adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Avqust 2020 13:00
44916
MARAQLI
A- A+

Buz dövründə Yerin temperaturu nə qədər olub?

Sonuncu buz dövrü zamanı Yer kürəsindəki temperatur doqquz dərəcə təşkil edib.

Axar.azxəbər verir ki, bununla bağlı beynəlxalq paleoklimatoloqlar qrupunun "Nature" jurnalında dərc olunan məqaləsində qeyd olunub.

Məlumata əsasən, mütəxəssislər buzlaşma zamanı mağaraların divarlarındakı qədim buz və çöküntü nümunələri üzərində tədqiqat aparıblar.

Məlum olub ki, təxminən 2,6 milyon il əvvəl başlayan buz dövrünün əvvələrində Yer səthindəki temperatur orta hesabla 6,1 dərəcəyə qədər azalıb. Qütb bölgələrində isə temperatur 14 dərəcə enib.

"Mövcud qlobal istiləşmə şəraitində bu, atmosferdə karbon qazınını iki qat çoxalacağı təqdirdə, planetdəki temperaturun 3-4 dərəcə artacağını göstərir”, - tədqiqatçılardan biri bildirib.

Alimlər tədqiqatın nəticələrinin Yer kürəsində qlobal istiləşmə ilə mübarizə üçün ən yaxşı metodların inkişafına kömək edəcəyini qeyd ediblər.