünyasını silkələyir və yatıbsa onu yuxudan oyadır:

danlayır özünü hərsəhər-axşam

əlini başına,dizinə çırpır:

o qaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdənqeyrətli çıxdı...

Mələklərdünyanın ən günahsız varlığıdı. Və bəzən də yaxşı insanı mələyə bənzədirlər. "Mələklərəatılan mərmilər...” şeiri insanı istər-istəməz həyəcanlandırır, qəlbinin "sarısiminə” toxunur və qulağına pıçıldayır:

Toplardan,

təyyarələrdən

doğan uşaqlar

yerdə bələklərdənçıxırdı.

uşaqların yerdə

batan səsləri

göydə mələklərdən

çıxırdı.

Yaxud:

Darıxır

anamın cehizlikütüsü

Atamın biçənək ətirli

pal-paltarıyçün...

ütüyə gəlmirancaq

heç birisi!..

Yayın gözüaçılan kimi

anam yorğan-döşək

çırpır həyətdə.

Gözündə sevgi,

qolunda nifrət

Çırpır

ürəyininçırpıntısını

çırpır atamınyoxluğunu...

Onun şeirlərininhər biri, hər misrası bir oxucu olaraq mənim qəlbimin "sarı siminə” toxunur."Sarı simə” toxunan həm də bu misralardı:

İndi

kitablarıarasında qurutduğu

Gül ləçəklərindəaxtarır

sevgilisinin cəbhədəitirdiyi əlləri...

Beləcə, EminPirinin şeirlər aləminin içində sanki qeyri-adi bir dünyaya düşmüşəm. Və birşeiri – "Sükutlu səngər” yenə mənim ruhuma sığal çəkir.

Pozulur

səssiz gecələrdə

gözlərdənqovulmuş

səngərinsükutu...

Bu misralarıancaq səngəri, onun ətrini, qoxusunu hiss eləyən şair yaza bilər. Bu misralar təmizvə saf qəlbin hayqırtısıdır desək, yanılmarıq. Bayaq dedim axı, onun heç birşeirində söz yığını, bayağı ifadələr tapmaq mümkün deyil. Hara əl atırsan,"qızıl balıq” tutursan. "Uşaqlıq illərimasan keçməyib” şeiri kimi:

Kişilər ağlamazdeyən anam

yerimə özüağlardı.

Nağıl söylərdi,

göydən üç almadüşməzdi nağıllarından,

deməzdi bunuanam –

birdən ürəyimizalma istəyər...

Bu gün birçoxları qız uşağını sevmirlər və oğlan uşağı arzulayırlar. Həkimə gedib uşağıabort elətdirirlər. Eminin "Abort stolunda yalvaran körpə” şeiri də bəşəri birhayqırtı, bəşəri bir çağırış, bəşəri bir oyanış və bəşəri bir səsdi! O hayqırır və deyir:

... Şeytanboylanır

ağxalatlı pəncərədən

gözləri bərəlib

dizləri əsir

ürəyi dözmürbaxmağa.

qadın dözürancaq

və baxır...

Bu fikri səsləndirməküçün insanda bir bəşəri sevgi, bəşəri məhəbbət, bəşəri vicdan da lazımdı. Və nəyaxşı ki, Emində bu ürək var. Bu balaca boy şairin Allah, nə boyda ürəyivarmış?! Yaxud başqa bir bəşəri şeir:

Söymə bu dənizi,balıqçı qardaş,

xırda soxulcanagəlməz

hər balıq.

Bir dəfə də öpüşqoy tilovuna

bəlkə sevgiyləaldanıb

bir balıq düşə"toruna”.

Yayın istisininadamı tıncıtmağını Emin Piri belə görür:

Dodağı çatlamışasfalt küçələr

silir

dənizdən qayıdan

maşın təkərlərinintərini.

Emin həyatısevir, insanları sevir və ən nəhayət, həyatı və insanları yaradan Allahısevir... "Allahın zarafatı” şeirində bu hissləri və duyğuları özünəməxsusformada sevdiyi oxuculara çatdırır:

Ölənlər oyanıbçıxa qəbirdən

durub dirilərinqaza qəbrini.

gedəsən sevdiyinqəbrin üstünə

görəsən yazılıb:

bir zarafatdı.

Eşq olsun, bumisranı poetik deyimə çevirən gənc şairin böyük ürəyinə! Bilmirəm, Emininsanlarda vəfa görüb, görməyib, amma şeirlərində hiss eləyirəm ki, o,adamları, insanları sevməyə bir o qədər də ürək eləmir. Çünki yaşadığımız cəmiyyətdəo qədər yalançı, etibarsız və kəsdiyi çörəyə xəyanət eləyən adamlar var ki. Yəqinelə həyatda da, sevgidə də belə adamlara Emin Piri rast gəlib. Yoxsa "Səni sevməyəqorxuram, Allah!” şeirini yazmazdı. Görün, şair nə yazır:

Kimi sevdim,dönük çıxdı,

Dönüklərim yamançıxdı.

Mələk sevdim

şeytan çıxdı,

Səni sevməyəqorxuram,

Qorxuram,

Allah!

Vallah, məndənolsa Eminin bütün şeirlərindən nümunə çəkərdim. Çünki onun hər şeirində, hər bəndindəvə hər misrasında orijinal fikirlər, yeni rənglər və yeni çalarlar var. Və oşeirləri oxuduqca, vərəqlədikcə bir oxucu olaraq mənim ürəyimdə və qəlbimdə Azərbaycandaolan istedadlı gənc şairlərə şevgim daha da artdı. Çünki çox şeyi bəyənməyən, hərşeydə bir qulp axtaran, amma dünyanı yeni rəngdə görən bu gəncləri oxuyaq,sonra topa tutaq. Düzdür, onlar iddialıdı.. düzdü, onların ürəyindən çox şeykeçir. Amma iddialarına görə istedadları da var. Bu istedadlı gənclər kirayənişinqalırlar, istədiyini tapıb yeyə bilmirlər, istədiyini alıb geyə bilmirlər. Ammagörün bu qədər çətinliklər içərisində onlar ədəbiyyatımıza, poeziyamıza yenibir cığır, yeni bir nəfəs gətirirlər.

Biz onları topatutmaq yox, biz onlara arxa və söykək olmalıyıq ki, bu istedadlar tapdanmışyolla yox, öz yolları ilə gedirlər və çiyinlərində həm də bizim yükümüzü çəkirlər.Bir daha Emin Piriyə şeirlərində bu gözəl anları və məqamları mənə yaşatdığınagörə, "çox sağ ol!” deyirəm. Elə bil ki, yeni bir dünyaya düşdüm, o yenidünyanın güllərinin, çiçəklərinin ətrini ciyərlərimə çəkdim, havasını uddum,saf suyunu içdim. Və o rənglər dünyasında bu dünyamızı onun təsvir etdiyi dünyakimi görmək istədim...


TƏQVİM / ARXİV