adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2020 23:59
53393
TEXNOLOGİYA
A- A+

Almaniya ordusuna kiber-hücum edildi

Almaniyada ötən həftə ölkənin Silahlı Qüvvələrinə daşıma xidmətini həyata keçirən qurumun rəsmi internet saytı naməlum şəxslər tərəfindən haker hücumuna məruz qalıb.

Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, internet piratları hərbçilərlə yanaşı, Bundestaq deputatları və siyasətçilərin şəxsi məlumat bazasına çıxış əldə ediblər.

Almaniya ordusunun "BW-Fuhrpark Service GmbH” xidmətinin İT şəbəkəsinə haker hücumu Müdafiə Nazirliyi tərəfindən də gec də olsa, təsdiqlənib. Nazirliyin nümayəndəsinin verdiyi açıqlamada insidentlə bağlı araşdırma aparıldığı bildirilib.

"Hücumun hədəfi və miqyası hələ ki, bizə məlum deyil. Bundan başqa, sızıntı olub-olmaması, yaxud məlumatların ələ keçirilməsi faktı araşdırılır”, - deyə, nazirliyin Bundestaq deputatlarına göndərdiyi xüsusi məlumatda bildirilir.

Xatırladaq ki, 2015-ci ildə Almaniya parlamentinin saytının serverinə də bənzər həmlə həyata keçirilmiş, nəticədə bir çox deputatın şəxsi yazışmaları, məxfi sənədlər hakerlər tərəfindən oğurlanmışdı. Almaniya hökuməti həmin insidentlə bağlı rəsmi olaraq Rusiya hərbi kəşfiyyatını ittiham edirdi.