adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Sentyabr 2020 22:00
46133
KRİMİNAL
A- A+

Darıxdığından babasını öldürdü, cinayətin görüntülərini paylaşdı

Yeniyetmə oğlan çəkiclə ailə üzvlərinə hücum edib.

“Qlavpost”un məlumatına görə, dəhşətli hadisə Ukraynada baş verib.

15 yaşlı yeniyetmə gecə çəkiclə babasını öldürdükdən və nənəsini ağır yaraladıqdan sonra polisə zəng edərək əməlini etiraf edib.

Məlumata görə, 73 yaşlı kişi yerində keçinib, 69 yaşlı qadın isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Yeniyetmə oğlan nəinki cinayətini etiraf edib, hətta hadisənin qanlı fotolarını internetdə yayımlayıb.

“Nənə və babadan başladım, daha yeddisi var”,- deyə o, paylaşdığı fotoya şərh yazıb.

O da bildirilir ki, yeniyetmə darıxdığından bir az əylənmək üçün öz ailəsini öldürmək istəyib.

Şübhəli artıq saxlanılıb. Polis baş verənlərlə əlaqədar araşdırmaya başlayıb.