adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: GÖZDƏN PƏRDƏ...

FAİQ QİSMƏTOĞLU
60242 | 2020-08-15 12:20

... Qəribə dəolsa deməyə məcburam. Məcburam ona görə ki, bunu mən deməyim, sən demə, bəs kimdesin?! Elə nöqsanlarımızı da, qüsurlarımızı da, çatışmazlıqlarımızı da yadasalmamağımızın və deməməyimizin üzündədəndir ki, bur gün bir çox sahələrdəaxsaya-axsaya qalmışıq. Heç kəs bizi vurub-eləməyib ha! Birdən elə bilərsinizki, kimsə bizə badalaq atıb, zərbə vurub deyə belə axsayırıq. Bizə heç kiminbir çıtması da dəyməyib. Elə özümüz-özümüzü bu günə salmışıq. Yəni savadlı,ziyalı, müdrik və ağıllı adamların məsləhətlərini və tövsiyələrini kənara qoyubözümüz bildiyimiz kimi də yol tutmuşuq. Bu yol bizi hara aparır və harda dalanadirəyəcək, bilmirik! Və bildiyimiz odur ki, elə bu yolla da gedirik...

... Savadlı,istedadlı və təcrübəli adamlar çox vaxt gözüm çıxdıya salınır. Ki, bir çox vəzifəlişəxslərin o savadlı, o təcrübəli adamlardan xoşları gəlmir, zəhlələri gedir. Zəhlələrigedir ki, birdən işdi-şayətdi onu vəzifədən çıxarıb yerinə bu savadlı adamlarıtəyin eləyərlər. Elə bilirisiniz bu sözləri nəyisə bilmədən yazıram? Əsla! Sizözünüz də bilirsiniz və görürsünüz ki, savadlı, istedadlı adamlardan bəzi vəzifəlişəxslərin xoşu gəlmir. Axı savadlı və istedadlı adamlar da çox mədəni, çox tərbiyəli,çox ziyalı insanlardı. Onları işdən çıxarmağa ehtiyac qalmır. Bir balaca hisseləyən kimi rəhbərlik ona yuxarıdan aşağı baxır, sıxışdırır, ərizəsini yazıb işdəngedir. Heç başqa yerdə iş də axtarmır. Ya başını götürüb harasa gedir, ya da dərddən,fikirdən ürəyi partlayır. Bu belədir və həmişə də belə olub...

Amma ipə-sapayatmayan, dələduz, fırıldaqçı, min sifətə girən şəxslər isə zamanın nəbzini vəruhunu çox yaxşı tuturlar. Başqa sözlə demiş olsaq, onlar rəhbərlərinə vəmüdirlərinə züy tutmağı bacarırlar və hansı mahnıya desən, sümüyünı düşdü-düşmədi,qol qaldırıb oynaya da bilirlər. Təki işlədiyi yerdə rəhbərlik ona şəraityaratsın və pul qazansın.

... Hətta lazımgələndə müdriyyətə işçilər barəsində danos verməyi də bacarır. Çünki belələridanos verə-verə vəzifə pillələrinəqalxıblar və özlərinə hər cür şərait düzəldiblər; villalar tikiblər, malikanələralıblar, uşaqlarını xaricdə oxutdurub yaxşı vəzifəyə qoydurublar. Tay belələrinənə lazımdır bundan artıq?! O lazımdır ki, qazandıqlarını itirməsin, kefi kök,damağı çağ yaşasınlar. Elə yaşayırlar da!

Nə yaxşı ki, buUZİ varmı.Yoxsa bir çox həkimlər acından ölərdi. Və acından ölmürlər, sadəcəolaraq, hər şeyin "dilini tapırlar”. İndi xaricdən hansı aparatı desən özəlklinikalar alıb gətirir. Və sonra da başlayırlar müxtəlif televiziyakanallarına çıxaraq reklam olunmağa. Və deyirlər ki, bu aparatla əksər xəstəliklərimüalicə eləmək mümkündür. Əlbəttə, müasir texnologiya və tibbi avadanlıqlarlaistənilən pasiyentə düzgün diaqnoz qoymaq olar. Amma hər hansı aparatlainsanları müalicə etmək bir o qədər də ağlabatan iş deyil. Amma ağlabatdı-batmadı, bizim bəzi həkimlər, xüsusən də özəl klinikalarda çalışan həkimlərteleviziya kanallarına çıxaraq elə ağızdolusu danışır ki, onların sözünə qulaqasan avam və savadsız adamlar inanırlar.

... Gedirlər,axışırlar o klinikalara, görürlər ki, balam, heç də hər şey görünən kimideyilmiş. Yəni bu aparat məsələsi bəzi həkimlərin düzəltdiyi bir oyunmuş. Dünyatəcrübəsində belə bir metod var ki, xəstəni aparat yox, həkim müalicə edir. Heç30-40 il bundan əvvəl Azərbaycanda UZİ aparatı yox idi. Bax, onda BəhmənlidəHidayət dayım əliylə hər hansı xəstəni müayinə edəndə bilirdi ki, onun dalağışişib, qaraciyərində böyümə var, ödündə daş yığılıb. Sonradan analiz nəticəsindəonun dediklərinin hamısı öz təsdiqini tapırdı. Cərrah xəstəni əməliyyat edirdi,ödündəki daşı ödqarışıq çıxarırdı. İndi aparatdan keçməyə hər hansı xəstə bir ətəkpul verməlidir. Mənim bir qonşum var. Özəl klinikada qan analizləri verdi vəaparatlardan keçdi, 1000 manat da pulu çıxdı. Sonradan da dedilər sənin heç nəyinyoxdu. Bax, belə!

İndi bir çox həkimlərtəzə bir üsul, yol axtarıblar. Gedirlər Türkiyəyə, bir-iki ay kurs keçirlər,bir sertifikat alıb qayıdırlar Azərbaycana. Guya sertifikat almaqla həkim oldu.Hansı ki, Türkiyədə uzamanlıq almaq üçün 12 il oxumalısan, təcrübə keçməlisən vəçox mərhələlərdən sonra sənə bu adı layiq görərlər, ya da görməzlər. BizimsəTürkiyədə bir-iki ay kurs keçmiş həkimlərimiz, yaxud da UZİ aparatında işləyənlərVətənə qayıdandan sonra televiziya kanallarına çıxıb "öz təcrübələrindən” vəqazandıqları "nailiyyətlərdən” danışırlar. Bu addımlardan sonra avam camaat dahəmin həkimlərin yanına axışırlar. Növbələr yaranır, xəstələr bir-birininarxasınca durur, nə var- nə var, televiziyaya çıxan həkimin qəbuluna düşmək istəyirlər.Əvvəl-əvvəl camaat ona inanır, bir müddətdən sonra görürlər ki, onların xəstələrəqoyduğu diaqnoz dəqiq deyil. Və gedib başqa bir xəstəxanada düzgün müayinə vəmüalicə olunurlar. Aydınlaşır ki, televiziyada reklam olunan o sertifikat almışhəkimin elə boş-boş danışmağı və söhbəti varmış.

Belə dırnaqarasıhəkimləri camaata sırıyan və onların pulunu alıb reklam edən müxtəlif özəlteleviziya kanallarıdır. Özəl sözünü xüsusi ilə vurğulayıram ki, DövlətTeleviziya kanalında və İctimai Televiziyada bu reklamlar bir o qədər dəyoxdur. Ən çox özəl klinikaları özəl televiziyalar reklam edir. Çünki hər ikisipul qazanır; həm özəl televiziyalar, həm də özəl tibb mərkəzləri! Aldadılanlarvə itirənlər isə avam, sadə və hər şeyə inanan pasiyentlərdi!

Ay özəlkanallar, qoyun bir dəfə də xalqa əsl həkim məsləhəti verən və düz yol göstərənAzərbaycan Dövlət Tibb Universitetinin dosenti Rəşid Mahmudovu dəvət edin. Bax,onu efirə dəvət etməzsiniz. Çünki Rəşid Mahmudov heç vaxt xalqına və millətinəpul üçün yalan danışmaz və əyri yol göstərməz. Ümumiyyətlə, Azərbaycanda çoxsavadlı, çox vicdanlı və namuslu həkimlər var. Təəssüf ki, onların əksəriyyətinigözümçıxdıya salırlar, incidirlər, heç efirə də dəvət eləmirlər. Onlar da çəkilibdurub bir küncdə. Nəticədə isə zərbə Azərbaycan səhiyyəsinə və Azərbaycanxalqına dəyir.

Bu gün ölkəmizdəkifayət qədər namuslu və vicdanlı rəhbər şəxslər də var. Amma o şəxslər ətrafınabax, dediyimiz və göstərdiyimiz savadlı və vicdanlı həkimləri toplamalıdır.Çünki hamı hər şeyi görür. Pul ala bilməyən, kasıba-kusuba, imkansıza və çətinvəziyyətdə olan adamlara rəhm edən həkimlərə "yaşıl işıq” yandırılmalıdır. Taybəsdir, bəzi savadsız və özündənrazı səhiyyə işçilərinin əlində insanlar bu qədərəziyyət çəkdi. Hər halda, biz sözümüzü dedik. Yerdə qalan məsələlər aidiyyətiqurumların işləridir...


TƏQVİM / ARXİV