adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Sentyabr 2020 14:03
24853
İQTİSADİYYAT
A- A+

Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir

2021-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri su təhlükəsizliyini, içməli su ehtiyatlarının, kənd təsərrüfatının inkişafı üçün dayanıqlı su təchizatının formalaşdırılması, habelə suyun paylanması və qənaətli sərfiyyatını təmin edən məqsədli layihələrin maliyyələşdirilməsi olacaq.

Bu barədə 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Bildirilir ki, 2021-ci ildə xərc siyasətinin mühüm istiqamətlərindən biri olaraq kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi üçün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq.


2021-ci il və orta müddətli dövrdə regionlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunun inkişafı üçün əlverişli mühitinin formalaşdırılması, kənd təsərrüfatı sektoruna dövlət qayğısının artırılmasının davam etdirilməsi prioritet xərc istiqamətlərindən olacaq.

Kənd təsərrüfatı sahəsində dövlət proqramlarının icrası və kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi 2021-ci ildə də davam etdiriləcək.