adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Sentyabr 2020 23:00
48334
ŞOU-BİZNES
A- A+

Məşhur müğənninin geyimi mübahisələrə səbəb oldu - FOTO

Malibu küçələrində açıq-saçıq geyimdə görünən məşhur britaniyalı müğənni  Dua Lipa sosial şəbəkələrdə tənqid hədəfi olub.

Paparazi fotolarını “Daily Mail” paylaşıb.

Görüntülərdə ulduz sinə kəsiyi olan qırmızı rəngli krop-topda və cinsdə əks olunub. 25 yaşlı müğənninin əlində kiçik çanta olub.

Lipanın obrazı sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

Pərəstişkarları “O, getdikcə bacısı Bellaya daha çox oxşamağa başlayır”, “Pullarının çox olduğunu nəzərə alsaq, pinti görünür”, “Bu cinslər… dəhşətdir”, “O, gözəl səsli yaxşı qızdır, ancaq bu ucuz döymələr nəyə lazımdır?”, - kimi şərhlərlə müğənninin görünüşündən narazılıqarını bildiriblər.