adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DOYMAYAN GÖZLƏR...

FAİQ QİSMƏTOĞLU
50285 | 2020-08-22 11:00

...Adam var ki,nə qədər var-dövlət, nə qədər sərvət, nə qədər qızıl-gümüş toplasa da, gözüdoymur ki, doymur. Gözü doymayan insan ömrünün sonuna qədər də heç dəyişmir; yəniəvvəlki kimi tamahkar və var-dövlət hərisi olur. Bilmirəm, siz baxmısınız, yabaxmamısınız, bir rus cizgi filmi var (mamam oğlu Tehran ona "ne kriçila, nefriçila” deyirdi). O cizgi filminin məzmunu belədir ki, bir oğlan sehrlimaralın həyatını xilas edir. Və maral da oğlan çətin anları yaşayanda ona köməkeləyir. Maralın sirrini öyrənmək üçün o uşağı şahın adamları tutub aparırsaraya. Və deyirlər ki, sirri de!? Deməsən, səni öldürəcəyik. Uşaq da görür ki,onu öldürürlər, əl çəkmirlər, tütəyini çıxarıb maralı səsləyir. Maral da birgöz qırpımında özünü saraya çatdırır...

... Maral sarayadaxil olan kimi şah sevinir. Maral soruşur ki, bu uşaqdan nə istəyirsən? Şah dadeyir ki, istədiyimi bilir, səndə çoxlu qızıl var. Dırnaqlarınla pilləkənləriqaşıyan kimi ordan qızıllar tökülür, bax, o qızılları mənə ver! Maral xəfif səslədeyir:

- Nə qədər istəsənqızıl verəcəm, amma uşağı burax! İndi düş dalıma. Mən dırnağımı pilləkənlərə vəyerə vuran kimi qızıllar töküləcək və onu yığışdırarsan...

Maral pilləkənlərləsarayın içində o yana qaçır, bu yana qaçır! Qızıllarsa yerə tökülür, o qədərqızıl yerə səpələnir ki, hətta gözətçilər də onu yığmağa başlayır. Şah hamıdantez özünü maralın ayaqları altına çatdırır. Və maral pilləkəndə durubdırnaqlarını yerə sürtdükcə qızıl əvvəl şahın qurşağına qədər, sonra boğazına qədəryığılır. Və şah da hər dəfə gözü doymur, "yenə... yenə...!” – deyir. Axırdaqızılın içində itib-batır və qızıl da dönüb palçıq olur. Və beləcə, şahtamahının qurbanına çevrilir...

... Bax, indikibəzi icra başçılarının da gözü var-dövlətdən doymayan bu şaha bənzəyir. Ayzalım uşağı, 15-20 ildir və daha da çox illərdir icra başçısı işləyirdiniz.Yığdığınız bəs deyil? Eviniz-eşiyiniz, villalarınız, biznes şəbəkəniz, malınız,dövlətiniz, keçi, eşşək, dəvə fermanız, üstəlik də, övladlarınıza və hətta nəvələrinizəhər cür şərait yaratmısınız! Yüz minlərlə dəyəri olan bahalı maşınlarınız var.Heç olmasa, bir az sakitləşin də! Yığdıqlarınızı hara aparacaqsınız? Nə təhərharam yolla yığmısınızsa, əvvəl-axır elə də dağılacaq, necə ki, dağılır!..

Adətən bir hadisəbaş verəndə digəri bundan nəticə çıxarır. Kürdəmir rayon icra hakimiyyətibaşçısından əvvəl 5 rayonun icra hakimiyyəti başçıları və onun müavinləri rüşvətxorluq və korrupsiyayagörə, cinayət məsuliyyətinə cəlb edilərək həbs ediliblər. Məgər bu sizi silkələmirdi?Təhlükənin buynuzu olmur ha?! Bir bəla gəlməmişdən öncə o, sənin sağına,soluna, arxana, qarşına gəlib çıxır. Heç olmasa, gözü çıxan qardaşınızdan nəticəçıxarın da! Yox, bunların əlləri elə öyrəşib ki, hər gün almasalar, pulyığmasalar, var-dövlət toplamasalar, dincəlməzlər! Gərək hər gün onların evinəon minlərlə, yüz minlərlə pul axmalıdır. Bəlkə də eləsi var tamahının qarşısınıala bilir. Və rüşvətə "yox” deyir. Amma görünən odur ki, bizim bir çox icrabaşçıları rüşvəti daha çox sevirlər. Çünki onların rüşvətsiz bir günü ola bilməz.

Kürdəmir rayonicra hakimiyyətinin başçısı da öz tamahının qurbanı oldu. Bu adamların tamahıMutruzəli qılıncından itidir. Ancaq məni düşündürən odur ki, onlar həm də yüksəkvəzifə tutmaqlarına baxmayaraq, çox savadsız adamlardılar. Ən azından ona görəki, kimdən rüşvət alıblar, hətta əlyazısıyla deyil, kömpüterdə yazdırıb vərəqəçıxarıblar. Bax, bunu başa düşmək olmur ki, icra başçısı onu vərəqə çıxarmaqlanə düşünürmüş?

Ölkəmiz müharibəşəraitində yaşayır. Bir tərəfdən də bəşəriyyətin böyük bəlası olan koronavirusaqarşı prezident və dövlət səviyyəsində mücadilə gedir. Belə bir durumda Kürdəmirrayon icra hakimiyyətinin başçısı yenə öz əməlindən əl çəkməyib köhnə işlərinidavam etdirir. Hətta cənab prezident 5-ci icra başçısı həbs olununda bildirdiki, bu proses kampaniya xarakteri daşımır və davam edəcək. Cənab prezidentin bumesajı görünür, hələ də bəzi icra başçılarının tükünü tərpətmir. Yəni onlarbildiyini eləyir və "öz işlərinə” ara vermirlər.

İndi əksər icrabaşçıları heç köhnə əməllərindən geri qalmırlar. Vəzifəyə bir adam olsun belə pulsuz təyin eləmirlər. Çünki o icra başçısıhəmişə bu metodla, bu düşüncəylə, bu təfəkkürlə işləyib. Bir soruşan lazımdıki, ay icra başçısı, aylıq maaşın 1000 manatdan çox deyil. Bu qədər var-dövləti,ev-eşiyi, biznes şəbəkəsini, sayı-hesabı bilinməyən iri və xırdaburnuzluheyvanları hansı pulla əldə eləmisən?! Min hektarla torpaq sahəsini başqasınınadına yazıb onun xeyrini necə görmüsən? Artıqsoruşurlar. Ona görə də əksər icra başçılarının kürkünə birə düşüb. Onlarbəlkə də çox asanlıqla bu vəzifəni təhvil verib getmək də istəyərlər. Amma yox,qoy zəhmət çəkib elədikləri cinayət əməlinə görə cavab versinlər!

Cənab prezidentİlham Əliyev dəfələrlə xalqla görüşündə və çıxışlarında bildirib ki, mən buxalqın bir nömrəli xidmətçisiyəm. Əgər cənab prezident xalqı bu qədər sevirsə,onun xidmətçisi olmaqla şərəf duyursa, bəs onda nəyə görə bəzi icra başçıları(artıq onların sayı altıya çatıb – F.Q.) xalqa xidmət etmək əvəzinə onunvarını, dövlətini əlindən alıb, sahibkarlara zülm eləyib, şikayətə gələn vətəndaşlarıgünlərlə, həftələrlə kabinetin ağzında saxlayır və onların əsəbləri iləoynayır. Hətta bir qədər zülmkar və Allahı tanımayan başçılar xalqın dərisinisoyub onun içinə saman təpirlər. Belə icra başçıları yüngül cəza almamalıdır. Vəonlar müharibə şəraitinə uyğun olan qanunlarla cəzalandırılmalıdır. Bu, təkcərüşvət almaq deyil. Bu, həm də dövlətin və vətənin ağır vəziyyətində ona xəyanət etməkdir.

Ümumiyyətlə, həbsolunan icra başçılarının taleyi digərləri üçün bir ibrət olmalıdır. Təəssüf ki,hələ bir çoxları bundan ibrət götürməyiblər və öz bəd əməllərindən geri çəkilməkistəmirlər. Adətən həbs olunan bütün icra başçıları kənd rayonlarının icrabaşçılarıdır. Amma gəlin onunla razılaşaq ki, Bakı şəhərində elə icra başçısıvar ki, onların da əlindən əhali və vətəndaşlar zinhara gəliblər. Harda boştorpaq sahəsi gördü, oranı bir göz qırpımında satdırırlar. Hətta ağaclar vəyaşıllıqlar olan yeri bir göz qırpımında qırdıraraq həmin yerə sərəncam verənlərdə var...

... Bir adampeşman olub aldığı torpaq sahəsində mənzil tiksə, o dəqiqə icra hakimiyyətinin əməkdaşlarıonun boğazından yapışır, pul almamış əl çəkmirlər. Birmərtəbəli evin öz qiymətivar. İkimərtəbəli evin öz qiyməti, üçmərtəbəli evin də öz qiyməti. Hünərin var,deyilən məbləği icra hakimiyyətinin əməkdaşlarına verməyəsən. Yediyini-içdiyiniburnundan tökəcəklər, sənə o torpaq sahəsindədaşı-daş üstündə qoymağa imkan verməyəcəklər. Hansı ki, qanunla birmərtəbəli,ikimərtəbəli ev inşa edəndə icra hakimiyyətindən heç bir icazə almalı deyilsən.Sadəcə olaraq, evin layihəsini icra hakimiyyətinə göndərməlisən, onlar da sənəbir ay müddətində cavab verməlidilər. Yalnız 3 mərtəbəli ev tikəndə bununlabağlı icra orqanlarından razılıq və icazəalınmalıdır. Yazıq kasıb insanlarsa, üçmərtəbəli yox ey, Bakıda birmərtəbəli 3otaqlı ev tikir, onların başına icra hakimiyyəti işçiləri oyun gətirirlər. Ta ovaxta qədər ki, "şirinlik” verəsən!

Cənabprezidentin kadr islahatları xalq tərəfindən ilk gündən dəstəklənir və müdafiəolunur. Hansı kadr dövlətə, vətənə yox, özünə və qohum-əqrəbasına xidmət eləyir,korrupsiya və rüşvətə qurşanıb, bax, onların da axırı həbs olunmuş icrabaşçıları kimi olacaq! Ona görə də istər rayonlarda, istərsə də şəhərlərdə icrabaşçıları öz iş metodlarını dəyişməli, xalqa xidmət etməli, qəbula gələrkən,insanları dinləməli və zəhmət çəkib onların problemlərini həll etməlidir...

... Yoxsa, icrabaşçısı var ki, hər hansı xırda problem üçün qəbulunə gələn vətəndaşın şikayətinihəll etmir, onu get-gələ salır, süründürür və axırda da həmin vətəndaş bir dəicra hakimiyyətinə üz tutmur, dövlətdən və hökumətdən narazı qalır. Bax, xalqıda narazı salan, incidən bu şəxsləri camaat yaxşı tanıyır və onlardan canlarınıqurtarmaq üçün müəyyən zaman gözləyirlər. Artıq o zaman gəlib və hər bir icrabaşçısı zəhmət çəkib özünə yox, cənab prezidentin dediyi kimi, dövlətə, xalqa,millətə xidmət etməlidir. Dövlətə, xalqa, millətə xidmət etməyənlərə bu ölkədə,bu məmləkətdə yer yoxdur!!!

TƏQVİM / ARXİV