adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: HƏKİMLƏR, POLİSLƏR, JURNALİSTLƏR...

FAİQ QİSMƏTOĞLU
58958 | 2020-08-27 08:40

Dünyanı cənginəalan koronavirus bu gün bizim ölkəmizi də sözün həqiqi mənasında sınağa çəkir.Daha doğrusu, COVİD-19 özünün fəlakəti və tüğyanı ilə göstərmək istəyir ki, məndə varam! Və mənim öhdəmdən hələ ki, gəlməyi bacaran elə bir ölkə yoxdur. Bizbilmirik bu pandemiya Allahın göndərdiyi bəladı, yoxsa insanlarınlaboratoriyalarda düzəltdiyi virusdu?! Bunu bir Allah bilir, bir də o virusulaboratoriyada hazırlayıb dünyaya yayan qüvvələr. Hər halda, Allahın bəlası daolsa, insanın icad elədiyi virus çıxsa da, çox təhlükəli və qorxulu bir əlamətdir.Bundan xilas olmağın yeganə yolu isə aidiyyəti qurumların tövsiyə və məsləhətlərinəəməl etməkdir.

Bizim məmləkətimizdədə 5 aydan çoxdur ki, bəşəriyyətin böyük bəlası olan koronavirusa qarşı mübarizə,mücadilə aparılır. Hələ nə yaxşı ki, bizdə bu böyük təhlükəyə qarşı mübarizəöncədən aparıldı və xəstəliyin yayılmasını dayandırmaq üçün qabaqlayıcı tədbirlərgerçəkləşdirildi. Əgər Avropa ölkələri kimi ləng tərpənsəydik, bizdə də virusayoluxanların sayı yüz minləri keçər və ölənlər on minlərlə ölçülərdi.

Əlbəttə, dövlətinvə hökumətin həyata keçirdiyi qabaqlayıcı, profilaktik və maarifləndirici tədbirlərbu xəstəliyin yayılmasının qarşısını əngəllədi, onun geniş vüsət almasına imkanvermədi. Onu da qeyd etməliyik ki, bir çox ölkələrin bu xəstəliyə qarşı təcrübəsivə yenilikləri bizim həkimlər tərəfindən qısa zaman kəsiyində öyrənildi, müalicəüsulları tətbiq edildi və nəticədə koronavirusa yoluxanların sayı Avropa ölkələrindəkikimi yüksələn xətlə inkişaf eləmədi.

Bir məsələni dəxüsusilə vurğulamaq istəyirik ki, ölkə prezidenti cənab İlham Əliyevin qətiyyətliaddımları və dünya səhiyyəsinin qabaqcıl təcrübəsinin ölkəmizdə yayılması, eləcədə ən müasir texnika və texnologiyanın məmləkətimizə gətirilməsi, bahalı dərmanpreparatlarının xəstəxanalara paylanması onu deməyə əsas verir ki, səhiyyə işçiləri bu mücadilədə"silahsız” qalmadılar və xəstəliyə qarşı qətiyyətlə mübarizəyə qalxdılar.

Ölkəmizdəixtisaslaşdırılmış və xüsusi təyinatlı xəstəxanaların ayrılması koronaviruslamübarizədə önəmli əhəmiyyət kəsb elədi. Üstəlik də, ona yaxın modul tipli xəstəxanalarınistifadəyə verilməsi istər-istəməz bu xəstəliklə mücadilədə önəmli əhəmiyyətdaşıdı.

Sözümüzün canıondan ibarətdir ki, bəşəriyyətin böyük bəlası olan və hələ də müalicəsitapılmayan, vaksini aşkar edilməyən xəstəliyə qarşı mübarizə aparmaq balaca birölkədə elə də asan deyil. Yəni dünyanın inkişaf etmiş və nəhəng ölkələri bu xəstəliyinqarşısında diz çökürsə, onda görün bizim kimi kiçik ölkələrin vəziyyəti nə qədərçətin və ağırdı. Amma çətin və ağır olmasına baxmayaraq, sözün həqiqi mənasındaAzərbaycanda bu xəstəliyin at oynatmasının qarşısı əsaslı surətdə ləngidilib.

Digər ölkələrləmüqayisə ediləndə bizim məmləkətdə virusa yoluxanların və dünyasını dəyişənlərinsayı dəfələrlə azdır. Təbii ki, bunun da bir çox səbəbləri var: bu səbəblərdən ənbaşlıcası sərt karantin rejiminin tətbiq olunması, səhiyyə işçilərinin, polislərinvə jurnalistlərin bu bəlaya qarşı mübarizədə öz vəzifə borclarını vicdanlayerinə yetirmələridi.

Bu gün deməkolar ki, xəstəxanalarda koronavirusla mübarizədə 15 minə yaxın həkim çalışır.Onlar həyatlarını risqə qoyaraq ən ağırxəstələri belə xilas edir. Bu həkimlər ən ağır xəstələri xilas edərkən özləribu virusa yoluxurlar. Aldığımız məlumata görə, koronavirusla mübarizədə onlarlahəkim və tibb bacısı dünyasını dəyişib və çoxlu sayda səhiyyə işçisi bu virusayoluxub. Həkim var ki, düz 5 aydır ailəsinin, balalarının üzünə həsrətdir. Vəonlar düz 24 saat qoruyucu vasitələrdən və kombinzonlardan istifadə edərəkreanimasiya şöbələrində ölüm ayağında olan xəstələri xilas edilər. Və xəstələrçox vaxt heç onların üzünü görmürlər. Kombinzonda ancaq gözləri görünür.Əlbəttə,bu cür şəraitdə, ağır bir durumda həyatlarını risqə qoyaraq mürəkkəb bir vəziyyətdəolan xəstələri xilas etmək üçün insanda böyük ürək lazımdır.

Mən həmişə həkimləriAllah-Təalanın Yer üzünə göndərdiyi mələyə bənzətmişəm. Və bu Yer üzünə göndərilənmələklər görün gündə neçə ağır xəstəni Əzrayılın əlindən xilas eləyir, onlarölümlə döyüşür, Əzrayılla vuruşur və xəstəni həyata qaytarırlar. Hər halda,bunu həyata qayıtmış xəstələr və onun qohumları daha yaxşı bilirlər. Əgər kimisəağır vəziyyətdən xilas etmək mümkün olmursa, tay bu həkimdən asılı deyil. Deməli,onun ipi Allah-Təaladan üzülüb.

Bu bəlaya qarşımübarizədə Azərbaycan polisinin də əməyi və zəhməti xüsusilə qeyd edilməlidir.Onlar da 24 saat sərt karantin rejimində postlarda, keçidlərdə xidmətlərinidavam etdirirlər. Neçə-neçə polis zabiti və sıravi əməkdaş öz vəzifə borcunuicra edərkən bu virusa yoluxub və dünyasını dəyişiblər. Əlbəttə, onlar həyatlarınırisqə atırlar, gecə-gündüz xidməti vəzifələrini icra edirlər, təbii ki, bu vaxtda virusa yoluxma ehtimalları daha çox olur.

Şübhəsiz ki,xidməti vəzifələrini yerinə yetirən hər bir əməkdaş həyatını risqə atır. Ammaelə iş də var ki, o sənin vəzifə borcundur və onu icra eləməlisən. Aydındır ki,vəzifə borcunu icra edərkən özünü nə qədər virusdan qorusan da, gigiyenik vəsanitar qayadalara əməl eləsən də, o virusa yoluxmaq ehtimalın da var.

Virusa qarşımübarizədə Azərbaycan mətbuatı və Azərbaycan jurnalistləri də sözün həqiqi mənasında5 aydan çoxdur ki, bu mücadilənin önündədir. Televiziyaların, saytların və qəzetlərinəməkdaşları əhalini maarifləndirmək üçün həyatlarını təhlükə qarşısına qoyaraqkütləvi yerlərdə olur, insanlarla görüşür və hətta reanimasiya şöbəsində olanağır xəstələrdən və onları müalicə edən xəstələrdən müsahibə də alıblar. Peşəborcunu namus və vicdanla yerinə yetirən jurnalistlər də bu virusa yoluxur, xəstələnirvə hətta dünyasını dəyişirlər. Artıq öz peşə borcunu yerinə yetirən neçə-neçəjurnalist Allahın dərgahına qovuşub.

Bu yazınıbilgisayara diqtə edərkən çox kədərli xəbər aldıq. Qəzetimizin sabiq şöbəmüdiri, şair-publisist, gözəl insan, sözün həqiqi mənasında demiş olsaq, çox əzablıyollar keçmiş və zəhmətkeş ziyalı Qələndər Xaçınçaylı uzun müddət bu xəstəlikdənmüalicə olunsa da, dünyasını dəyişib. Bu kədərli xəbər bizim hər birimizi, ocümlədən məni çox sarsıdıb. Xəstələnməmişdən öncə redaksiyamıza gəlmişdi vəbizim otağımıza girmişdi. Çox mehriban və şirin bir dildə deyirdi ki, "sizi verənəşükür!”, mən həmişə nə vaxt gəlmişəm Aqil Abbas, Əbülfət Mədətoğlu və bütünredaksiya mənə sevgiylə yanaşıb. Çox qəribədir ki, həmişə bizimlə əl görüşərdi,bu dəfə əl də görüşmədi və çıxıb getdi. Xəstə olanda bir dəfə özüylə telefonladanışdım. Səsi pis gəlmirdi, amma dedi ki, ciyərimin hər iki hissəsində problemyaranıb. Adamın Allahı var, onun müalicəsi üçün Aqil Abbas da çox kömək göstərdi.Hətta Rəşaq Mahmudovla və onun həkimiylə dəfələrlə telefon əlaqəsi saxladı. Vəqəzetimizdə tez-tez Qələndər Xaçınçaylının sağlıq durumu ilə bağlı oxuculara məlumatverilirdi. Neyləmək olar, onun da sağalması üçün həkimlər mücadilə elədi. Ammagörünür, istedadlı şair-yazıçı Qələndər Xaçınçaylının ömrü bura qədərmiş. Allaho dünyasını versin! Və bir də yaradıcı adamlar heç vaxt ölmürlər. Onlar özşeirlərində, hekayələrində və povestlərində yenidən yaşayırlar.

Dedim axı, buvirusla mücadilədə bu gün də həkimlər, polislər və jurnalistlər ön cəbhədədöyüşür. Çünki koronavirus adi bir xəstəlik deyil. O, 3-cü dünya müharibəsidi.Və 3-cü dünya müharibəsində bu virusla döyüşən və bundan sonra da döyüşəcək həkimlərin,polislərin və jurnalistləri Allah qorusun!

Biz də bu dəqiqələrdəbütün yaradıcı kollektiv iş başındayıq. Jurnalistlərdən tutmuş texniki işçilərəqədər "Ədalət” qəzeti də bu virusla mübarizə aparır, döyüşür və pandemiya şəraitindəöz vəzifəmizi icra edirik. Və Allah uzaq eləsin, bizim hər birimiz də bu vəzifəmiziicra edərkən xəstəliyə yoluxa bilərik .Ona görə də "Ədalət”in yaradıcı kollektivini də Allah bu bəladan xilas eləsin,qorusun!!!


TƏQVİM / ARXİV