adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

YALANIN HƏQİQƏTİ, YOXSA HƏQİQƏTİN YALANI?! - Emin PİRİ yazır

Emin Piri
83712 | 2020-08-22 15:10

Həqiqətin nə olması önəmli deyil, kim tərəfindən dilə gətirilməsidaha önəmlidir. Müasir dövr, texnoloji vasitələr və.s insanlar həqiqətin nəolmasını əvvəlki dövrlərlə nisbətdə daha yaxşı bilir və ya o qədər də bundanuzaq deyil. Hətta bu axtarışların dozası o qədər qaçdı ki, yalanlar da həqiqətəçevrilə bilir...

Adi çayxana söhbətlərində bir çox hallarda kütlənin əsl gerçəkliyibildiyini sezə bilərik...

Həqiqətin nə olması əsas deyil, necə dilə gətirilməsi də önəmlidir.Padşahın yuxu yozanlara yuxusunu yozdurması kimi. Padşaha qohumlarınız sizdən əvvəlöləcək yozumuyla edama məhkum edilən və siz qohumlarınızdan daha uzun ömürlüolacaqsınız yozumuyla mükafata qərq olunan yuxu yozanlar kimi. Beləliklə, eynisözü və ya yuxunun həqiqətinin necə deyilməsi əsas məsələdir. Burdan gördüyünüzkimi insanlara həqiqət yox, onun kim tərəfindən deyilməsi və necə deyilməsi önəmlidir.

Həqiqət çox çirkindir. İnsanlığı həqiqət yox, yalanlar xoşbəxt edir.

Bir çin pritçası var. Həqiqət axtarışına çıxan bir zahid illərlə çölləri,səhraları gəzir. O, yaşadığı eldə insanlara həqiqəti tapacağını söz verib evdənayrılmışdı. Uzun illərdən sonra uçuq-sökük bir komayla rastlaşır. Komanın içindənçox çirkin, üz-gözündən çirk axan qoca bir kişi çıxır. Bu zahid ondan kimolduğunu soruşur. O isə həqiqət olduğunu deyir. Təəccüb və təəssüf içində qalanzahid deyir ki, mən xalqıma həqiqəti tapacağım sözüylə evdən çıxmışdım. Illərdir,ac-susuz çöllərdəyəm. Axı, insanlara necə deyim ki, Həqiqət belə çirkindir? Onlarelə bilir ki, sən dünyanın ən gözəl bir nəsnəsisən. Həqiqətsə ona deyir ki, getinsanlara yalan de. De ki, həqiqət gözəldir.

Həqiqət gözəl deyil...Bizi tapmadığımız, haqqında gözəl yalanlaruydurduğumuz Həqiqət xoşbəxt edir.

Kəndlərimizin birində Həqiqət adlı gözəl bir qadın vardı. Əri tezölmüşdü. Kəndin kişiləri bu qadını ələ keçirməkçün min cür hoqqaya girdi. Bugözəl Həqiqətsə heç birinin üzünə baxmırdı. Kişilərin ona marağı, qadınlarınkişilərini bölüşmək qorxusu, təbii ki, öz gözəlliyi də qadınları rahatburaxmırdı. Hə almayan kişilərinsə ayrıca qisas hissi vardı.

Axırda yolu bu qadına şər atmaqda gördülər.Evinin qabağına yığışıb Həqiqəti pozğun adlandırdılar.Həqiqət nə and aman etdisə inanmadılar. Axırda benzin götürüb inanmırsınızsa,özümü yandıracam-dedi. Camaatın da istədiyi də bu idi. Yandırdı. Alovdan bir qədərsonra söndürdülər. Geriyə sifəti yanmış çirkin Həqiqət qalmışdı. Gözəlliyinəgörə arxasınca sürünən kişilər daha görünməz oldu. Həqiqətsə adına düşəndamğadan sonra heç bir arvadın görüşmədiyi ən çirkin kişilərlə görüşməyəbaşladı...

Beləliklə, gözəl Həqiqət çirkin fahişəyə çevrildi.

Həqiqəti hamının axtarması,həqiqətin həmişə diqqətdəolması onu mütləq kəndlərimizdə yaşanan olay kimi çirkinə çevirəcək. Və eləçirkinliyə ki, istər görünüşü, istər xarakteri ilə müqayisədə yalan onunyanında daha gözəl və sevilən olacaq.

P.S Mən bir həqiqət bilirəm, əziz oxucu, sizə deməkistərdim. Nəyi deyim? Yalanın həqiqətini, yoxsa həqiqətin yalanını?!

TƏQVİM / ARXİV