adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Avqust 2020 13:10
44391
MARAQLI
A- A+

Çoxmərtəbəli bina böyüklüyündə asteroid Yerə yaxınlaşacaq

Təxminən çoxmərtəbəli bir binanın ölçüsündə potensial təhlükəli 2011 ES4 asteroidi Yerə yaxınlaşacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə NASA-nın saytında bildirilib.

Məlumata əsasən, asteroidin Yerə yaxınlaşması sentyabrın 1-də saat 20:12-də gözlənilir.

Bildirilib, səma cisminin ölçüləri 22 ilə 49 metr arasındadır. Planetə təxminən 120 min kilometr məsafədə yaxınlaşacaq - bu, Yerdən Aya olan məsafədən təxminən 3,2 dəfə azdır.

Asteroidin uçuş sürəti saniyədə təxminən yeddi-səkkiz metr olacaq.