adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU : BİR DÖN GERİYƏ BAX...

FAİQ QİSMƏTOĞLU
68905 | 2020-08-17 12:57

... Allah-Təala hər insana dünyaya gəlməmişdən öncə onun taleyini,ömür yolunu yazır. Və insan da bu ömür yolunu yaşayır, öz izini qoyur və yaddaqalır. Elə insanlar var ki, yaşa dolur və hətta qocalır, geriyə baxanda heç nəgörmür. Sanki onun ömrü bir səhraya bənzəyir. Ancaq elə də adam var ki,yaşadığı ömrü çox mənalı və yaddaqalan keçirir. Və dönüb geriyə baxanda qoyduğu izlər, yaratdığı möhtəşəm işlər onuyaşadır və yadda saxlayır. Bu insanların ömrü güllü-çiçəkli bir həyata bənzəyir.Çünki onların hər günü, hər anı, hər dəqiqəsi zəhmətlə, əzabla, əziyyətlə keçibvə o zəhmətin, əziyyətin bəhrəsini də zaman-zaman görüb və hiss edib. Beləinsanlar tək ailələri, qohumları tərəfindən sevilmirlər. Onlar bütün el-oba, cəmiyyətvə qaynar mühit tərəfindən qəbul olunurvə sevgiylə qarşılanır.

Mənim də 30 ildən çox tanıdığım, dostluq və qonşuluq elədiyim, çörəkkəsdiyim böyük ziyalı, böyük müəllim, böyük insan Səməndər Eyvaz oğlu Məmmədovda yaşadığımız bu cəmiyyətdə öz izini qoymuş və möhürünü vurmuş şəxslərdənbiridir. O şəxslər ki, həmişə elmin yollarıyla addımlayır. Çalışıb, oxuyub, öyrənibvə axırda da öz istəyinə və arzusuna qovuşub. O, 1954-cü il fevralın 8-dəBorçalıda – Bolinisi rayounun Faxralı kəndində anadan olub. Azərbaycan DövlətUniversitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. Tələbəlik illərindəböyük Mir Cəlaldan, Ağamusa Axundovdan, Şamil Qurbanovdan, Firudin Hüseynovdan,Qulu Xəlilovdan çox şey öyrənib. Özünün dili ilə demiş olsaq, həyatda nəqazanıbsa, bu böyük ziyalılara, bu böyük müəllimlərə borcludur. ŞamilQurbanovun Səməndər müəllimin üzərində əziyyəti çox olub. Çünki Şamil müəllimöz tələbələrinə, xüsusilə də istedadlı tələbələrinəövladı kimi yanaşıb. Hələ tələbəlik illərindən Səməndər Məmmədov öz dəyərliyaradıcılığı və istedadı ilə seçilib.


Təbii ki, o dövrün çox sərt qanunları vardı. Yəni ilk növbədə sən təyinatlahara getmisənsə, orda ən azı 2 il işləməli idin. Səməndər müəllim və həyatyoldaşı Pəri xanım Lerik rayonunun Vistən kəndinə təyinatla göndərilib. Onlar 4il bu kənddə pedaqoji fəaliyyətlə məşğul olub, şagirdlərə elm öyrədiblər. Həmindövrlərdə "Lerik” qəzetinin redaktoru, Əməkdar jurnalist Həmzə Vəliməmmədov Səməndərmüəllimə və ailəsinə atalıq qayğısı göstərib. Nə çətinlikləri olubsa, Həmzə müəllimqısa zaman kəsiyində onu yoluna qoyub. Və qəribədir ki, bir dəfə də olsun Həmzəmüəllim elədiyi yaxşılığı dilinə gətirməyib. Və bu gün də o, Həmzə müəlliminyaxşılıqlarını heç vaxt yaddan çıxarmır və deyir ki, mənim təhsildə və elm sahəsində,eləcə də bədii yaradıcılıqda uğur qazanmağında bu kişinin çox böyük zəhməti və əziyyətiolub. Eyni zamanda, "Sovet kəndi” qəzetində şöbə müdiri işləmiş, onun əmisi, Əməkdarjurnalist Məmməd Məmmədovun da Səməndər müəllimin boynunda haqqı çoxdur. Və ənçox haqqı olanlardan biri də Azərbaycanınxalq şairi böyük Zəlimxan Yaqubdu. O Zəlimxan Yaqub ki, Səməndər Məmmədovuistedadı və yaddaşına görə, özünün gəzən kitabxanası adlandırıb. Və deyib ki,böyük ziyalı camisində Səməndər müəllim içi işıqla, nurla dolu bir insandı.Aydındır ki, böyük Zəlimxan Yaqub heç də hər ziyalıya, hər müəllimə belə dəyərverməyib. Ən azından ona görə ki, onun Səməndər Məmmədovla çox uzun illərdostluğu, yoldaşlığı və əlaqəsi olub. Bu münasibətlər onları bir-birinə qardaşqədər, övlad qədər yaxınlaşdırıb. Və bu gün də Səməndər müəllim böyük ZəlimxanYaqub barəsində danışanda gözləri dolur. Çünki o, Zəlimxan Yaqubun bütünyaradıcılığını əzbər bilir. Və o şeirləri yada salmaqla bir daha onun ruhu iləyenidən görüşür və sakitləşir. Səməndər müəllim həm də klassik və müasir Azərbaycanşairlərinin şeirlərini çox gözəl yadda saxlayır. Elə ki, bir balaca onunla söhbəteləyirsən, bax onda o xəzinədən sənə ərməğan eləyir.

Təbii ki, onun pedaqoji fəaliyyəti daha çox diqqət çəkəndir. Lerikdənsonra Səməndər Məmmədov AzərbaycanDİN-in tərbiyə müəssisəsindəki orta məktəbdə pedaqoji fəliyyətini davametdirib. Onun yüksək peşəkarlığı və təşkilatçılığı nəzərə alınaraq bu məktəbdədirektor vəzifəsinə təyin edilir və 15 il bu təhsil ocağında çalışır. Çalışdığımüddətdə bir sıra mükafatlara, o cümlədən Ədliyyə Nazirliyinin Fəxri Fərmanınalayiq görülüb.

... İllər keçdikcə onun təcrübəsi və peşəkarlığı daha da özünüqabarıq göstərir. Və 2002-ci ildə Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbədirektor təyin edilir. Qısa zaman kəsiyində geridə qalmış və təhsildə zəif göstəricilərnümayiş etdirən bu məktəbdə pedaqoji kollektivin köməyi ilə böyük uğurlara imza atır. Zarafat deyil,təkcə bir ildə o məktəbin 3 şagirdi Respublika fənn Olimpiadasında yüksək göstəriciyənail olur. Tədirisin və təhsilin səviyyəsi daha da yüksəlir. Ali məktəbəimtahan verib qəbul olan məzunların sayı 2-3 dəfə artır. Aydındır ki, bu cüruğurları əldə etmək və geridə qalan bir məktəbi Bakı təhsil sistemində önə çıxarmaqelə də asan deyildi. Səməndər müəllimin bu məktəbdəki yenilikləri və böyükuğurları yüksək səviyyədə dəyərləndirilir. Yəni məktəbin böyük uğurlarla irəligetməsi həm rayon təhsil şöbəsini, həm də Təhsil Nazirliyini razı salır.

Əlbəttə, hər bir yenilik, hər bir uğur gərgin zəhmətin bəhrəsidi. O,nə az, nə çox düz 32 il məktəb direktoru vəzifəsində çalışıb. Bunun 19 iliniSabunçi rayonundakı 271 nömrəli tam orta məktəbdə direktor işləyib. İşlədiyi bumüddət ərzində bir dəfə də olsun nöqsana yol verməyib. Əksinə, dəfələrlə Təhsilşöbəsi və rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilib. Məktəbinbir yükü onun çiyninə düşübsə, digər yükü də direktor müavinlərinin, o cümlədənRüxsarə Əlizadənin çiyninə düşüb. Və onlar bir yerdə bu ağır yükü daşıyıblar,şagirdlərə elm, təlim-tərbiyə verərək onları işıqlı yola doğru yönəldiblər.

Səməndər Məmmədov Azərbaycan Respublikası Prezidenti cənab İlhamƏliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, cənabprezidentin ikinci bir Sərəncamı ilə o, "Azərbaycan Cümhuriyyətinin 100 illiyi”medalı ilə təltif edilib. Bütün bunlara görəhəmişə ölkə prezidentinə öz minnətdarlığıvə razılığını bildirib və deyib ki, cənab prezidentin bu qayğısı Azərbaycan təhsilinə,Azərbaycan ziyalısına olan böyük diqqətin nəticəsidir, bu diqqəti və qayğınıheç vaxt unudan, yaddan çıxaran deyiləm.

Onun həyatında xeyirxah, yaxşı insanların çox köməkliyi olub.Onlardan biri də böyük ziyalılar Məhəbbət Qarabağlı və Süleyman Qasımovdur. Əlbəttə,xeyirxah insanlar olmasa, cəmiyyətimizdə işıq da, nur da azalar. Və bu xeyirxahinsanlar nə yaxşı ki, var və nə yaxşı ki, onların işığı millətin, xalqın üstünədüşür...

Bu günlərdə yaş həddi ilə əlaqədar olaraq Səməndər Məmmədov artıq təqaüdəçıxıb. Və özü də söhbət zamanı deyir ki, mən ömrümün 40 ilə yaxın müddətini Azərbaycantəhsilinə sərf etdiyimə görə, xüsusi qürur duyuram ki, mən yaşadığım ömrü şərəflə,namusla yaşamışam. Və məni də tanıyanlarda hansı ürək və əməl sahibi olduğumu yaxşı bilirlər. Evdə oturmuşdum, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının köməkçisizəng edib dedi ki, cənab başçı Adil Vəliyev sizinlə telefonla danışmaq istəyir.Hörmətli başçı Adil müəllim uzun illər təhsil sahəsində çalışdığımdan vərayonun ictimai həyatında fəal iştirak etdityimə görə, öz təşəkkürünü bildirdi.Sözün düzü, Adil müəllim kimi böyük bir ziyalının mənə telefon açması və zəhmətimiyüksək qiymətləndirməsi həm məni kövrəltdi, həm də sevindirdi. Əlbəttə, icrabaşçımız hörmətli Adil Vəliyevlə mənim çox isti və səmimi münasibətlərim olub.O, dəfələrlə məktəbimizə baş çəkib, bizim tədbirlərimizdə iştirak edib və özköməkliyini göstərib. Onun qayğı və diqqəti nə pedaqoji kollektivin, nə də mənimyadımdan çıxar. Çünki yaxşılıq heç vaxt itməz.

İnsan ömrü tək vəzifədən ibarət deyil. O insanlar ki, öz peşələrini vəsənətlərini ürəkdən sevirlər, onlar vəzifə olmayanda da elə əvvəlki kimi hörmətli,nüfuzlu olurlar. Çünki onların əməlləri, yaxşılıqları və əziyyətləri yenidənözlərinə qayıdır. Və Səməndər müəllim də 32 illik direktor fəaliyyətində və 40illik pedaqoji işində çox böyük izlər, yaxşılıqlar qoyub. Və o, geriyə dönübbaxanda boz səhra yox, güllü-çiçəkli, işıqlı, nurlu və günəşli bir ömür görəcək.O ömrün istisi həm onun, həm də övladlarının və nəvələrinin üstünə düşəcək...


TƏQVİM / ARXİV