adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Sentyabr 2020 09:04
127430
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Ömrümdəki bəlkə

"Bir qadına...Ⅶ silsiləsindən

Mən dəqiq bilirəm ömür dəndi, dən -
Onu vaxt üyüdür, zaman ələyir...
Külək yelkənini açanda bəzən -
Boş xırman yerini saman bələyir...

Könül dinləməyə fürsət düşəndə -
Bir göz qırpımında vaxt buxarlanır...
İçimdə tərəddid ... bil didişəndə -
Gözümdən səssizcə... o buxar damır...

Kədər yol vərəqi, qəm ezamiyə
Başlayır ürəyin bayatı turu...
Nişançı barmağı gedir tətiyə -
Saralır adamın içinin nuru...

Bəlkə də xoş deyil sənə bu yazı
Hətta yazılması günahdı bəlkə...
Xəyaldı ömrün sənlə bəyazı -
Ya da sevgimizdə sınaqdı ... bəlkə!