adalet.az header logo
  • Bakı 12°C

“Seks makinaları" və... - Emin Piri yazır

Emin Piri
63963 | 2020-08-07 11:41

Bu günbir qədər mehribanlıqdan sonra insanlıq halı kimi sirrini bölüşən beləxanımlara "mən səni anlayıram” deyən kişilərin "anlamaq” sözünün altında belə,"mən səninlə yatmaq istəyirəm, səninlə gəzmək, qeyri-leqal macəra yaşamaq istəyirəm”arzusu yatır. Əslində isə qadının ərindən ayrılma səbəbi dinləyənlər üçünmaraqlı deyil. Amma diqqətlə, anlayışlı biri kimi dinləyəcək. Ən azındanqadının təsəvvüründə "ərindən fərqli olaraq mən anlayışlı biriyəm” obrazıyaratmaq üçün. Bu cəmiyyət sizinkimi qadınalrı anlamır, əriniz sizin kimi birinin qədrini bilməyib palavralarıvə.s klassik metod kimi hələ də davam etməkdədir.

Sənianlayıram, bu cəmiyyət hələ formalaşmayıb, mən bu cəmiyyətdən fərqliyəm deyənkişilərin anlamaqları da ayrı bir dərd-manevrdir...

Yaxşıüzərinizə alınmayın, siz hamınız safsınız, elə bilin ki, bu cür "anlamaqlarla”manevr edən, saxtakarlıq roluyla obrazdan obraza girən elə Emin Piridir. Xətrinizədəyər birdən.


Hə,bilirəm, "istisnalar var” deyəcəksiniz, "mən elə deyiləm” və s.i.a... Həm dədeyəcəksiniz ki, sizdən fərqli olaraq cəmiyyətin 90%-dən artığı belədir və belədüşünür. Sizinsə bu 90-lığa heç bir aidiyyatınız yoxdur. Çünki bunu oxuyan hərkəs özünü yerdə qalan 10%-dən hesab edəcək. İçinizdə bir təsəlli verəcəksinizözünüzə. Beləcə rahatlıq tapacaq, bəlkə kimi, nəyisə yada salıb, üzərindən birqurtum su da içəcəksiniz.


Bu,bilirsiniz, nəyi xatırladır? Hərbi xidmətdə hansısa hadisədən sonra bir zabitçıxıb taburu söyərdi ki, 90%-niz "filan-filansınız”. Çoxunun səsi çıxmazdı.Çünki hamı özünü qalan 10%-də hesab edirdi. Və o sözün ona heç bir aidiyyatıolmadığını düşünürdü.

İstisnalar nə zaman ümumi qaydanı pozur ki?! Buna görə də elə dəqiq və ümumidəndanışıram.

Bu gün Rusiyaya gedən kişilərimiz yüzlərlə sifət görmüş bir rus qadınıyla (hələonun özündən 25-30 yaş böyük olmasını, onunla bərabər ola-ola başqalarıyla gəzməkləriniqeyd etmirəm) vətəndaşlıq almağa görə nikah üçün "sinov” gedib, Azərbaycanda həyatyoldaşı şəhid olan, xəstəlikdən ölənlərlə evliliyi özünə şərəfsizlik biləcək.

Niyə? Çünki Rusiyadakı qadının hoqqalarını burada bilən olmur. Onun yatdığı azərbaycanlıkişi olmayıbsa, bu, daha da rahatdır. Çünki o, gələcək üçün vətəndaşlıq,qeydiyyat istəyir. Və bu da gələcəkdə pul deməkdir. Demək ki, məqsəd heç də şərəf,nüfuz deyilmiş. Gələcək maddi arzular və karyeralardır.

Heç bu hərəkətinə görə burada qınanmayacaq da. Bir-iki qohumunu da ora aparıb,çörək sahibi etsə, arada burdakı məktəbli yaşında nişanlısına hədiyyələr göndərsə,olacaq lap "bomba” kişi. Hətta ailəvi əxlaq məsələlərini onun sözüylə həll edəcəklər...

Amma burada dostların üzünə necə baxa bilər? Bəlkə tanışlardan biri onun keçmişsevgilisi olub? Axı o, həm də heyvani hisslər üçün virtualdan tutmuş, adi görüşəqədər dəridən-qabıqdan çıxıb, "işlərimi yoluna qoyum, səninlə evlənəcəyəm”deyib, dostlar arasın çıxanda "bazlıqdan gəlirəm” söyləyəndir. Onun duyğularıuzaq bir yerdə azərbaycanlı dostlarının tanımadığı bir fahişəyə layiqdir.

Bu cür insanların Azərbaycanda"facebook-da olmayan” birini aramalarını demirəm. Elə bunun üzündəndir ki, Azərbaycandafacebook-da yüz minlərlə "fake” qadın profili var.

Necə deyərlər, "illüminatlar”dan, mason lojalarından, İŞİD-dən, "Mossad”dan,CİA-dan daha təhlükəli bir güc var: camaat. Camaat nə deyər? Çünki burada heçkim özünü yaşamır, burada hər kəs "camaat nə deyər” aksiomu üçün yaşayır. Həttametroda yer verənlərin də əksəri başının üstündə duran xanıma onun hamiləolmasına, yaşına, qadınlığına görə deyil, "ətrafdan baxanlar nə deyər” düşüncəsinəgörə edir.

Nədənsə Azərbaycandan çıxdıqdan sonra bu aksiom bir gecədə dağılır.

Hər halda, az görmədik Avropada yaşayan xanımlarla nikaha girmək üçün dəridən-qabıqdançıxanları.


Hələ qadına ərindən qalan miras varsa, nə şərəf, nə keçmiş önəmli olmayacaq.Kasıba mühafizəkar baxan oğlanın baxışları qəfildən müasirləşəcək. Nə olsa da,qadının pulu ilə zatən özünə şərəf, ləyaqət toplayacaq. Qadın isə ərindən qalmaobyektlərini gəzib, uşağının başını tumarlayıb, özünü aldadacaq. Və özünüaldatdığının fərqində olaraq. Bəs, kasıb olsaydı keçmişi nəzərə almayan o "ər”necə yanaşacaqdı? Əlbəttə, cəmiyyətin mövqeyini bölüşəcəkdi.

Peyğəmbər yolunugetdiyini iddia edənlər elə ən çox o yolu gedənləri baltalayacaq və baltalayır.Şeytan yerinə daşlayır bir növ. Dərinəgedib Məhəmməd peyğəmbərin özündən neçə yaş böyük və kiçiklərlə, boşanmışlarlaevliliyi haqqında müzakirə aparmaq istəmirəm. Amma bir sualım var, siz doğrudanpeyğəmbər yolunu gedirsiniz, yoxsa din pərdəsi altında o yolun asfaltınıdağıdırsınız?


Heç mənim yazım da düz qurulmayıb. Bir qadının qarşısına tanıtım üçün təhsilini,savadını deyil, "dul”, "ayrılmış” sözünü qoyursansa ta heç zad...

P.S.Onsuz da burda tənqidetsən geri qalmış, cahil olassan, ya da paxıl. Tərif etsən də bu yazı kimi deyəcəklərEmin qadınların xoşuna gəlməkçün yazıb.

P.S. S. Mənim cəmiyyətdənfərqim nədir? Heç bir şey, elə mən bu cəmiyyətəm. Siz istisnalar olun, mənsə bu cəmiyyət. Təki sizhamınız saf olun, buna şərh yazan, məni qınayan və.s. Mənsə yazıda qeyd etdiyimbütün mənfiliklərə xas biri.


TƏQVİM / ARXİV