adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: YADDAN ÇIXMAZ İLK MƏHƏBBƏT

FAİQ QİSMƏTOĞLU
58930 | 2020-08-24 12:24

Hər birşairin sevdiyi və seçdiyi mövzular olur. Daha doğrusu, ürəyinə nə yatırsa, qəlbininsəsi nəyi deyirsə, elə onu da şeirə, poeziyaya çevirir. Zeynəb Bəhmənli də beləşairə xanımlardandı. Onun bu yaxınlarda yeni bir şeirlər kitabı – "Həsrətinigözlərimə yığmışam” işıq üzü görüb. Təbii ki, Zeynəb Bəhmənli hər hansı şeiri qələməalmamışdan öncə onu qəlbində, ürəyində əzizləyir, seçir, seçmələyir və bundansonra şeirə çevirir. Şeirin nə dili var, nə ağzı, nə də qulağı. Amma yaxşı şeirsənə hər şey deyir. Məhz bu kitabda da onun müxtəlif mövzularda qələmə aldığışeirlər yer tutur.

Zeynəb BəhmənliVətənin hər qarış torpağını, yurdunu, elini, obasını sevir və onu vəsf eləyir.O, bəlkə də döyüş bölgələrində olduğuna görə, əsgərlərimizlə görüşdüyü üçün buşeirlərdən vətən ətri, əsgər qoxusu gəlir. "Azərbaycan əsgəri” şeirinin iki bəndinədiqqət yetirək:

Vətən sənəgüvənir, sən vətənin dayağı,

Qalx, kəsilsinvətəndən qanlı yağı ayağı,

Al əlinəyenilməz o üç rəngli bayrağı,

DüzŞuşaya yürüş et, Azərbaycan əsgəri!

Kəlbəcər,Laçın, Şuşa hər gün yolunu gözlər,

Qubadlı,Zəngilan illərdi səni səslər,

Cəbrayıl,Füzuli səni nə vaxt özlər,

Qalx, eyxalqın dayağı, Azərbaycan əsgəri!

Qoy bumisralara hörmətli oxucular dəyər versinlər. Çünki şairin şeirinə, poeziyasına ənobyektiv və düzgün qiyməti verən də elə onun sadiq oxucusudur. Yəqin Zeynəb Bəhmənlinində belə sadiq oxucuları az deyil.

Onun Vətənəbağlılığı tək bu şeirlə, bu bəndlə tamamlanmır. Kitabı vərəqlədikcə bu qəbildənolan şeirlərə tez-tez rast gəlirsən. "Xocalı”, "Bəhmənli”, "Füzulim” şeirlərimbu ruha çox yaxındır:

Kədərşikəstəli, dərd avazlıyam,

Sinəm qəmdəftəri, sözlü-sazlıyam.

DahiFüzulinin Zeynəb qızıyam,

Dərdinəqurbanam, özüm Füzuli!

Əlbəttə,Vətən dərdi çox ağır bir nisgildir. Və bu dərdə qurban olmaqla heç vətənin dərdidə, qəmi də yüngülləşmir. Vətən üçün qurban olmaqdan çox onun uğrunda mücadiləeləmək, döyüşmək, vuruşmaq lazımdır. Lap elə bizim qeyrətli, namuslu əsgərlərimizkimi. Çünki onlar ancaq döyüşüb, vuruşubyağı düşməni məhv edib torpaqlarımızı geri qaytarırlar. Yəni vətəni sevməkləyanaşı, onun uğrunda ölmək yox, döyüşmək lazımdır. Təbii ki, şairənin şeirlərindəbu elementlər və cizgilər də özünü göstərir.

Zamanıngərdişi, amansızlığı və bir az da sərt desək, rəhmsizliyi Zeynəb Bəhmənlinindiqqətindən yayınmır. O, zamanın necə amansız olduğunu və insana rəhm etmədiyinibir daha poetik bir formada oxucuya çatdırır:

Zamandaçox sınağa çəkildim,

Arzularımzəmi kimi biçildi,

Ələndim,taleyi kəm mən seçildim,

İlmələndi,ömür xalım söküldü.

Hərinsan təbii ki, öz taleyini yaşayır. Və o taleyi də yazan Ulu Yaradandı.Allahın yazdığı taledən isə heç şikayət eləməyə dəyməz! Çünki Allah-Təalaalnına bunu yazıbsa, bunu da qəbul eləməlisən. İstəyirsən yerə gir, istəyirsəngöyə çıx, istəyirsən də dünyanı bir-birinə qarışdır, Allahın yazısına pozuyoxdu. Və bəzən biz bu İlahi yazıya etiraz eləyirik və Yaradandan küsürük. Biz dərdi də, kədəri dəsevə-sevə daşımalıyıq. Ramiz Rövşən yazır ki, "kədərsiz ürək susuz dəyirman” kimi bir şeydi.

Zeynəb Bəhmənlihəm də öz el-obasına – Füzuliyə, Bəhmənliyə bağlı bir şairədir. O, elin,obanın, kəndin-kəsəyin xeyrində, şərində iştirak eləyir. Təbii ki, insan yurdabağlı olmasa və doğulub boya-başa çatdığı torpaq onu özünə çəkməsə, o, vətənəcan atmaz. Elə Zeynəb xanımın da ən gözəl xüsusiyyətlərindən biri doğulubboya-başa çatdığı el-obanı yaddan çıxarmamağıdır. Çünki adam var yüksək vəzifə pilləsinəqalxır – nazir olur, akademik adına layiq görülür, xalq şairi adını qazanır, ancaq doğulub boya-başa çatdığı torpağa bir dəfəyolu düşmür. Nə xeyirdə görünür, nə də şərdə. Amma Zeynəb Bəhmənlinielin-obanın xeyrində də görmək olur, şərində də.

O, hərşeyi çox sevir; Vətəni çox sevir, onun ormanlarını, dağlarını, meşələrini,çaylarını, güllərini, çiçəklərini çox sevir, çox istəyir. Ona görə də şeirlərindəbu motivləri və detalları canlandırmağa çalışır. Daha doğrusu, ürəyindən nəkeçirsə, o duyğuları və istəkləri oxucu ilə bölüşür.

Zeynəb Bəhmənlininçox böyük ürəyi var. Onun üçün ilk məhəbbət nədir və necədir o daha yaxşıbilir. Bu Allahdırmı? Bu Vətəndirmi? Bu bir eşqdirmi? Bax, bunu deyə bilmərik.Bunu şairə "İlk məhəbbətim” şeirində belə ifadə eləyib. (Onu da deyək ki, buşeirə məşhur bəstəkar Məmməd Cavadov musiqi də bəstələyib):

İllərləkönlümdən nə silə bildim,

Mən sənsizyaşaya, nə ölə bildim,

Vallah,nə ağlaya, nə gülə bildim,

Əbədi cəfalıilk məhəbbətim.

Birquşam qanadı, qolu qırılmış,

Bir dostgülləsiylə göydə vurulmuş,

Zeynəbinqəlbində qəmdən qurulmuş,

Uçulmazqalalı ilk məhəbbətim!

Hərhalda, şairə xanımın ürəyi də, qəlbi də sevdiyinə çox sədaqətlidi. Eləoxucuları da ona sədaqətli olub "Həsrətini gözlərimə yığmışam” kitabını vərəqləsələr,Zeynəb Bəhmənlini yenidən tanıyacaq, sevəcək və onu yadda saxlayacaqdı. Çünki hərhansı bir yazara, şairə ən düzgün və obyektiv qiymət verən oxucudur.

TƏQVİM / ARXİV