adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN ƏZABKEŞ ADAMI

FAİQ QİSMƏTOĞLU
101116 | 2020-08-28 12:58

... Şairlər göyüzünün adamlarıdı. Və onlar sağ olanda da, dünyasını dəyişəndə də göy üzünəqalxırlar. Və göy üzünə qalxmaq Allaha bir az da yaxın olmaq, Allaha bir az dadoğma olmaq deməkdir. Əksər şairlər elə sağlığında Allaha qovuşurlar. Çünkionlar yarandığı gündən Allahın dərgahına döndüyü ana kimi Yaradanın göndərdiyio nuru, o enerjini, o poeziyanı insanlara ötürürlər...

...Və mənim uzunillər bir yerdə işlədiyimiz, çörək kəsdiyimiz, istedadına və əzabkeşliyinəböyük hörmətim olan şair-publisist Qələndər Xaçınçaylı da belə insanlardan idi.Və düşünürəm ki, Qələndər dünyasını dəyişsə də, o yenə bizim aramızda, yenəbizim içimizdə və yenə bizim qəlbimizdədi. Bu yazını bilgisayara diqtə eləyəndəelə bilirəm ki, qapı açılacaq və Qələndər içəri girib bizimlə görüşəcək və"sizi verənə şükür!” - deyib bir-birimizə sarmaşacağıq...

Onun çox gözəl,unikal və yaddaqalan misrası var:

... Sapandaqoyulmuş bir daş kimiyik,

Bizi hara gəldiatıblar, qardaş!

Sanki bu şeir Qələndərinöz taleyidi... sanki bu şeir Qələndərinkeçdiyi əzablı yolların bir görünüşüdü... sanki bu şeir öz elindən, özobasından, yurdundan, yuvasından, Qələndər kimi didərgin olmuş yüz minlərləinsanın acı ömrüdü...

...Və bu acıtale hardasa ötən əsrin 90-cı illərindən bu günə kimi məşəqqətlər içindəyaşayan, fırtınalardan, tufanlardan qurtarmağa çalışan, həm də Azərbaycanın səsidi.Qələndər təkcə öz ağrısını, acısını, göz yaşını, faciəsini qələmə almayıb: O,yurudu-yuvası dağılan bir milyondan çox insanın dərdini dünyaya çatdırır, onungöz yaşını silmək istəyir. O zəif, o çılğın, o yorğun həyatıyla bu dərdə, bu qəmə,bu kədərə sinə gərmək istədi. Və çox vaxt da gücü çatdığı addımı atdı. Özündənçox, başqasının dərdini, qəmini çəkdi. Bilənlər bilir, bilməyənlər də özləribilər...

... Bir adamınişi düşən kimi heç bir şey düşünmədən, fikirləşmədən ona kömək əlini uzadar, əlindəngələni əsirgəməz və hətta gücü çatmadığı işi aşırmağa çalışardı. Gücüçatmayanda da "əmioğlu” - deyib Aqil Abbasın yanına gələr və kiminsə işi üçünxahiş eləyərdi. Qələndər özü üçün yaşayan adam deyildi. İstəsəydi çox iş görərdi.Çünki qəzetimizin hörmətli vaxtında o, "Ədalət”də sözün həqiqi mənasında külüngçalıb, tər töküb, zəhmət çəkib, qəzetin yaşaması və oxucu dairəsinin artmasıüçün o, zəif, cılız canıyla çox işlər görüb.

Şəhid qardaşınınruhu şad olsun deyə, onun ailəsinin bütün çətinliklərini çiyninə götürüb. Bu çətinzəmanədə o ailənin, o uşaqların sıxıntı yaşamasına, korluq çəkməsinə imkan verməyib.Öz ailəsi korluq çəkib, ancaq qardaşının balasının ac-susuz qalmasına dözməyib.Və istəsəydi, o vaxt bir xahişlə başqaları kimi torpaq sahəsi də ala bilərdi,ev də tikə bilərdi. Amma öz xahişini heç vaxt kimdənsə eləməzdi. Yeni Günəşlidəkio kasıb, sadə mənzilində yaşayırdı. Və heç kimə də ağız açmırdı ki, evin təmirinəkömək eləsin!..


Mən çox əzabkeş,zəhmətkeş insanlar tanıyıram. Amma Qələndər Xaçınçaylı kimi əzabkeş və zəhmətkeşadam görməmişəm. Bir tikə çörək üçün ora-bura o qədər qaçırdı ki, axırdaayaqları da, barmaqları da yayın istisində mazol olurdu. Bir dəfə ayaqqabısınıçıxaranda ayağındakı mazolu gördüm. Ürəyim para-para oldu. Dedim ki, Qələndər,get həkimə müalicə elətdir. Dedi ki, ay rəhmətliyin oğlu, mən ora-buraqaçmasam, özümü oda-közə vurmasam, şəhid qardaşımın uşaqları acından ölər. Hələnə yaxşı ki, Aqil Abbas var. Heç kim başa düşməsə də, məni o başa düşür. Axı məndə Kolanıyam. Kolanılılar dar gündə bir-birini çətin vəziyyətdə qoymurlar.Allah balasını saxlasın!..

Tez-tezredaksiyamıza gələrdi. Ya yazı gətirərdi, ya da şeirlərini çap elətdirmək istəyərdi.İndi düşünürəm ki, nə yaxşı o, bizim redaksiyaya təşrif buyuranda ona sevgiylə,məhəbbətlə, diqqətlə yanaşmışam. Və həmişə də Əbülfət Mədətoğluya demişəm ki, Qələndərdənmuğayat ol! O, qəzetin yolunda çox əziyyət çəkib. Yayın istisində, qışınsoyuğunda yazı qələmə almaq üçün piyada özünü oda-közə vurub. Axır ki, istədiyiyazını da qələmə ala bilib. Onda indiki kimi deyildi. Yazı yazmaq da çətin idi,müsahibə almaq da. Bir müsahibə üçün 3-4 dəfə kiminsə yanına getməli idi. O dakefi olsa müsahibə verirdi, kefi olmasa müsahibədən vaz keçirdi. Belə bir şəraitdəişləmək elə də asan deyildi. Yazı da həmin gün hazır olmasa, Aqil Abbasa cavabverməli idin. Bütün bunların hamısını Qələndər nəzərə alırdı. İstər xəbərolsun, istər müsahibə olsun, istərsə də reportaj olsun, operativ surətdə yazıbhazırlayırdı. Hətta bir dəfə necə möhkəm yağışa düşmüşdüsə, cumculuq suolmuşdu. Onun iki müxbiri də o yağışda möhkəm islanmışdı. Onlar deyirdilər ki,Qələndərə nə qədər dedik ki, gəl gedək, yağış yağır. Dedi ki, bu adam mütləq gələcək.Və o adam gəldi, yağışın içində olsalar da, müsahibəsini ala bildi.

Qələndər deyirdiki, mənim göydə Allahdan, yerdə Aqil Abbasdan başqa heç kimim yoxdu. Elə ənağır vəziyyətdə də göydə Allahdan kömək istəyib, yerdə də Aqil Abbasdan. Bu dəfəona nə göydə Allah, nə də yerdə Aqil Abbas və həkimlər kömək eləyə bildi. Bu dəfəbu əzabkeş, bu zəhmətkeş, bu halal adam ümidsiz qaldı. Və Allahın dərgahınadöndü.

QələndərXaçınçaylının dostluq etdiyi və heç vaxt da zarafatından qalmadığı Surxay Əlibəylivardı. Və Surxayla yaddaqalan və çətingünlər yaşamışdılar. Ağdam deyəndə hər ikisinin dodağı 4 yerdən çatlayırdı. 4yerdən dodağı çatlayan Surxay da, Qələnədər də indi Allahın dərgahındadılar.Sağ vaxtı Ağdama gedə bilmədilər. Heç olmasa ruhları biləşib həmin yerləriziyarət eləyər. Qələndər deyərdi ki, mən Quzanlıya gedəndə bir qədər sakitləşirəm.Amma yenə havalanıram. Havalanıram ki, əlimi uzatsam çatacaq, Ağadama gedəbilmirəm. Bu nə həyatdı, bu nə ömürdü yaşayırıq?!

... Onu bizhamımız çox istəyirdik. Onu tək mən çox istəmirdim, bizim köhnə işçilər, köhnə əməkdaşlar– Nazim Ağamirov, Babək Yusifoğlu, Asif Talıboğlu, Lətif Süleymanlı, MəhəmmədəliMustafa, Lətif Novruzov çox istəyirdilər. Çünki Qələndər olduğu kimi görünən adam idi. Və onun bir sifətivardı: üzdə necə idisə, arxada da elə idi. Və bu adam heç kimin qəlbini, ürəyiniqıran deyildi. Elə kiminləsə görüşürdü,özünəməxsus şirin bir ifadə işlədirdi: "Səni verənə şükür!”

... Xəstəxanayadüşəndə xəbər tutdum. Daha doğrusu, Asif Mərzilinin yuxarıdakı otağına qalxıböyrəndik ki, vəziyyəti yaxşı deyil. O dəqiqə telefon açdım. Və dəstəyiqaldırdı:

- Faiq, narahatolma, yaxşıyam! Amma ciyərlərimin hər iki tərəfində soyuqlama var. Mənim biryazım vardı, çıxdı, çıxmadı?

- Çıxdı, -dedim.

Qarabağınağsaqqalı və Rəşad Məcidin atası Müseyib kişi barəsində çox gözəl bir zarisovkayazmışdı. Və o zarisovkada Müseyib kişinin ağsaqqal obrazını o qədər səmimi vəinandırıcı vermişdi ki, düşündüm ki, nə yaxşı belə bir yazı qələmə alıb.

Sonra yenidəndilləndi:

- Səni təbrik eləyirəm.Axı, Əməkdar jurnalist adı almısan. Xəstəxanadan çıxandan sonra yanına gələcəm.

... Və beləcə,onunla son telefon danışığımız bitdi... Və beləcə, bir gün yazı diqtə edərkən Qələndərin ölüm xəbərinieşitdim... Və beləcə, donub yerimdə qaldım... Çünki son bir ayda üç əziz dostumu– polis polkovniki İlham Rəcəbovu, Əməkdar jurnalist Ziyəddin Sultanovu vəistedadlı şair-publisist Qələndər Xaçınçaylını itirdim...

... Elə qorxuramki, belə qəfil və acı xəbərlərdən. Ölümdən yox ey, dostlarımı itirməkdən!Qorxuram ki, yenə bu ağır xəstəliklər dövründə bəd xəbərlər eşidək. Amma Allahböyükdü. Və bizi bu bəladan xilas eləyər. Qapımızı ölüm mələyi yox, sevgi mələyi döysün. Və QələndərXaçınçaylının ruhu balalarının üstündə olsun. Ruhu Allaha qovuşan QələndərXaçınçaylı heç vaxt, heç zaman ölməyib. Çünki şairlər, yazıçılar heç vaxtölmürlər. Və onların ruhu həmişə göyün yeddinci qatındadı və göyün yeddinciqatında da bu ruh bizimlə olacaq. O əzabkeş, o zəhmətkeş və heç kiməağrısını-acısını bildirməyən Qələndər Xaçlınçaylı bizim yadımızdan çıxmayacaq. Ənazından ona görə ki, onun yaddaqalan və qeyri-adi fikri həmişə bizim çöhrəmizdəbir təbəssüm yaradacaq:

- Sizi verənəşükür!


TƏQVİM / ARXİV