adalet.az header logo
  • Bakı 13°C
04 Sentyabr 2020 13:11
74920
MARAQLI
A- A+

Bakıda bina girişinin divarlarında cizgi filmi personajları canlandırıldı - FOTOLAR

Bakı sakini evinin girişini “Looney Tunes” və “Merrie Melodies” cizgi serialındakı personajların təsvirləri ilə bəzəyib.

Bunların arasında hər kəsin tanıdığı və təkrarolunmaz “Baqz Banni”, “Lola Banni”, “Çəhrayı pantera”, pişik “Silvester”, eləcə də məşhur cütlük - hiyləgər koyyot “Vayl” və ququ quşu “Roud Raner” də var.

Bu barədə “Facebook” hesabında Səidə Hacıyeva məlumat verib.

O, həmçinin binanın girişinin yeni görünüşünün də şəkillərini paylaşıb.

S.Hacıyeva şərhində bildirib ki, dünyada həm özünün, həm də ətrafındakıların əhval-ruhiyyəsini yüksəldən insanların daha çox olmasını istəyir.

İzləyicilər Bakı sakininin yaradıcı yanaşmasını yüksək qiymətləndirib və rəsmlərin uzun müddət qalacağına və qonşuların anlayışlı olacağına ümid etdiklərini bildiriblər.