adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Sentyabr 2020 15:34
186766
TEXNOLOGİYA
A- A+

Artıq İnstagram hesabını təsdiqlətdirmək çox sadədir

Mavi quşu qazanmaq istəməyən İnstagram istifadəçisi yoxdur. İndi isə bu hər kəs üçün mümkündür!

Bu yaxınlarda İnstagram şirkəti bir neçə yenilik barədə anons verdi. Bu yeniliklərdən biri də hesabların təsdiqlənməsinin sadələşməsidir. Hazırda bu funksiya müəyyən ölkələrdə mövcud olsa da yaxın gələcəkdə bütün ölkələrdə əlçatan olacaq.

Hesabınızı təsdiqlətdirmək üçün Settings bölməsinə daxil olub “Request Verification” düyməsinə basmalısınız.

Müsbət cavab almağınız üçün:

Hesab real insana, şirkətə və ya brendə məxsus olmalıdır.

Hesab bir dildə idarə olunmalıdır. Mem və bənzər kontentdən uzaq olmalıdır.

Hesab publikaya açıq olmalı, açıqlaması, profil şəkili və ən az bir paylaşımı olmalıdır. Açıqlama bölməsində digər şəbəkələrə keçid verilməməlidir.

Hesabın digər xəbər xarakterli İnstagram hesablarında işarələnməsi üstünlükdür.

 

Eminquey