adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Süni tənəffüslü manıslar - Nicat NOVRUZOĞLU yazır

NİCAT NOVRUZOĞLU
128366 | 2020-08-11 09:05

Tənəffüsümüz hələ ki, süniləşməyib. Özümüz alıb,özümüz veririk. Yaradanın təmənnasızıdır.O tac elədiyimiz virus gələndən hələ deyirlər ki, tənəffüsümüzün havasıbir az da təmizlənib. Çirkliliyi xeylam çirksiz olub. Gözlə görməsək də içimizəalanda bunu hiss etmək olur. Səbəbkarvirusa borcluyuq.

Ataların hesabı ilə borclu borclunun sağlığını istəməlidir.Biz taclının sağlığını istəmirik. Heç taclı da bizim sağlığımızı istəmir. Bizondan qurtulmaq istəyirik, o da bizi qurtarmaq istəyir.

Bu müharibədə taclıdan qazancımız da var. Hər birşeyin qiymətini dəyərləndirmək. Dəyərini bilmək.

Bir də ki, şükür.Deyir ki, arada şükür edin. Hər saniyənizə.

Bu günümüzə min şükür.

Bu pandemiyada hələ ki, acından ölən olmayıb. İlinsonunacan da davam etsə ölən yenə olmayacaq. Çünki hərənin bir qarın çörəyivar. Qarından artığı isə bir az müşkül məsələdi. Karantindi. İş güc dayanıb.Alış veriş yoxdu. Qazanc olmayan yerdənecə qarından artığını istəyəsən ki?!

Amma istəyinə qədər boğub saxlasan da bir gün partlayır.

Müğənnilər axır vaxtlar istəklənib. Deyirlər ki, vəziyyətimiz pisdi. Toylaryığışıldığından gəlirimiz yoxdu. Dolana bilmirik. Hətta bu istəkdən etirazlar da doğanlar var. Ad çəkmirəm. Onların etirazlarıyayanlar hamınıza çatdırıb. Ekran sağolsun.

Haqq qazandıra bilmirəm onlara. Nə arqumentlərinə,nə fikirlərinə, nə də etirazlarına.

İlkin olaraq bildirim ki, bu manısların xalqadından, yəni bizim adımızdan danışmağını heç qəbul etmirəm. Bəlkə də çox azbir qismi hardasa danışa bilər. Onlarda ki, manıs yox müğənni kateqoriyasınadaxildirlər. Amma elə əlinə hər mikrafon alanın xalq belə, xalq elə deməsiyolverilməzdi. Həmən o guya ki, canınız yandırdığınız xalqın toyuna gedəndə heçməbləğlərinizin bir qəpiyindən keçmirsiniz indi nooldu xalqı silah edirsiz? Özsözünüz var, öz adınızdan danışın.

İkincisi, o bahalı toylarda 100 min, 150 min manıslara pul xərclənən dəçıxıb bağıraydınız ki, ay camaat bu filan məmur nə qədər maaş alır ki, bizə dəbir belə pul tökür?!

Üçüncüsü, o ekrnalarada arvadınıza konsert verən də,döşünüzü çöldə qoyanda, bəxtəvərə gö.vərən deyən də, alt paltarlarınızı,villalarınızı, lüt üryan bədənlərinizi ekranda nümayiş etdirən də, tərbiyəsizcavablarınızı səsləndirən də, bahalı turlarla, məclislərlə camaata acıq verən dəvə s. bir az düşünmək lazım idi ki, sizi də bu gün qınamazdılar.

Bu sayları artıra-artıra getmək olar. Onu oxucuözü-öz qəlbinin məhkəməsin də etsin.

Son olaraq deyirəm ki, sizin bir toydaqazandığınızı, onu-bunu demirəm, elə biz mətbuat nümayəndələri 2-3 ilə qazanmırıq. İlin 365 günü də işləyirik. Sizin oxuduğunuzo dəbdəbəli saraylardakı toylara dəvətnaməalanda da başımızdan kredit, borc tüstüsü çıxır. Ona görə də özünüzü çoxekrana, efirə vurub zarımayın. Oturunevdə. Maskanızı taxın. Özünüzü qoruyun. Arada bir dezinfeksiyadan da istifadəedin.

Nə yazıq ki, ekranlarımızı dezinfeksiya edən yoxdu.

Həyat hələ bitməyib. Vaxt gələcək oxuyacaqsınız da,çalacaqsınız da. Pul da qazanacaqsınız. Səsinizdən və nə bilim nələrinizdənmuğayət olun. Koronaya tutulmamısınızsa tənəfüsünüzü süni aparata qoşmayın.



TƏQVİM / ARXİV