adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Avqust 2020 13:25
57123
MARAQLI
A- A+

Vaqif Tanrıverdiyev: BİR ZARAFAT

Cavan vaxtlarımızda, günlərin birində, özü də keyfimin kəlləçarxa vurduğu bir məqamda evə gələrkən qapıda "skor-pomoş” maşınının dayandığını gördüm. Keyfim nə qədər göynən getsə də biz az təntidim. Evə daxil olanda gördüm ki, yoldaşım nasazlıyıb, həkim çağırıblar. Həkim də yaşlı bir qadın idi, mən daxil olanda qan təzyiqini ölçürdü.

Başladım xəstənin o tərəf, bu tərəfinə keçməyə, tez-tez dəhəkimə müraciət edirdim ki, doktor, xahiş edirəm, yaşı baxın, qoymayın başına bir iş gəlsin.

Belə canfəşanlığım yoldaşımı çaşdırmışdı. Baxışları sanki, "bu nə oyundu çıxarırsan” deyirdi. Bu hay-həşirim həkimə də qəribə gəldi, üzündə bir nisgil hiss etdim: "belə qayğıkeş kişilər də var, amma bizim ki,...” Bir müddət beləcə davam edən canıyanımlıqdan sonra üzümü həkimə tutub "yalvardım” ki, həkim, acizanə xahiş edirəm, ölməyə qoymayın, başına bir iş gəlsə, bundan fağırını tapa bilməyəcəm. Həkim əvvəlcə çaşqınlıqla üzünə baxdı, sonra ürəkdən qəh-qəhə çəkdi... - Keçmiş olsun, dedi....