adalet.az header logo
  • Bakı 11°C

Aqil ABBAS: HANDE XANIM, NƏ OLAR, DANIŞMAYIN DANA!

AQİL ABBAS
408778 | 2020-08-22 10:45

Hande xanım, əti ətimizdən,dili dilimizdən, qanı qanımızdan olan bir qızkardeşimizsən. Sizi çox sevirik, əzizqonağımızsan, daha doğrusu, sizlərin vəbizlərin işlətdiyi bir laf var, öz evinizdəsiniz və gözümüz üstəyeriniz var.

Və sevinirik ki, bizlərdən biri dünyanı barmağına dolayan o boyda Ümumdünya Səhiyyə Təşkilatında çalışır. Və ona da sevinirik ki, həmintəşkilat bura qurbağa yeyənfransız, iki dünya müharibəsinin banisinemes, Hindistanı 300 il əsarətdəsaxlayan ingilis yox, bizlərdənbiri olan sizigöndərib.

Amma nə olar,siz Allah, danışmayın. Siz danışmayanda daha gözəl, daha cazibədargörünürsünüz. Nə olar, danışmayın də!Ayağınızın altında ölüm, atam-anam sizə qurban, yeyin-için, ara günlər istəyirsizQəçreşə gedin, istəyirsiz Qəbələyə gedin, haraistəyirsiz, amma danışmayın!


Dövlətin bu namərd xəstəliklə apardığıgərgin mübarizə nəticəsində artıq yoluxanlar azalır, sağalanlar çoxalır. İnsanlarda bir ümid yaranıb ki,tezliklə bu xəstəlikdən canımız qurtulacaq. Həyat yavaş-yavaş bərpa olunur, adamlar yenidən işinə-gücünəçıxır və sair və ilaxır.

Baxıram, televizyonda deyirlərki, Hande xanım virusla bağlıaçıqlama verib və şəkliniziqoyublar ekrana və sizin açıqlamanızı oxuyurlar. Sevindim ki, yəqin təzə nəsə bir xəbər var. Nəvələr də səs-küy edirdi, tez başqa otağa keçdim ki, yaxşıdinləyim.

«Xoş» və şok açıqlamanızıdinlədim. Dediniz ki, bu virus hələ bir il də, hətta iki il də davam edəcək. İnsanların ürəyində təzə-təzə yaranan, hələ gözlərinə çıxmamış ümidi eləürəklərində də öldürdünüz.

Lap ATƏT-in həmsədrlərikimi apardınız özünüzü.

Nə olar, danışmayın. Ayağınızınaltında ölüm, dədəm-nənəm sənə qurban, danışmayın. Azərbaycanın o qədərgəzməli, görməli yerləri var ki.Gedin ürəyiniz istədiyi qədər istirahət edin, amma danışmayın.


TƏQVİM / ARXİV