adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Sentyabr 2020 14:30
44913
MARAQLI
A- A+

Yaponiyalı Fransanı necə fəth etdi?

İngilis bazarında yanmış Uniqlo, digər ölkələrdə çox yavaş və dəqiq mağazaların açılışını etməyə başlayır: məsələn, Belçikada onun üç mağazası var, Inditex vətəni İspaniyada isə yalnız iki.


Yenə risk edərək Yanai 2006-cı ildə ABŞ-da ilk mağazasını açdı: Manhattan-Sohonun ən şık sahələrinin birində Uniqlo butiki. O zaman analitiklər Yapon minimalizminin ərköyün amerikalı boqemalarına yeni bir şey təklif edə biləcəyinə şübhə edirdilər.Lakin, 89 dollarlıq(endirim zamanı onların qiyməti iki qat azaldı)  kaşmir  djemperlər ilk qışda amerikalıları fəth etdi. Bugün, Uniqlo-nun  ABŞ-da 50-dən çox mağazası var, marka üçün ən sürətli böyüyən bazarlardan biridir. Amma ən sürətli deyil .

Yanai Avropada Asiyadaki  kimi minimalizmi deyil,zərifliyin təşviq edilməsi lazım olduğunu anladı. Paris stilinin mifi – sadəcə, ehtiyatla geyinmək qabiliyyəti, lakin böyük zövqlə – dünyadakı alıcıları sevindirir və bunda qazanmaq çox sadədir. 2005-ci ildə Fast Retailing, ilk növbədə iki Fransız markasını almışdır: böyülükdə Fransada  ikinci olan  Princesse Tam Tam  alt geyimləri və məhsulu Yaponiya markasına çox oxşayan Comptoir des Cotonniers brendi.

Uniqlonun ilk  mağazası 2007-ci ildə Parisdə açılmış və indi Fransa Uniqlonun  bütün Avropa mağazalarının yarısına sahibdir – 26. Bütün Avropa bazarı indi markanın gəlirinin 4% -ni təşkil edir. Bir çox Fransız nöqtələri  Paris Opéra və ya Bazar del ‘Hôtel de Ville və Paris Printemps  lüks şöbələri kimi moda yerlərində  yerləşir. 30 avroluq köynəklər Gucci, Hermes, Christian Lacroix-dən olan əşyalarla bir yerdədir.

Uniqlo 2016-cı ildən bəri müntəzəm olaraq Fransız dizaynerləri və moda evləri ilə birgə kolleksiyalar istehsal edir. Məsələn Yapon markası, Hermesin keçmiş dizayneri Christopher Lemer, Fransız Vogue-nin  eks-başcısı  Karin Roitfeld və dizayner İnes de la Fressanqın əməkdaşlıq edib. Dizayner kolleksiyalarından olan əşyalar məhdud miqdarda buraxılır,  onların reklamı isə ən böyük Qərb mediasıda da daxil olmaqla təqdimatdan bir neçə ay əvvəl başlayır.

Rusiya Yapon markasına necə kömək etdi?

Rusiya bazarında Yapon marka 2010-ci ildə çıxıb, lakin modaya minimalizm gələndən sonra  son bir neçə ildə inkişaf edib. Əgər 2015-ci ildə Rusiyanın payına Uniqlonun qlobal satışından təxminən 2% -i gəlirdisə ,bu, 2020-ci ildə 7-8% artacaq. 2017-ci il ərzində şirkət dörd rus şəhərini  mənimsəmiş və Uniqlonun mağaza sayı Rusiyada digər Avropa ölkələrini qabaqlayıb. Sentyabr 2017-ci ildə Mitsubishi Corporation ölkədə miqyaslama daha sürətli getsin deyə Uniqlonun Rusyadaki səhmlərinin 25% alıb. Nəhayət, Rusyadaki yaxşı nəticələrə görə Uniqlo Avropadakı satış mənzərəsini düzəldə bilib  və tarixdə ilk dəfə daxili bazara nisbətən xarici bazarda daha çox mənfəət əldə edib.

Rusyada və Fransadaki uğurlarından sonra şirkət cəsarətini  toplayaraq 2018-ci ilin avqust ayında ən böyük rəqiblərindən biri olan H&M-in ərazisi olan İsveçrəyə daxil olub. Mağazanın açılışına Stokholmda bir çox ultra -yüngül  kurtka almaq istəyən 1000-dən çox adam gəlib.

Bu gün şirkətin əməliyyat gəlirləri təxminən ildən- ilə 30% artır. Holdinqin satış həcmi təxmini $ 18.2 milyarddır, və onların 70% Uniqloya məxsusdur: marka artıq $ 7,5 milyard qiymətləndirilmə ilə dünyanın ən bahalı brend  siyahısına daxil  olub. Ola bilər indi Tadasi Yanai özünə  daha uzun müddətli bir məzuniyyət verə bildi.

Eminquey