Əbülfət MƏDƏTOĞLU: Tanrım
Dağına baxıb yağmırsan
Su tək səmtinə axmırsan...
Gülləni niyə çaxmırsan -
ağrının qəlbinə , Tanrım?!
Çəkdiyin xətti keçmirsən
Yır-yığış edib köçmürsən...
Ölçməyə qamış seçmirsən -
ağrının qəlbinə, Tanrım!..
Ovudursan, süsləyirsən
Sanki özəl bəsləyirsən...
De, hansın çox istəyirsən -
ağrını, qəlbini...Tanrım?!
Sormaq cəhdim gülünc, yanlış
Bəndə özün gör kim sanmış!?.
Yuvası mən canı yanmış -
Ağrının qəlbinə , Tanrım...