adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Sentyabr 2020 11:10
26410
MƏDƏNİYYƏT
A- A+

Kütləyə nəyi verəcəksən, onu da qəbul edəcək - AÇIQLAMA

Kütləvi olaraq mətnlərinin tərkibi vulqar tipli olan mahnıların yayılması, sevilməsi, bayağı mahnıların cəmiyyətin zövqünü korlamasına ziyalıların, ictimai xadimlərin etirazı artmaqda davam edir. Bu cür təhlükəli tendensiyaya etiraz edənlərdən biri də tanınmış bəstəkar, şairə Xanım İsmayılqızıdır. O, adalet.az-a açıqlamasında bildirib ki, zövqü dəyişmək müğənnilərimizdən aslıdır.

“Keyfiyyətli əsərin keyfiyyətli oxucusu, dinləyicisi, tamaşaçısı olmalıdır. Təəssüf ki, hər mənada bayağılıq get-gedə artmaqdadır və bunun qarşısını almaq da olmur. Gözəl şairlərimiz, bəstəkarlarımız var. Amma mahnının taleyi müğənnidən asılıdır. Müğənnilər yaradanlarla xalq arasında vasitəçidir. Zövqü dəyişə bilmək müğənnilərimizdən, ifaçılarımızdan daha çox asılıdır. Bayağı, eybəcər, mənasız sözləri, musiqiləri repertuarlarına daxil etməsələr, sevə-sevə sevdirməsələr, kütləni düşünməyə məcbur etsələr bəlkə bu vəziyyəti dəyişmək mümkün olar.”

Bəstəkarın söylədiyinə görə, cəmiyyətə nəyi təqdim etsən, onu da sevəcək.

“ Baxın, əslində göbələkdən hazırlanan yeməklər dadlıdır. Amma, göbələyin yeməli növlərinin arasına zəhərlisi düşəndə, necə bişirilməsindən və süfrəyə necə təqdim olunmasından asılı olmayaraq zəhərlənmə verəcək. Demək, yığan, alan, çatdıran, bişirən səriştəli olmalıdır. Təxminən eyni vəziyyətdir - kütləyə nəyi verəcəksən, onu da qəbul edəcək. Bir ovuc pisi yaxşıdan, mənalını mənasızdan seçən var.”

Emin Piri